Deputatlar tətildə harada dincəlirlər?

Deputatlar tətildə harada dincəlirlər?Milli Məclisin yaz sessiyası və növbədənkənar sessiyası yekunlaşdıqdan sonra deputatlar tətilə çıxdılar. Parlamentin iyulun 15-dən başlayan yay tətili avqustun 31-nə qədər davam edəcək.

Bəs maraqlıdır, deputatlar ölkədə, yoxsa xaricdə istirahət etməyi üstün tuturlar?

"Qafqazinfo" xəbər verir ki, Modern.az bu sualla bir neçə deputata müraciət edib.

Deputat Aqil Abbas istirahət zamanını Bakıda - evində dəyərləndirdiyini söyləyib: "Yaradıcılıqla məşğulam. Milli Məclislə əlaqədar işləri yekunlaşdırmışıq. Məqalələrim var, onları hazırlayıram. Mənim istirahətim elə budur".

Deputat Fazil Mustafa da istirahətini Bakıda keçirəcək: "Mən hələ paytaxtdayam. İşlərimi yekunlaşdırandan sonra 2-3 günlük hansısa rayona gedərəm. Amma ölkədə olacağam".

Deputat Naqif Həmzəyev də harada istirahət edəcəyini artıq planlaşdırıb. Deputat ölkədən kənarda dincəlməyi düşünmür: "Biz məzuniyyətdə olsaq da, seçicilərlə işlərimizə davam edirik. Əslində, indi daha çox vaxtımız var ki, yerlərdə olaq, problemləri canlı dinləyək, sorğuları qəbul edək. Çalışacağıq ki, bu fürsətdən istifadə edib, seçicilərin problemlərinin öyrənilməsini daha da aktivləşdirək.

İşlərlə bərabər qısa müddət ayırıb, istirahət etməyi düşünürəm. Amma bu da aktiv istirahət olacaq. Çünki bu tərzdə dincəlməyi daha çox sevirəm. Gəncə ətrafındakı səfalı yerlərdə, Daşkəsən, Göygöl, Gədəbəy ərazilərində baha olmayan dilbər guşələr var. Ona görə, bu tərəflərdə istirahət edəcəyik.

Həmçinin gənclər üçün yay düşərgələri də təşkil edilir. Mən həmin düşərgələrdə təlimçi kimi iştirak edəcəyəm. Onlarla ünsiyyətdə olmaq, fikirlərini dinləyərək əyləncəli şəkildə istirahət etmək hər zaman mənim üçün maraqlıdır. Məzuniyyətdə olsaq da, seçicilərin müraciətlərini dinləməyə hazırıq, rahatlıqla əlaqə qura bilərlər".

Gənc deputat Cəbi Quliyev də məzuniyyəti iş başında qeyd edir: "Mən çox zaman məzuniyyəti də iş başında dəyərləndirirəm. Bilirsiniz ki, Milli Məclisdə təmsilçiliklə bərabər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin idarə heyətinin üzvüyəm. Ona görə, hazırda gənclərin yay düşərgələri, onların yay istirahətinin səmərəli təşkili ilə bağlı müxtəlif layihələr üzərində işləyirik. Ona görə, hər şeydən uzaqlaşıb, tətilə çıxmağa fürsətim olmayıb. Milli Məclis tətilə çıxdığı gündən Naxçıvandayam. Buradakı fəaliyyətləri başa çatdırdıqdan sonra təxminən 10 günlük bir istirahət götürməyi, ailəmlə birlikdə ölkə daxilində tətil etməyi planlaşdırıram".

Deputat Vüqar İsgəndərov isə İstanbulda işgüzar səfərdədir. Deputat avqust ayının sonuncu on günlüyündə tətil edəcək: "Parlament artıq məzuniyyətə çıxıb. Deputat seçildiyim gündən indiyə qədər öz istirahətimi Azərbaycanda keçirmişəm. Hər il avqustun sonuna qədər Bakıda iş başında oluram. Bu il də işlərimi həll edəcəyəm və avqustun ikinci ongünlüyündən sonra doğulduğum və təmsil etdiyim Şəki şəhərində, ailəmlə birlikdə istirahət edəcəyəm".

Deputat Kamilə Əliyeva da parlamentdə təmsil etdiyi doğma bölgəsinə yollanır:

"Bu il də istirahətimiz hər il olduğu kimidir. Adətən, mən istirahətimi ölkədə keçirirəm. Heç vaxt xarici ölkələrə dincəlməyə getmirəm. Bu il də həmişə olduğu kimi Azərbaycanın dilbər guşələrində olacağam. Xüsusilə, təmsil etdiyim Zaqatala-Balakən rayonlarında seçicilərimin yanında olmağı üstün tuturam.

Hər iki rayon turizm cəhətdən əlverişli olduğuna görə, həm istirahətim, həm də seçicilərimlə görüşlərim üçün imkanım olacaq. Bundan əlavə, hər il gəzmədiyimiz, Azərbaycanın hansısa rayonunda kəndində olmamışıqsa, onları da gəzə biləcəyik. İstənilən halda ölkədəyəm".

Deputat Cavid Osmanov da istirahət üçün xaricə getməyən parlamentarilərdəndir: "Bizim yay tətilimiz iyulun 15-i başlayır. Bu müddəti ölkə daxilində keçirəcəyəm. Ağdaş rayonunda olmağı üstün tuturam. İstirahətdən çox işgüzar fəaliyyətlə məşğul olacam. Seçicilərimizlə, xüsusilə şəhid ailələri və qazilərlə görüşlər planlaşdırıram".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1276   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka

19 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr