12 milyard il yaşı olan QARANLIQ MATERİYA aşkarlandı
Yapon alimlər yeni tədqiqat çərçivəsində kainatda ən geniş yayılmış maddə olan sirli qaranlıq materiyanı aşkar ediblər.
Aşkar edilmiş qaranlıq materiya Böyük partlayışdan artıq 1.8 milyard il sonra mövcud olmuş qalaktikalar klasterini (qalaktikalar toplusu) əhatə edir. Yəni söhbət, 12 milyard il yaşa sahib qaranlıq materiyadan gedir.
Alimlər belə qənaətə gəliblər ki, erkən kainatdakı qaranlıq materiya müasir kosmoloji modellərin güman etdikləri kimi fəzada sıx sahələr şəklində cəmləşməyib.
Əgər bu fərziyyə öz təsdiqini tapsa, bu kəşf qalaktikaların təkamülləri barəsində anlayışı tamamilə dəyişə bilər. Alimlər həmçinin güman edirlər ki, kosmosu idarə edən qanunlar 12 milyard il bundan öncə tamamilə fərqli olublar.
Qeyd etmək lazımdır ki, qaranlıq materiyanı aşkar etmək çox qəliz məsələdir. O, adi materiya kimi heç bir maddə və ya işıq ilə qarşılıqlı təsirdə olmur. Qaranlıq materiyanı "görmək" üçün alimlər onun qravitasiya ilə qarşılıqlı əlaqəsinə ümid etməlidirlər.
Bu kosmik obyektləri uzaq məsafədə yerləşən işıq mənbəyini müşahidə etmək üçün böyüdücü linza kimi istifadə etmək olar. Bu proses qravitasiya linzası adlanır.
Qalaktikadakı qaranlıq materiyanın paylanmasını müşahidə etmək üçün alimlər linza rolunda çıxış edən qalaktikanın arxasında yerləşən işığın necə dəyişdiyini izləyə bilərlər. Linza rolunda çıxış edən qalaktikanın tərkibində nə qədər çox qaranlıq materiya olarsa, o, işığı bir o qədər çox təhrif edəcək.
Lakin erkən və müvafiq olaraq çox uzaqda yerləşən qalaktikalar həddindən artıq aşağı səviyyəli parlaqlığa sahibdirlər. Buna görə də alimlər onların qravitasiya linzası üsulu vasitəsilə müşahidədə çətinlik çəkirlər. Buna baxmayaraq aparılmış yeni tədqiqat çərçivəsində alimlər kainatın ən qədim işıq mənbəyindən istifadə ediblər. Söhbət, kosmik mikrodalğa arxa fon şüalanmasından gedir.
Bu şüalanma Böyük partlayışdan sonra qalıb və hələ də kainatda öz səyahətinə davam edir. Uzaqda yerləşən qalaktikaların işıqları kimi kosmik mikrodalğa arxa fon şüalanması da linza rolunda çıxış edən qalaktikalar tərəfindən təhrif olunur.
"Biz, 12 milyard il yaşa sahib olan qalaktikalardakı qaranlıq materiyanı ölçmək üçün kainatın erkən tarixinə nəzər yetirə bildik" - deyə yapon alimlərdən biri qeyd edib.
Alimlər güman edirlər ki, 12 milyard il bundan öncə təzə-təzə formalaşmağa başlamış qalaktikalar klasteri daha çoxlu miqdarda qaranlıq materiya ilə qravitasiya əlaqəsində olub. Yapon alimlər güman edirlər ki, erkən kainatda qaranlıq materiya kosmosda sıx sahələr yaratmayıb.
"Əgər bizim fərziyyəmiz həqiqətə uyğundursa, ola bilsin ki, qaranlıq materiyanın təbiəti ilə bağlı olan müasir nəzəriyyələrə yenidən nəzər yetirmək lazım gələcək. Bu bizim kainat barəsində olan təsəvvürlərimizi dəyişə bilər" - deyə bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1546 Tarix: 06 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrRənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabr30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabr