"Nə oğurluq edirəm, nə də rüşvət götürürəm" – Bəhram Bağırzadə çəkildiyi dondurma reklamına "bayağı" deyənlərə cavab verdi
"Reklam reklamdır da, bayağı nəyə deyirlər?! Qoy insanlar gedib öz peşələri ilə məşğul olsunlar. Deputatlar getsin qanunları müzakirə etsin, memarlar bina tiksin, məmurlar öz işləri ilə məşğul olsunlar. Bu, mənim sənətim və işimdir. Beş il İncəsənət Universitetini oxumuşam ki, reklamlar çəkim... Nə zavodum, nə də fabrikim var. Nə oğurluq edirəm, nə də rüşvət götürürəm, sənətim aktyorluqdur. Ona görə reklamlara da çəkilirəm, bundan sonra da çəkiləcəm. Kimin xoşuna gəlmirsə, bu, onun problemidir. Hamı axı Çexovu, Dostoyevskini, Turgenevi, Sabiri, Cəlil Məmmədquluzadəni oxumayıb. İnsanlar Federiko Fellininin, Antonionin filmlərinə baxmayıbsa, Mikeloancelonun, Repinin, Rafael Santinin əsərləri ilə tanış deyillərsə, bu, mənim problemim deyil. Hərdən mənə də çətin gəlir. Elə bilirəm ki, bunları oxumuşamsa, ətrafda olan insanlar da oxuyublar. Oxumayıblarsa, bu, öz problemləridir."
Sonxeber.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib.
B.Bağırzadə bildirib ki, kimisə tənqid etmək ən asan işdir: "Hərə gedib öz işi ilə məşğul olsun və sübut etsinlər ki, onlar nəyi məndən yaxşı ediblər. Dörd dəfə Moskvada çempion olanda da sübut etmişəm, əsrin çempionu olanda da. Bundan əlavə bu günə qədər 114 kitab buraxmışam. Bundan əlavə, müəyyən səbəblərə görə deyə bilməyəcəyim digər işlərlə də məşğul oluram. Ona görə də bir xahişim var, hamı öz işi ilə məşğul olsun. Onsuz da nəsə edəndə, hamının xoşuna gəlməyə bilər. Axı mən yüz dollar deyiləm ki hamının xoşuna gələm... Dondurma reklamı məsələsi mövsümi işdir. Bu Hamlet, Otello tamaşaları deyil ki hanısa fəlsəfə daşısın. Sadəcə, məlumat xarakteri daşıyan reklamdır ki, bu dondurmalar artıq satışa çıxıb, alın. Burada fəlsəfə axtarmaq lazım deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqustƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabr"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustElçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyul