Pənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTO
"İspaniyada doğulub, orada yaşasaq da, hər zaman evimizdə doğma dilimizdə danışırıq. Buna görə də heç bir zaman dilimizi və millətimizə olan sevgimizi itirmədik".
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu sözləri bu gün Ağdamda Pənahəli xanın nəslindən olan Məhəmmədəli Əkbərov İmarət sarayını ziyarət edərkən media nümayəndələrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ailəsi hər zaman azərbaycançılığı yüksək səviyyədə təbliğ edib. 21 yaşının olduğunu deyən qonaq İspaniyanın Arabada şəhərində anadan olduğunu bildirib. Sonradan valideynlərinin Madridə köçdüyünü qeyd edən M.Əkbərov hazırda bu şəhərdə kriminalistika fakültəsinin 3-cü kursunda təhsil aldığını vurğulayıb.
"Atamın babası Ağdama köçmüşdü və burada bir nömrəli məktəbdə direktor kimi fəaliyyət göstərib. O, həm də müəllim idi. İspaniyada yaşamağımıza baxmayaraq, evdə hər zaman Azərbaycan dilində danışırıq. Ona görə də mən öz ana dilimi yaxşı bilirəm. Bizdə hər kəsin ən böyük arzusu işğaldan azad olunmuş yerləri gəlib görməkdir", - M.Əkbərov bildirib.
M.Əkbərov İspaniyada Azərbaycanla bağlı keçirilən bütün tədbirlərdə iştirak etdiyini media nümayəndələrinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanla bağlı bu ölkədə keçirilən bütün tədbirlərdə mütəmadi olaraq iştirak edir.
Pənahəli xanın nəslinin davamçısı vurğulayıb ki, hər zaman Xocalı soyqırımının tanınması və bu kimi bütün tədbirlərin iştirakçısı olub: "Azərbaycana gəlişimə görə, Heydər Əliyev Fonduna və Diasporla iş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirirəm. Onların təşkil etdiyi "Şuşa lll Yay Düşərgəsini" iştirak etdim. Biz 55 xarici ölkədə yaşayan 116 nəfər Şuşaya gəldik. Mənim üçün Şuşada olmağın ayrı bir şərəf hissi var. Çünki bizim nəslin kökü Şuşada olduğu üçün, böyük bir sevinc hissi yaşadım. Eyni zamanda, Şuşanı gəzərkən kədərlənib kövrək hisslər yaşadım. Dağıdılan abidələr, xarabalığa çevrilmiş evləri gördüm. Orada indi insanların xatirələri yaşayır. Yol boyu hərəkət etdikcə bu yerləri azad edən şəhidlərimizin fotolarını gördüm, çox duyğulandım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnşallah bərpa işləri başa çatdıqdan sonra hər kəsin öz yurdunda yaşamasını düşündükcə adamda sevinc və fərəh dolu hisslər yaranır. Ağdama gəlməyim isə tamamilə fərqli bir hiss yaşatdı. Buraya gəlib Pənahəli xanın, onun oğlanlarının İmarətini görmək çox böyük qürurverici hisdir. Mənim valideynlərim də gəlmək istəyirlər. İnşallah ki, qısa müddətdə onlar da gələr. Çox istərdim ki, Ağdamda, Şuşada bir evim olsun. Ailəmlə gəlib burada yaşayım".
M.Əkbərov Ulu babasının inşa etdirdiyi Şahbulaq qalasını da ziyarət edib.










Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2315 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabr30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabrMeymun yazıçının arvadını öldürdü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind
22 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabr