CinemaPlus-da Elvisın Retro tədbiri
"CinemaPlus Amburan Mall" premium kinoteatrında, açıq səma altında "rok-n-roll kralı" Elvis Preslinin həyat və yaradıcılığından bəhs edən bioqrafik filmin təqdimatı keçirilib.
"S Design" şirkəti tərəfindən olunan bəzədilmə hamını heyran etdi, çünki dekor vintaj üslubunda idi: güzgülü diskoteka şarları, vinil plastinalar, səhnə və işıqlandırma.
Aparıcı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrın aktyoru Rüstəm Kərimov qonaqları salamlayıb və təqdim edib.
"Merry Band" peşəkar musiqi qrupu 60-70-ci illərin ab-havasını yaradaraq retro mahnılar ifa edib.
Elvis Preslinin obrazı üzərində qrim ustası, əməkdar artist Maksud Məmmədov çalışıb. Filmin qəhrəmanı obrazını aktyor İlxan Sadıqov canlandırıb və bu, tədbirin qonaqlarında xoş nostalji hissləri yaradıb.
Elvis filmində baş qəhrəmanı canlandıran Ostin Batlerin musiqi təhsili olduğu üçün onun obrazı ilə yaxşı uyğunlaşdı.
Batler filmdəki mahnıları özü ifa etdiyini təsdiqləyib. Bunun üçün aktyor çəkilişlərə başlamazdan əvvəl tam bir il səs müəllimləri ilə işləyib. Rolundan danışan Batler qeyd edib ki, Elvisin qohumları, Elvisin özü və onu çox sevən digər insanlar qarşısında böyük məsuliyyət hiss edir.
Tom Henks Preslinin meneceri Tomas Parker rolunu oynadı.
Filmdə Elvisin həyat yoldaşı rolunda Olivia DeConq, onun valideynləri kimi Prissilla Presli, Helen Tomson və Riçard Roksburq, Nataşa Bassett, Lyuk Breysi, Devid Uenem, Deyker Montqomeri və başqaları rol alıb.
"Oskar" namizədi Baz Lurman rejissorluq və prodüserlik etmişdir.
Elvis Preslinin həyatı və musiqisinin hekayəsi onun meneceri, polkovnik Tom Parker ilə mürəkkəb münasibətlər prizmasından göstərilib. Onlar 20 ildən çox bir yerdə işlədilər: Elvisin karyerasının başlanğıcından onun misilsiz şöhrətinə qədər.
Tədbirin təşkilində dekor şirkəti "S Design", "DÜKKAN" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "Savalan Winery" şirkəti, Magic Mirror, "Merry Band" musiqi qrupu, qəhvə "Tupinamba", Somersby, Coca-Cola, Bonaqua və Red Bull dəstək göstəriblər.
"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.













Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qadınlarda əzələ çıxarmaq mədəniyyətini mən gətirmişəm"
Aktrisa Pərvin Abıyeva canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçi uzun illərdir sağlam həyat tərzinə sadiq qaldığını, pis vərdişlərdən uzaq olduğunu və idmanı həyatının ayrılmaz hissəsinə çevirdiyini bildirib. O, sağlam yaşam tərzinin həm fiziki, həm də mənəv
30 iyunPsixoloji müalicə alan Dilan Polat evə qayıtdı
Psixoloji dəstək almaq məqsədilə xəstəxanaya yerləşdirilən türkiyəli fenomen Dilan Polat evə buraxılıb. Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Engin Polat sosial şəbəkə hesabında məlumat verib. O, paylaşdığı fotonun üzərinə "Ümid edirəm ki, evimizin hüzuru sənə şəf
6 iyulMelisa Aslı Pamukdan Paris Moda Həftəsində iddialı geyim! - VİDEO
Türkiyəli aktrisa Melisa Aslı Pamuk oğlunun doğumundan sonra ilk dəfə Paris Moda Həftəsində ictimaiyyət qarşısına çıxıb. xarici mediaya istinadla xəbər verir ki, tədbirdə qırmızı rəngli, dərin sinə dekolteli və şəffaf detallarla işlənmiş libas geyinən Melisa Aslı Pamuk zərif görünüşü ilə moda və maqazi
10 iyulKardi Bi oğlunun məzuniyyətində
Rep ifaçısı Kardi Bi keçmiş həyat yoldaşı Offsetdən olan dörd yaşlı oğlu Ueyvin məzuniyyət mərasimində iştirak edib. OLAY yazır ki, balaca Ueyv nüfuzlu özəl məktəbəqədər təhsil müəssisəsi olan The Goddard Schoolu bitirib. Sənətçi sosial şəbəkə hesabında oğlu ilə birlikdə çəkdirdiyi fotoları paylaşara
26 iyunKadir İnanırın vəsiyyəti açıqlandı
77 yaşında orqan çatışmazlığı səbəbindən vəfat edən Kadir İnanırın illər əvvəl verdiyi mühüm qərar ictimaiyyətə açıqlanıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum sənətçinin anım mərasimində çıxış edən qardaşı oğlu Levent İnanır bildirib ki, aktyor sağlığında bütün orqanlarını bağışlama
30 iyunElgiz Əkbərə ağır itki
Aparıcı Elgiz Əkbərə ağır itki üz verib. Axşam.az agdash.tv-yə istinadən xəbər verir ki, aparıcının anası Xuraman xanım vəfat edib. Allah rəhmət eləsin!
1 iyulKimyaterapiyadan saçları tökülür?
Məşhur türk müğənni Hande Yener səhhəti ilə bağlı yayılan iddialara münasibət bildirib. OLAY yazır ki, ötən illərdə döş xərçəngini erkən diaqnoz sayəsində məğlub edən sənətçi "Kimyaterapiya səbəbindən saçları tökülüb" iddiasını təkzib edib. Hande Yener sosial media hesabında etdiyi paylaşımd
26 iyunMətanət İsgəndərli: "Sanki övladını aparıblar, amma demirlər kimindir"
Əməkdar artist Mətanət İsgəndərli mahnılarını ifa edən müğənnilərin müəllif adına hörmətlə yanaşmamasından gileylənib. xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində qonaq olarkən mahnıların ifa edildiyi zaman müəllif adının çəkilməməsini "bir uşağın kimin övladı olduğunu gizlətməyə"
25 iyun