"Azərxalça" növbəti dəfə zərərini açıqlayıb
"Azərxalça" ASC 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
APA maliyyə hesabatına əsasən xəbər verir ki, ASC 2020-ci ili də xalis zərərlə başa vurub.
Belə ki, bu dövrdə "Azərxalça"nın satışdan gəlirləri 5,2 milyon manat (2019-cu illə müqayisədə 17 dəfə çox), satışının maya dəyəri 4,6 milyon manat (12 dəfə çox), sair gəlirləri 1,2 milyon manat təşkil edib. İnzibati və əməliyyat xərcləri 5,1 milyon manat, xarici valyuta əməliyyatlarından xalis gəlirləri isə 109 min manata bərabər olub. Hesabat dövründə "Azərxalça"nın vergi ödəməsi olmayıb və son nəticədə ili 3,3 milyon manat (2019-cu ilə nisbətən 38,5% az) xalis zərərlə bağlayıb.
2019-cu ildə isə ASC 5,3 milyon manat xalis zərər açıqlamışdı.
2021-ci il yanvarın 1-nə "Azərxalça"nın aktivləri 0,5% azalaraq 107 milyon manat, cəmi öhdəlikləri 63% artaraq 1 milyon manata yüksəlib. Şirkətin cəmi kapitalı 0,9% azalaraq 105,9 milyon manata, o cümlədən yığılmış zərəri 36% artaraq 13,8 milyon manata çatıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada
28 iyunRuslan Quliyev dəfn olundu
Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar
9 iyunAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu
30 mayMeyvə-tərəvəz niyə ucuzlaşmır? (VİDEO)
Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Qaynarinfo -a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasını
6 iyunAzərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı
5 avqustAzərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə
6 iyunQızılın qiyməti 4150 dolları keçdi
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb. Qaynarinfo birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib. Qiymətli metallar bazarında gümüş də bahalaşıb
27 iyul