Atasını ölənə kimi görmədi, Xalq artisti adını alan gün anası itkin düşdü, valideyni ailə qurmağına qadağa qoydu

Atasını ölənə kimi görmədi, Xalq artisti adını alan gün anası itkin düşdü, valideyni ailə qurmağına qadağa qoyduSonxeber.az kulis.az-a istinadən tanınmış aktrisa, Xalq artisti Həmidə Ömərova haqqında maraqlı faktları təqdim edir.

Həmidə Ömərova 25 aprel 1957-ci ildə Qazax rayonunda müəllim ailəsində anadan olub. Onun atası fransız, anası isə alman dili müəllimi olub.

Anası ilə atası bir-birlərini böyük məhəbbətlə seviblər. Ancaq iş elə gətirir ki, onların ailə həyatı yarımçıq qalır. Həmidənin bakılı qızı olan anası rayon mühitinə öyrəşmədiyindən qızını da özü ilə götürüb Bakıya gəlir. Atası isə əyalətdə qalmalı olur. O, dəfələrlə qızının və sevdiyi qadının ardınca Bakıya gəlsə də, nəticə uğursuz olur. Həmidənin anası geri qayıtmır. Ancaq ölənə qədər qızının atasına sadiq qalır, onu böyük məhəbbətlə sevir. Həmidə isə on yeddi yaşından sonra heç vaxt atası ilə görüşmür.

Aktrisa atası ilə bağlı xatirələrində deyir:

"17 yaşımdan öldüyü günəcən onu görməmişəm. 86-cı il idi. Teleqram gəldi... Kinostudiyadan maşın verdilər, yaşı qədər - 59 qərənfil alıb getdim qəbri üstünə. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım. O qədər hönkür-hönkür ağladım ki. Dedim, məni atdın, axtarmadın, yiyə durmadın. Amma institutu bitirəndən sonra içimdə onunla barışdım. Həmişə anamdan qorxmuşam. O, hökmlü qadın olub. Deyirdim kaş məni Qazağa ezamiyyətə göndərərdilər. Gizlicə atamı axtarıb tapardım. Bu hiss məndə 22-23 yaşımda çox güclü idi. Atamla söhbət eləməyi çox istəyirdim. Atalı uşaqlara həsəd aparırdım. Ona görə də şəxsi həyatımda nə baş versə də, demişəm, mən uşağımı atasız qoymayacağam. Öz uşaqlığım mənə örnək olub".

***

Həmidə aktrisa olmaq üçün də anasına çox yalvarır, hətta günlərin birində onun qarşısında diz çökür ki, ona Moskvaya oxumağa getməyə icazə versin.

Həmidə xanım uzun illərdi namaz qılır. Ancaq günlərin birində iş elə gətirir ki, o, pivə içməli olur. Həmin əhvalatı müsahibələrinin birində belə nəql edir:

"Burulğan" filminin çəkilişləri idi. Bir dəfə yenə havanın şıltaqlığı tutub, şəhərlə əlaqəmiz kəsilib. Suyumuz da qurtarıb, ancaq yeşiklərdə pivələr qalır. Aktrisa həmkarım, mənimlə filmə çəkilən Eqle dedi, dəniz suyu içməyəcəyik ki, gəl pivə içək. Bəlkə heç motorlu qayıq gəlmədi... O içdi, mən axşamacan dözdüm. Axırda dedim, bir qurtum da mənə ver. Birinci iyrəndim, sonra yenə... elə öyrəndim... Gördüm normaldı, pis deyil. Demirəm e "piyaniskə" oldum. Amma namaz qılana qədər yayda sevimli içkim idi"...

Aktrisa gec ailə həyatı qurub. Buna səbəb onun sənəti olub. Günlərin birində İrana səfər edərkən oradakı tanış qadınlardan biri ondan yaşını soruşur. Biləndə ki, 33 yaşı var və hələ ərə getməyib, onu bərk danlayır. Bakıya qayıdan Həmidə çoxdandır onunla ailə qurmaq istəyən iş yoldaşına evlilik üçün razılıq verir. O, müsahibələrində bu haqda belə deyir:

"O, oğlanın atası rəhmətə getmişdi, anası ağır xəstə idi. Xalası ilə xalası qızı bizə elçi gəldilər. Sonra oğlana dedim ki, anana baş çəkmək istəyirəm. Getdik. İlk dəfədir evlərinə gəlmişəm, anası ilə tanış olacam. Evin tək oğludur, getdi çay gətirməyə. Qaldıq ikimiz... Və onda ana mənə bir söz dedi. "İndiki qızlar otururlar, otururlar, yaşları keçəndə kimə gəldi gedirlər". Bu sözü oğlana demədim, amma ondan uzaqlaşdım. Dedim, sən gizlədirsən, amma anan məni istəmir. Heç nə demədi. Elə onu dedi ki, anam xəstədir və xəstəliyi haqda heç nə bilmir. Bu məsələ bitdi. O oğlan indiyəcən ailə qurmayıb".

Aktrisanın anası ailə həyatında xoşbəxt olmadığı üçün qızının ailə qurmasına qəti şəkildə mane olub. Hər dəfə Həmidəyə elçi gələn kimi anası onu pisləyir, "qızımın əlindən bir iş gəlmir, aktrisadır, səhərdən axşamacan çəkilişdə olur" sözlərini deyirmiş.

***

Sonralar Həmidə özündən bir yaş böyük oğlanla tanış olur və onlar tez bir zamanda bir-birlərini sevib ailə qururlar. Ana olmağına lap az qalmış, dəhlizdə həmin oğlanla rastlaşır, oğlan ona deyir ki, sənə sözüm var. "Bilirsən, anam rəhmətə gedəndə məni yanına çağırıb dedi ki, gedib Həmidədən üzr istəyərsən. Mən çox heyfsilənirəm ki, sənə mane oldum".

***

Ailə qurandan sonra həyat yoldaşı ona sənət qadağası qoyur. Hər dəfə aktrisanın çəkildiyi filmləri görəndə kanalı dəyişir. Daha sonra Həmidəni məcbur edir ki, aktrisalıq karyerasına son qoysun.

Həyat yoldaşını böyük məhəbbətlə sevən aktrisa onun bu təklifi ilə razılaşır, kino həyatını tərk edir. Hətta aparıcısı olduğu dövrün məşhur verilişi olan "Retro"dan da uzaqlaşır. Ancaq bir ildən sonra yenidən kino sənətinə geri qayıdır.

Aktrisanın anası ömrünün sonlarına yaxın 6 il amneziya (yaddaşsızlıq) xəstəliyindən əziyyət çəkib. Anası çox vaxt xəstə olduğu dövrlərdə Həmidəni öz anası bilir, ona "ana" deyə müraciət edirmiş. Həmidə xanım anasını xatırlayarkən belə deyir:

"Anam mənəvi cəhətdən çox güclü qadın olub. Amma niyəsə mənim onun gənc, gözəl, güclü vaxtlarını yox, son illərini, zəif vaxtlarını xatırlayıb yanıram. O vaxtlarını ki, o mənim balam idi... Evdə hara gedirdim, uşaq kimi dalımca gəzirdi. "Qaragilə" anamın sevimli mahnısı idi. O mahnını onun kimi oxuyan görməmişəm. Anamın çox gözəl səsi var idi. Konservatoriyaya girmişdi, qardaşları oxumağa icazə verməmişdilər".

***

Günlərin birində isə aktrisa bağda dincələrkən onunla birgə yaşayan anası qızına və özünə aid sənədləri və qızının qızıl əşyalarını özü ilə götürüb evdən çıxır və itkin düşür. Həmin gün aktrisaya Xalq artisti adı verilir, o isə əlində anasının şəkli dəli kimi hər yerdə onu axtarır. Anası tapılarsa, namaz qılacağını əhd edir. Ancaq sonradan şəhərdəki mənzilinə gəlib ağlaya-ağlaya namaz qılır. Sonra yenə küçələrə çıxıb anasını axtarmağa başlayır. O, anasını psixiatriya xəstəxanalarının birində tapır. Anası döyülmüş, üz-gözü cırılmış və soyulmuş halda xəstəxana paltarında bir kənarda oturub "Qaragilə" mahnısını oxuyurmuş. Həmin hadisədən sonra Həmidə ərizə yazıb universitetdəki kafedra müdirliyi vəzifəsindən çıxır. Anasına özü baxmağa başlayır. Aktrisanın anası dünyasını dəyişəndə Həmidə namaz üstə olub.

Aktrisanın sözlərinə görə, anasının xəstələnməsində təqsirkar olan şəxs mərhum psixiatr Ağabəy Sultanov olub. Aktrisanın iddialarına görə, Ağabəy Sultanovun müalicəsindən sonra anası huşunu tamamilə itirir, hər kəsi unudur.

***

Şəxsi həyatı ilə bağlı bir çox şayiələrlə üzləşən aktrisanı ən çox təəccübləndirən isə Polad Bülbüloğlu ilə evli olması ilə bağlı məsələdir. Aktrisa isə bu fikirlərin söz-söhbətdən və şayiədən başqa bir şey olmadığını vurğulayıb.

Valideynləri ayrılanda Həmidənin 15 yaşı olub. Atasının başqa ailəsi və ögey bacı-qardaşları da olub. Aktrisanın ögey anası və bacı-qardaşları ilə münasibəti çox yaxşı olub. Atası on yeddi yaşına qədər qızına məktublar yazsa da, aktrisanın anası o məktubların heç birini qızına oxumağa verməyib.

***

Aktrisaya müsahibələrinin birində belə bir sual ünvanlanır "yəni heç kim sənə demədi ki, "Qorxma, mən səninləyəm?"

Aktrisa isə cavabında belə deyir:

- Yox, o kinoda olur. Bəlkə də bizim kino 1993-cü ildə böhrana uğramasaydı, mən heç ailə qurmazdım. Buna mənim vaxtım yox idi. Bir gün Bakıda çəkilirdim, bir gün Şəkidə, bir gün İranda. Qəribədir ki, mən sevib ailə qurdum. Bakıya qayıdandan bir müddət sonra yoldaşımla tanış oldum. Onun öz aləmi vardı. O, yeganə kişi idi ki, mən bir qadın kimi onu qətiyyən maraqlandırmırdım. Mən də qarşıma məqsəd qoydum ki, onu özümə cəlb edəcəm. Çox quru adam idi. Sonra yavaş-yavaş ünsiyyətimiz yarandı. Qəribə adam idi, açığı, mən onu heç vaxt başa düşmədim. Onun sevgi etirafı da qəribə oldu. Həmin gün möhkəm yağış yağırdı. Mən də hər dəfə naharda çıxıb evə gedirdim. Çıxdım bayıra, gördüm dayanıb yağışın altında... Düz 45 dəqiqə saxladı məni, ordan-burdan danışdı, nahara da gecikdim. Sağollaşıb qayıtmaq istəyirdim ki... bircə kəlmə dedi: "İstəyirəm səni". Çönüb baxdım. Gördüm yağışdan elə islanıb ki... Mən ona inandım. Nəticəsi o oldu ki, bu gün o məhəbbətin bəhrəsi olan yaraşıqlı bir oğlumuz var".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1951   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rafael tablosundakı sirr: Süni intellekt "yad əli" üzə çıxardı

Süni intellektlə edilən yeni analiz Renessans ustası Rafaelə (Raphael) aid edilən Madonna della Rosa adlı tablodakı bir üzün böyük ehtimalla rəssamın özünə məxsus olmadığını göstərib. Qaynarinfo xəbər verir ki, "Science Alert" nəşrinin məlumatına görə, əsərdə yer alan bu üz Rafael tərəfində

2 fevral
.

Alim Qasımovdan MaNganın təklifinə cavab

Türkiyənin məşhur "MaNga" qrupu Xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib. "MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl jurnalistlərə açıqlamasında Alim Qasımovla duet oxumaq istədiklərini deyib. Məsələ ilə bağlı -a danışan Alim Qasımo

19 yanvar
.

"Onun mahnısını oğurlayıb Sibel Cana satıblar" - Bəstəkarın xanımı

Mərhum bəstəkar Tahir Əkbərin oğurlanmış əsərləri ilə bağlı Türkiyədə araşdırma başladılıb. xəbər verir ki, bu barədə -a mərhum bəstəkarın xanımı Aybəniz Əkbər məlumat verib. Onun sözlərinə görə, bəstəkarın bir neçə əsərinin illərdir oğurlanaraq Türkiyədə başqa adlar altında istifadə edilməsi ilə bağl

16 yanvar
.

Rusiyalı musiqiçi: "SSRİ-də ilk rok klubunun yaradılmasında Dövlət Təhlükəsizlik Komitəsi rol oynayıb"

Rusiyalı musiqiçi, "Piknik" qrupunun keçmiş üzvü və Leninqrad rok klubunun həmtəsisçisi Nikolay Mixaylov SSRİ-də ilk rok musiqiçiləri birliyinin necə yaradıldığını xatırlayıb. xəbər verir ki, o, bu barədə -ya müsahibəsində danışıb. Mixaylovun sözlərinə görə, o dövrdə SSRİ Dövlət Təhlükəsizli

8 mart
.

"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş

XVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis"

11 may
.

"Gələn il "dəmir toy" etməyi düşünürük" - Yazıçı Anar

"Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəyəm". xəbər verir ki, bu sözləri -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib. Xalq yazıçıs

14 mart
.

Ərdoğandan İlber Ortaylının vəfatı ilə bağlı başsağlığı mesajı: "Dərin kədər hissi keçirdim"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış tarixçi, professor İlber Ortaylının vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb. türk mediasına istinadən xəbər verir ki, dövlət başçısı paylaşımında İlber Ortaylının ölüm xəbərini böyük kədərlə qarşıladığını bildirib. Ərdoğan mesajında qeyd edib:. "Ço

13 mart
.

Sevinc Kərimova dəfn olundu - Fotolar

Ötən gün dünyasını dəyişən, "Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova ilə vida mərasimi keçirilib. -a istinadən xəbər verir ki, vida mərasimi mərhumun evində baş tutub. Vida mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fua

8 yanvar
.

Əməkdar artist dünyasını dəyişdi

Azərbaycanın Əməkdar artisti, xanəndə Raziyyə Şirinova vəfat edib. "Report"un xəbərinə görə, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər. Onun 86 yaşında vəfat etdiyi bildirilir. Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. 1962-64-cü illərdə A. Zeynallı adına Bak

20 mart