"Ermənistanın məqsədi divident qazanmaqdır" - Hərbi ekspert

"Ermənistanın məqsədi divident qazanmaqdır" - Hərbi ekspertRusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, təxribatın baş vermə səbəbinini Ermənistanın hansısa ərazini zəbt etmək kimi niyyətində axtarmaq doğru deyil. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə çəkmək və maksimum şəkildə divident qazanmaqdır:
"Son vaxtlar baş verən təxribatların səbəbi qlobal məsələdir. Çox yaxşı bilirik ki, Ermənistan 2020-ci il 10 noyabrdan sonra bütün vasitələrdən istifadə edərək münaqişənin həllində divident qazanmağa və ermənilərin hüquqi statusunun müəyyənləşdirilməsinə çalışır. Bu Ermənistanın xarici güclərdən ilham alması ilə bağlıdır. Əlbəttə, həm Rusiyanın, həm Qərbin özünə məxsus marağı var. Hesab edirəm ki, daha çox Qərbin marağı hiss olunur. Çünki Qərb həm müharibə zamanı, həm müharibədən sonra münaqişənin bu formatda həllinə maraqlı olmadığını açıq şəkildə bəyan edib. Hətta ATƏT-in Minsk qrupu çərçivəsində yenidən danışıqlar aparılmasını təklif edib. Bu baxımdan təxribatın baş vermə səbəbinini Ermənistanın hansısa ərazini zəbt etmək kimi niyyətində axtarmaq doğru deyil. Çünki Ermənistan müharibədən sonra ordusunun 70 faizini həm canlı qüvvə baxımından, həm də silah-texnika baxımından itirib. Belə olan təqdirdə ötən 20 ayda ordunun yenidən komplektləşməsi, döyüş hazırlığının artırılması mümkün deyil. Ermənistanın açıq müharibəyə getmək kimi fikrinin olması haqqında deyilən mülahizələrlə razı deyiləm. Sadəcə məqsəd beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə çəkmək və maksimum şəkildə divident qazanmaqdır. Azərbaycan bu kimi halların qarşısını almaq üçün yeganə yol olaraq bölgədə anti-terror əməliyyatı həyata keçirməyi nəzərdə tuta bilər. Düşünürəm ki, Azərbaycan silahlı qüvvələrinin Əsgərən,Ağdərə istiqamətində həyta keçirəcəyi anti-terror əməliyyatı ermənilərin bundan sonra belə addımlar atmasının qarşısını alacaq.
Mövcud vəziyyət qismən Rusiyanın da maraqlarına xidmət edir. Rusiya sülhməramlılarının fəaliyyətini mənfi qiymətləndirirəm. Məsələ burasındadır ki, Rusiya sülhməramlıları gəldikləri ilk gündən ermənilərin yaşadığı ərazilərdə erməni silahlı qüvvələrini tərki-silah etmək əvəzinə humanitar tədbirlərin həyata keçirilməsi ilə məşğul oldular. Bunun özü ilk gündən yanlış addım idi. Bu, sülhməramlılara deyil, Rusiyanın rəsmi dövlət orqanlarına, Kremlinə yönələn ittihamdır. 10 noyabr bəyanatının 4-cü bəndinin icra olunması kimi öhdəliyi öz üzərinə götürən dövlər Rusiya Federasiyasıdır. Bu məsələdə fəal rol oynamalıdır. Ermənistanın mövcud vəziyyətdə hansı manevirlər etdiyini də diqqətdən yayındırmaq lazım deyil. Açıq şəkildə bildirmək lazımdır ki, Ermənistan ötən 1 ildə sözün əsl mənasında Qərblə əməkdaşlıq edərək məsələni öz xeyrinə dəyişməyə çalışır".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1764   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel 2024
.

İsrail İranın hücumlarına cavab verəcək

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı

14 aprel 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qətlə yetirilən soydaşlarımızın sayı açıqlanıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə bu gün Bakıda seperatçıların keçirilən məhkəməsində məlumat verilib. Qeyd olunub ki, 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 35

18 fevral 2025
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel 2024
.

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular

26 may 2024
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024