Nəqliyyat ekspertindən VACİB AÇIQLAMA: Bu halda həbs oluna bilərsiniz
Bir müddət əvvəl "Yol hərəkəti haqqında" qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) dəyişiklik təklif olunub.
Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda ilə müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
Qanuna təklif edilən dəyişiklikdə oxucular üçün qaranlıq qalan bəzi fikirlər var. Qaranlıq qalan məqama aydınlıq gətirmək üçün mövzunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ilə şərh etdik.
Ekspert bildirib ki, sərnişindaşıma ilə məşğul olanlar mütləq qaydada xüsusi sığorta həyata keçirməlidirlər:
"Bu günə qədər sərnişindaşıma fəaliyyətində sərnişinlərin sığortası həyata keçirilmirdi. Yalnız sərnişindaşıyan nəqliyyat vasitəsinin sığortası edilirdi. Qəza zamanı təxminən 50 min manata qədər ziyan zamanı sığorta şirkəti xərcləri qarşılayırdı. Bu günə qədər sərnişindaşımada qəza olan zaman ümumi məbləğ sərnişinlərə də bölünürdüsə, bundan sonra sərnişinlərin hər birinin sığortası məcburi olacaq. Yəni sərnişindaşıma vasitəsilə ilə yanaşı, sərnişinlər də sığorta olunacaqlar və sabah sərnişindaşımada qəza zamanı xəsarət, ölüm halları olarsa, sürücülərlə yanaşı, sərnişinlərə də sığorta ödənişləri həyata keçirilərək".
Ekspert mülki məsuliyyətlə bağlı məqama da aydınlıq gətirib:
"Mən avtomobilimi hər hansı sığorta şirkətində sığortalamışam. Mənim səhvim ucbatından qəza baş verirsə, qarşı tərəfə mənim səhvimdən dolayı zərər dəyibsə, həmin sığorta şirkəti qarşı tərəfin xərclərini qarşılayırdı. Lakin indi dəyişikliklərə əsasən, avtomobilini sığorta etdirən şəxs istər öz, istərsə də qarşı tərəfin səhvi ucbatından qəza törədibsə, sığorta onun özünün xərclərini ödəyir. Qarşı tərəfin xərclərini isə öz sığortası qarşılayacaq.
Hazırda nəqliyyat vasitələrinin sığortası məcburi olduğu üçün nadir hallarda ola bilər ki, qəza zamanı nəqliyyat vasitəsinin sığortası olmasın. Avtomobilinin sığortası olmayan nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnirlər. Sığortası olmayan sürücü qəza törədib ödəniş etmirsə, o, nəinki İXM-nin müvafiq maddəsi ilə, hətta qarşıdakı şəxsin əmlakına, sağlamlığına vurduğu zərərə görə CM-nin müvafiq maddələri ilə də məsuliyyətə cəlb edilə bilər".
"Bəzi sürücülər hələ də köhnə miflərlə yaşayırlar. Düşünürlər ki, qəza olacaq, deyəcəm, sığortam yoxdur, məhkəməyə verəcəklər, ayda 10-20 manat ödəyəcəm. Belə şeylər keçmişdə qaldı. Qarşı tərəfə vurduğunuz ziyana görə sizdən elə bir məbləğ tələb oluna bilər ki, hətta siz həbs edilə bilərsiniz. Nəqliyyat vasitəsi idarə edən şəxslər yol hərəkəti qaydalarına əməl etməlidirlər, digər hərəkət iştirakçılarına maneələr yaratmamalıdırlar", - deyə ekspert sonda qeyd edib. /Oxu
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı