Pomidorun qiyməti 1,50 qəpikdən 4 manata bahalaşdı - Səbəb nədir?
Yayın ikinci ayının bitməsinə sayılı günlər qalmasına baxmayaraq, bazarlarda pomidorun qiyməti ucuzlaşmaqdansa, bahalaşıb. Market və bazarlarda pomidorun bir kiloqramının qiyməti 1,50 qəpikdən 4 manata qədər dəyişir.
Mövsümü olmasına baxmayaraq, pomidorun qiymətindəki bu artım alıcıların narazılığına səbəb olur. Bundan əlavə, bəzi yerlərdə ümumiyyətlə pomidor qıtlığı yaşanır.
Maraqlıdır, buna səbəb nədir? Niyə pomidorun qiyməti son günlərdə bu qədər artıb?
Mövzu ilə bağlı "Qafqazinfo"ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, pomidorun Rusiya bazarına son günlər kəskin artımı daxili bazarda çatışmazlıq yaradır:
"Azərbaycanda ümumi inflyasiya yüksək olduğu üçün, yəni hər bir sahədə qiymət artımı baş verdiyi üçün kənd təsərrüfatı ilə məşğul olan insanlar da məcburən qiyməti artırmalıdırlar. Artırırlar da. Çünki onlar əldə etdikləri gəlirlərlə başqa ərzaq məhsulları almağa məhkumdurlar. Yağın, ətin, unun, düyünün, yəni hər şeyin qiyməti qalxırsa, qeyri-ərzaq məhsulları da bahalaşırsa, kənd təsərrüfatı ilə məşğul olan insanlar öz məhsulunun qiymətini artırmaya bilməz. Bu, ümumi inflyasiyanın tərkib hissəsidir.
İkinci bir məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti xaricə ixracı daha da stimullaşdırmağa çalışır. Yəni kənd təsərrüfatı məhsullarının xaricə satışı daha çox önəm kəsb edir, ona görə də, xaricə satılan məhsulların həcmi artır. O cümlədən pomidorun Rusiya bazarına son günlər kəskin artımı müşahidə olunur. Rusiya əvvəllər müəyyən məhdudiyyətlər qoymuşdu. İndi o məhdudiyyətləri götürüb və Azərbaycan daha çox pomidor ixrac edir. Bununla da daxili bazarda çatışmazlıq yaranır. Yəni bizim istehsal sahəsində imkanlarımız o qədər böyük deyil ki, həm daxili bazarı tam təmin edəsən, həm də xarici bazarda müəyyən qədər ixracatı artırasan. Bunun da həm qiymət artımında, həm də daxili bazarda mal və məhsulunun azalmasında öz payı var".
Məsələ ilə bağlı "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev saytımıza verdiyi açıqlamada bildirib ki, artıq istixana pomidorlarının mövsümü qurtarıb:
"Bu, bir də oktyabr ayında başlayacaq. Bundan əlavə, gübrələrin, bitki mühafizə preparatlarının qiyməti, texnikaların qiyməti, işçilərin maaşları və yanacaq bahalaşdı. Bunlar hamısı son məhsulun maya dəyərində də öz əksini tapır.
Açıq sahədən pomidor təzə çıxır. 10 günə kütləvi şəkildə yetişəcək və qiymətlər düşəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml
26 sentyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlə
25 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrMehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını
1 oktyabr