Azərbaycanın bəzi rayonlarında un qıtlığı yaranıb - VİDEO
Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb.
Vətəndaşların "Xəzər Xəbər"ə müraciətindən sonra məlum olub ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son bir həftədir, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.
Bəs buna səbəb nədir?
Satıcılar unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal-hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir, un gəlmir.
Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirirlər.
Hətta Qax rayonunda un tapa bilməyib, qonşu rayona üz tutan sakinlər də var.
Şimal-qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya tədbirləri aparılır. Bu, oxşar müəssisələrdə mərhələlərlə aparılır ki, una tələbat pozulmasın.
Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.
O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
Türk İnvestisiya Fondu (TİF) kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışını genişləndirmək, qadın sahibkarları dəstəkləmək, dayanıqlı kənd təsərrüfatını və yaşıl investisiyaları təşviq etmək məqsədilə Niderland İnkişaf Bankının (FMO) təşkil etdiy
12 noyabrAzərbaycanda emal sənayesi 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın emal sənayesində 18 milyard 995,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur. Ema
13 noyabrBrent markalı neftin qiyməti bir barel üçün 91,55 dollara düşdü
Neft qiymətləri əvvəlki gün yüksəlişdən sonra cümə axşamı səhəri düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,21 dollar və ya 1,3 faiz azalaraq bir barel üçün 91,55 dollara düşüb. Çərşənbə günü Brent markalı neftin qiyməti 1,2
12 noyabrAzərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 243,366 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Oktyabr ayında Türkiyə Azərbaycana 29,872 milyon ABŞ dolları dəyərind
9 noyabrHotellərə yeni tələb qoyulur
Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis
5 noyabrQızıl almaq istəyənlərin NƏZƏRİNƏ
2026-cı il 17 noyabr tarixində Azərbaycan bazarında qiymətli metallar üzrə qızılın qiymətləri məlum olub. "Yeni Sabah" xəbər verir ki, ölkədə 1 unsiya qızılın qiyməti 6 572,4040 manat təşkil edir. Bazar göstəricilərinə görə, 99 əyyarlı təmiz qızılın 1 qramı 211,31 manata bərabərdir. Digər əyyarla
17 noyabrAzərbaycanda pul bazası 25 mlrd. manatı ötüb
Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb
3 noyabrAzərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 100 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bunda
17 noyabr