"Neftçi" Azərbaycan futbolu tarixinə düşdü
"Neftçi" Azərbaycan klublarının avrokuboklar tarixindəki ən böyük geridönüşünə imza atıb.
Apasport.az saytının məlumatına görə, Laurentsiu Regekampfın yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsində "Aris" səddini keçib.
Kiprdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" Bakıdakı matçda iki topluq geriliyi aradan qaldırıb. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla keçib.
Avrokuboklar tarixinə baxsaq, Azərbaycan klubları dəfələrlə minimal fərqli məğlubiyyətin əvəzini çıxıb. Sonuncu belə mini-kambek cari mövsüm qeydə alınıb. "Qarabağ" Polşadakı 0:1 hesablı məğlubiyyətdən sonra "Lex"i darmadağınla keçib – 5:1.
Amma avrokubok səhnəsinə 1994-cü ildə çıxan Azərbaycan təmsilçiləri 2 və ya daha çox fərqi ilə uduzduğu qarşılaşmalardan heç birinin revanşını ala bilməyib. "Neftçi"yə qədər 41 belə nəticə qeydə alınmışdı. Bunların 30-u səfər görüşünə təsadüf edib. Heç bir halda da 2 və ya daha yüksək gerilik aradan qaldırılmayıb. Konkret eyni nəticəyə nəzər salsaq, "Neftçi"yə qədər 5 dəfə komandamız səfərdəki 0:2-dən sonra revanş üçün ev matçına çıxıb. Amma "Bakcell Arena"ya qədər kambek yaşanmayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1155 Tarix: 29 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə
5 sentyabr 2021"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı
Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye
6 sentyabr 2021MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda
5 sentyabr 2021Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO
"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin
15 sentyabr 2021I MDB Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR
Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələ
4 sentyabr 2021Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı
İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk
5 sentyabr 2021