Ermənistan Futbol Federasiyası və "Pünik" klubu Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıblar

Ermənistan Futbol Federasiyası və "Pünik" klubu Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıblarErmənistan Futbol Federasiyası və "Pünik" futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində İrəvanda keçirilmiş matçda Azərbaycana qarşı törədilmiş təxribatla bağlı birgə bəyanat yayıb.

"Report"un məlumatına görə, yayılan bəyanatda qarşı tərəfin UEFA-dan gələcək mümkün sanksiyalardan qorxu hissinin olduğu başa düşülür:

"Son vaxtlar Ermənistanda keçirilən beynəlxalq oyunlar zamanı futbol matçlarına və ümumilikdə idmana yaraşmayan hadisələr baş verir ki, bu da Ermənistan futbolu üçün ən ağır nəticələr verə bilər. Onlarla vətəndaş, əsasən də yeniyetmələr tribunalarda dava salır, o cümlədən siyasi aksiyalar həyata keçirirlər".

Bəyanatda pankartları stadiona buraxan təhlükəsizlik əməkdaşlarının səhvə yol verdikləri və onlarla iş aparıldığı bildirilir. Həmçinin hər iki qurum futbol ictimaiyyətinin, o cümlədən medianın dəstəyi olmadan stadiondakı çoxlu sayda mühafizəçinin bu kimi halların qarşısını ala bilməyəcəyini acı da olsa etiraf edib.

"Demək olar ki, bu il Ermənistanda keçirilən bütün beynəlxalq oyunlar zamanı oxşar hadisələr baş verib ki, buna görə də federasiya və Ermənistan klubları külli miqdarda cərimələr ödəyiblər. Lakin belə hallar aradan qalxmazsa, Ermənistanda yeganə yüksək Avropa standartlarına cavab verən Respublika stadionu diskvalifikasiya edilə bilər. İstər Ermənistan millisi, istərsə də klublarımız ev oyunlarını başqa ölkələrdə neytral meydanlarda keçirməli olacaqlar", – deyə bəyanatda bildirilib.

Federasiya həmçinin yerli KİV-dən belə hallarla bağlı video və fotoları yaymamağa, valideynləri uşaqlarını meydançaya buraxmamağa, futbol azarkeşlərini və fan-klubları arzuolunmaz nəticələrin qarşısını almağa çağırıb.

Xatırladaq ki, 9 avqustda keçirilmiş "Pünik" – "Srvena Zvezda" (Serbiya) matçında erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankartlar qaldırıblar. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart əks etdirib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 942   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr
.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr