Müxtəlif ölkələrdə məktəblərin ən AĞLAGƏLMƏZ QAYDALARI

Müxtəlif ölkələrdə məktəblərin ən AĞLAGƏLMƏZ QAYDALARIHər bir ölkənin adət-ənənə və həyat tərzi təhsil sisteminə də təsirsiz ötüşməyib. Azərbaycan məktəblərinin qanunları ilə hamımız tanışıq. Bəs dünya ölkələrində vəziyyət necədir?

Sonxeber.az oxucuları dünyanın müxtəlif ölkələrində məktəblərdə şagirdlərə qoyulan qadağalarla tanış edir. İnanılmaz məktəb qaydalarını seçmişik, sizi isə onların hansı ölkədə tətbiq olunduğunu təxmin etməyə dəvət edirik. Beləliklə, başlayaq!

Alt paltarlarında geyim kodu

Məktəbli forması hər kəs üçün eynidir. Deyə bilərsiniz ki, burda qəribə nə var? Məsələ ondadır ki, bu qayda sadəcə üst deyil, alt geyimlərinə də aid edilir. Qızlar üçün təyin edilən bütün alt paltarları ağ rəngdə və krujevasızdır. Bəzi təhsil müəssisələrində, xüsusən də özəl müəssisələrdə və kişi müəllimlər tərəfindən bu, hələ də yoxlanılır. Hökumət bu alçaldıcı qadağanı ləğv etməyə çalışsa da, məktəb direktorları "ənənələrin" vacibliyini əsas gətirərək bunu dəstəkləmədilər.

Bura Cənubi Koreyadır!

40 000 dollar

Bu ölkədə orta məktəb təhsili istəyə bağlıdır, lakin o da aydındır ki, orta məktəbi bitirməyən şagirdlər kollecə qəbul ola bilməz. Təhsil haqqı isə çox yüksəkdir. 40 000 dollara uniformalar və məcburi ortopedik çantalar daxil deyil.

Məktəb 12 illikdir. Qızlara makiyaj və saçları boyamaq qadağandır. Məktəbli uniforması hər kəs üçün məcburidir, kolqotqalara icazə verilmir, məqsəd bədəni gücləndirməkdir.

Yeməkxana yoxdur, yemək evdən gətirilir, hər kəs sinifdə, öz partasında yeyir. Məktəbi şagirdlər özləri yuyur, təmizləyir, səliqəyə salır. Bəli, hətta tualeti də.

Valideynlərə avtomobil sürmək və uşaqlarını məktəbə aparmaq qəti qadağandır. Məktəb avtobusları da yoxdur. Hər bir şagird üçün "ev-məktəb-ev" marşrutu təyin edilir. Prosesə polis və növbətçilər nəzarət edir. Hər bir gecikmə qeydə alınır və xüsusi jurnalda qeyd olunur. Müəyyən sayda gecikmələr cərimə ilə nəticələnir.

Bəli, təlim-tərbiyə mövzusunda Yaponiya olduqca sərtdir.

50 nəfərlik sinif

Yuxu saatları məcburidir. Şagirdlər sinif otağında elə stol və stullarda yuxu gedirlər. Siz məktəbi bütün dərslər bitdikdən sonra tərk edə bilərsiniz, çünki ərazi bağlıdır!

Ölkənin mərkəzində və cənubunda məktəblər kifayət qədər qızdırılmadığından uşaqlar bəzən parta arxasında üst paltarda əyləşirlər.

Bədən tərbiyəsi xüsusilə ağır keçir. Dərslər səhər 7-8-dən başlayır və 3-4-də bitir. "Ura, evə!" deyə qışqırmağa tələsməyin. Saat 4-dən sonra ev tapşırığı vaxtı gəlir, bu, məktəbdə də edilir və bəzən axşam 9-a qədər çəkir.

Zəif oxuyanlar sinfdən qovula bilər. Daha sonra şagirdləri kunq fu məktəbi gözləyir. Bu, səhərdən axşama qədər pansion və məşq deməkdir. Təlimin məqsədi kunq-fu müəllimi olmaqdır. Diqqət yetirin, başqa yol yoxdur, uşaq heç bir halda təhsildən boyun qaçıra bilməz.

Yəqin artıq təxmin etdiniz ki, söhbət Çindən gedir.

Yay tətili cəmi 6 həftədir

1 sentyabrın təqvimin qırmızı günü olduğuna əminsinizmi? Bu ölkədə 1 sentyabr şagirdlər üçün kifayət qədər dərs yükünün olduğu adi bir gündür.

Məktəbdə yeməkxanalar mövcud deyil. Sendviç gətirmisinizsə, oturub yeyin, unutmusunuzsa - dərslərin sonuna qədər gözləməli olacaqsınız. Və ya qəlyanaltı yemək üçün evə qaça bilərsiniz.

Niderlandda uşaqlar gələcək həyatın çətinliklərinə belə hazırlanır.

Cərimələr

Məktəbdə davamiyyətin səbəbsiz yerə pozulmasına görə, valideynlər məsuliyyət daşıyır. Ciddi bir arqument olmadan məktəbi buraxmaq valideynlərə təxminən 200-250 avroya başa gələcək.

Hələ də oğlanlar və qızlar üçün ayrıca məktəblər var. Yatılı internat məktəblərində uşaqlar bütün il boyu ən sərt nizam-intizam qaydaları altında yaşayırlar. Yəqin ki, oxşar filmlərə dəfələrlə baxmısınız, ən parlaq nümunəsi "Hoqvarts Cadu və Sehrbazlıq Məktəbi"dir.

Təbii ki, bura Böyük Britaniyadır.

Futbol oynamaq olmaz

İbtidai məktəbdə uşaqlar təsadüfən başqasını incitməmək üçün özü-özünü qucaqlayıb dəhlizlərdə gəzməlidirlər, çünki insan toxunulmazdır!

Orta məktəbdə sinif otağının girişində xüsusi lövhə var, dərs zamanı hər kəs telefonunu aparıb ora qoymalıdır.

Futbol da qadağandır, çünki bu oyun azyaşlı şagirdlər üçün təhlükəli ola bilər. Həmçinin, "Simpsonlar" cizgi filmindəki hər hansı geyim və əşyaları qəti qadağandır.

Düzdür, bura ABŞ-dır. (publika.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1774   Tarix: 24 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021