Xəstəliklərin şiddəti artır: Əsas səbəb üzə çıxdı

Xəstəliklərin şiddəti artır: Əsas səbəb üzə çıxdıAlimlər iqlim dəyişikliyinin yaratdığı sel, isti hava dalğaları və quraqlıq kimi 10 fərqli təbii fəlakətin məlum 375 yoluxucu xəstəliyə təsirini araşdırıblar.

Araşdırmanın nəticələri "Nature Climate Change" jurnalında dərc olunub.

Məlum olub ki, 375 yoluxucu xəstəlikdən 218-i iqlim dəyişikliyi ilə əlaqədar baş verən təbii hadisələr nəticəsində təsirini artırıb.

Qeyd olunur ki, bəzi təbii fəlakətlər zamanı yarasa, siçan, ağcaqanad və ya maral kimi xəstəlik daşıyıcıları olan heyvanlar vasitəsilə infeksiyalar insanlara ötürülür.

Bundan əlavə, araşdırmada iqlim dəyişikliyinə görə temperaturun artmasının dəniz məhsullarının strukturunu pozduğu, insan sağlamlığını təhlükəyə atdığı və yoluxucu xəstəliklərin şiddətini artırdığı iddia edilib.

Viskonsin Universitetinin Qlobal Sağlamlıq İnstitutunun tədqiqat qrupundan doktor Conatan Patz qeyd edib ki, iqlim dəyişikliyi zamanı xəstəliklərin riskləri də dəyişəcək.

İqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin insanlarda malyariya, hantavirus, vəba və qarayara kimi yoluxucu xəstəliklərin şiddətini artırdığı müəyyən edilib./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1212   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar

4 oktyabr
.

Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark

4 oktyabr
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Gözləriniz əsl yaşınızı göstərə bilər

Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı

30 sentyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj

27 sentyabr