Azərbaycan Premyer Liqasının baş sponsoru AÇIQLANDI
Azərbaycanın qanuni lotereya və idman mərc operatoru "Azərlotereya" ASC-nin "Misli" brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru oldu.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.
Əldə olunan razılaşmaya görə, futbol üzrə Azərbaycan Premyer Liqası "Misli Premyer Liqası" adı ilə fəaliyyət göstərəcək.
"Misli" brendi hər zaman idmanın inkişafına diqqət və qayğı göstərərək bu istiqamətdə həyata keçirilən layihələrin icrasında uğurla təmsil olunur. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır.
AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib:
"Misli"nin ölkə əhəmiyyətli idman tədbirlərinə dəstəyini nəzərə alaraq, əməkdaşlıq etmək qərarına gəldik. Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar".
"Azərlotereya"nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında bu əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb:
"Misli" bu günədək ölkə üçün önəmli müxtəlif tədbirlərə, eləcə də idmanın inkişafı naminə layihələrə dəstək olub. Bu gündən etibarən isə Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. İnanırıq ki, işbirliyimiz uğurlu olacaq və bir çox sahələrdə olduğu kimi, futbolda da müvəffəqiyyətlər qazanacağıq".
Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.
"Misli" məntəqələri və "Misli.az" platforması vasitəsilə geniş seçim və fərqli imkanlardan yararlanaraq dünyanın populyar futbol matçları, eləcə də basketbol, tennis, voleybol, həndbol, buzüstü hokkey, stolüstü tennis, snuker, MMA, "Formula 1" və digər idman hadisələri üzrə mərc imkanları mövcuddur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1174 Tarix: 01 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabr"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr