Jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib
Jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
Sonxeber.az xəbər verir ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilmişdir.
Sakinlərin təklif və müraciətləri nəzərə alınaraq aparılan abadlıq işləri çərçivəsində binanın həyətində ümumilikdə 350 kv.m sahədə yeni tamet daş örtüyü salınmış, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə iki yeni söhbətgah, yeni işıq dirəkləri və oturacaqlar quraşdırılmış, o cümlədən yararsız idman qurğuları və attraksionlar yenilənmiş, eyni zamanda uşaqlar üçün əyləncə meydançaları rezin örtüklərlə üzlənmişdir. Eyni zamanda, burada keçirilmiş iməclik işləri zamanı həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, həmişəyaşıl ağac və gül kollarının əkilməsi də təmin edilmişdir.
Məlumat üçün bildiririk ki, ötən dövr ərzində müvafiq binada yaşayan jurnalistlərin məişət ehtiyaclarının qarşılanması və rahatlığının təmin olunması məqsədilə market istifadəyə verilmiş, binanın qarşısında bankomat və "BakıKart" yükləmə aparatı yerləşdirilmişdir. Bununla yanaşı, binanın işıqlandırma sistemi əsaslı şəkildə yenilənmiş, ərazidə yaşıllıq sahələrinin artırılması məqsədilə mütəmadi olaraq ağacəkmə kampaniyası keçirilməkdədir.
Qeyd edək ki, aparılan abadlıq işlərində əsas məqsəd binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Prezident onları təltif etdi - Siyahı