"V İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idman tarixində mühüm hadisədir"-Jalə Əhmədova
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları keçirilir. Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Jalə Əhmədova bildirib ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, həmçinin digər dövlət və hökumət başçılarının iştirak etməsi İslam aləminin birliyini bütün dünyaya nümayiş etdirdi:
"Avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi bir sıra mühüm məqamlarla yadda qaldı.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, həmçinin digər dövlət və hökumət başçılarının iştirak etməsi İslam aləminin birliyini bütün dünyaya nümayiş etdirdi.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, V İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idman tarixində mühüm hadisədir Tədbir 2021-ci ildə qlobal pandemiya səbəbindən bir il təxirə salınsa da, bu il onun keçirilməsi baş tutdu. Avqustun 18-dək davam edəcək oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 medal uğrunda mübarizə aparacaq.
Qeyd edim ki, V İslam Həmrəyliyi Oyunlarının məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixə malik olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən biridir və müxtəlif mədəniyyətlərin bir araya gəldiyi məkandır.
Bundan əvvəl 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları da Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya İslam aləminin birliyini və həmrəyliyini göstərdi".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1310 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların
9 sentyabr 2021Paralimpiya bayrağı Parisə ötürüldü
Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd
5 sentyabr 2021Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald
15 sentyabr 2021Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18 sentyabr 2021MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO
Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını
11 sentyabr 2021Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13 sentyabr 2021İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR
İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05
4 sentyabr 2021