"Qarabağ"ın prezidenti: "Azərbaycana yaraşan futbol oynadıq"

"Qarabağ"ın prezidenti: "Azərbaycana yaraşan futbol oynadıq""Qarabağ"a və Azərbaycana yaraşan futbol oynadıq. Biz səfərdən möhtəşəm qələbə ilə qayıtdıq. Fəxr edirik və çox sevinirik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda "Ferenstvaroş"u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Funksioner artıq pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə görüşlərə köklənəcəklərini bildirib:

"Bir həftə sonra rəqib Bakıya gələcək. Avqustun 23-də cavab qarşılaşması gerçəkləşəcək. Bu, mənim doğum günümə təsadüf edir. Mən də həmin vaxt səfərdə olacağam. Məncə, bu, tarixin ən güclü "Qarabağ"ıdır. Kadi Borges və Riçard Almeydanın cavab görüşündə iştirak etməsi bizə çox köməklik etdi. İnanıram ki, "Qarabağ" qarşıdakı oyunlarda da bizi sevindirəcək".

Klub rəhbəri rəqibin prezidenti Qabor Kubatovun matçdan sonrakı fikirlərinə də toxunub:

"O söylədi ki, bizdən daha güclü olan komandaya uduzduq. Onu çox təqdir etdim".

Tahir Gözəl "Qarabağ"ın adının Avropada və dünyada tanındığını söyləyib:

"Səfərə çıxanda və "Qarabağ"ın prezidentiyəm deyəndə bizi tanıyırlar. İtaliyada restoranda dedilər ki, "Roma" ilə görüşümüzü xatırlayırlar. Artıq "Qarabağ" tanınan brenddir. Bunun üçün fəxr edirəm. Daim diqqət mərkəzindəyik və oyunçularımıza da tələbat var".

O, hədəflərinin növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək olduğunu diqqətə çatdırıb:

"Bizim məqsədimiz "Qarabağ"ın adını, ölkəmizi böyük şərəflə dünyada tanıtmaqdır. Çempionlar Liqasındakı oyunlar maddi cəhətdən də "Qarabağ"a çox köməklik edir. Bildiyiniz kimi, klubun öz gəliri yoxdur. Ən böyük sponsoru "Azersun Holding"in sayəsində buralara gəlib. Avrokuboklar "Qarabağ"ın gələcəyi üçün çox önəmlidir. Hər şey göstərir ki, biz doğru yoldayıq".

T. Gözəl bəzi xarici klubların onlardan stabilliyin sirlərini soruşduğunu deyib:

"14 il eyni baş məşqçi ilə yola davam etmək rekorddur. Mənim onlara cavabım odur ki, "Qarabağ"ın özünəməxsus hekayəsi var. Bu klub özünü göstərmək istəyən, pul qazanmaq haqqında fikirləşən prezidentdən və futbolçulardan ibarət deyil. "Qarabağ"ın hekayəsi hamımıza ilham verir. "Qarabağ" adı bizə böyük məsuliyyət verir. "Ferenstvaroş"un azarkeşi oyundan sonra mənə dedi ki, "Qarabağ"da güc var idi. Siz həmin işıq və motivasiya hesabına qalib gəldiniz".

"Köhlən atlar"ın rəhbəri pley-offdakı rəqiblərinin də güclü olduğunu söyləyib:

"Qarabağ" çox cəsarətli oyun sərgiləyir. Hesab edirəm ki, pley-offda da öz bacarığımızı göstərəcəyik. Klubumuza inanıram".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1138   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

"Qalatasaray"ın keçmiş prezidenti koronavirusdan VƏFAT ETDİ

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun keçmiş prezidenti vəfat edib. -a istinadən bildirir ki, 84 yaşlı Duygun Yarsuvat müalicə aldığı xəstəxanadan koronavirusdan dünyasını dəyişib

10 sentyabr 2021
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 12:39. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye

6 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

I MDB Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR

Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələ

4 sentyabr 2021
.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021