Sosial şəbəkələrdə bizi necə dinləyirlər? – Ekspertdən ŞOK TƏFƏRRÜAT

Sosial şəbəkələrdə bizi necə dinləyirlər? – Ekspertdən ŞOK TƏFƏRRÜAT"Anamla evə alacağımız mətbəx avadanlıqları haqqında söhbət edirdik. Qərarlaşdırıb söhbətimizi bitirdikdən sonra sosial şəbəkə hesablarıma daxil oldum. Gözlərimə inana bilmədim, qarşıma həmin avadanlıqların satışı ilə məşğul olan çox sayda səhifələr, mağazalar çıxmağa başladı".

Son zamanlarda yəgin ki, bu deyilənlər əksəriyyətimiz üçün tez-tez rast gəlinən hala çevrilib. İnternet, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevirildiyi azmış kimi indi də arzu-istəklərimizi, məlumatlarımızı toplamağa başlayıb həm də xəbərimiz olmadan.

Doğrudanmı rəqəmsal dünya bizi qarabaqara izləyir? O məlumatlarımızı, danışdıqlarımızı necə anlayır?

Hər kəsi düşündürən bu sualları mütəxəssislə çözməyə çalışdıq. Rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyev Bizim.Media-ya açıqlamasında bəzi nüanslara aydınlıq gətirib.

Onun sözlərinə görə, istifadəçilərin təkcə şəxsi məlumatları deyil, şəxsi maraqları da data kimi reklam verən şəxslərə satılır:

"Meta korporasiyasına daxil olan – "Facebook", "İnstagram", "Whatsapp" sosial şəbəkə platformaları istifadəçilərin sözügedən yerdə apardığı hərəkətlilikləri bu və ya digər şəkildə izləməyə başlayır. Yəni istifadəçi hər hansı bir səhifəyə, paylaşıma rəy yazırsa, bəyənirsə avtomatik olaraq sistemdə yer alır. Bununla da həmin səhifələrdəki paylaşımlara, kontentə görə, sosial şəbəkələr reklam "targeting"ini müəyyən edir və istifadəçi növbəti etapda reklam verənlərin siyahısında yer almağa başlayır. Dəfələrlə "Meta" korporasiyası bu tip məlumatları əldə edikləri üçün məhkəməyə verilib. Lakin bu ittihamlara qarşı qalib gəlməyi də bacarıb. Çünki istifadəçilər özü könüllü şəkildə məlumatları ötürür".

Mütəxəssisin sözlərinə görə, hər hansı sosial şəbəkəyə daxil olmağımız artıq bizim məlumatlarımızın platformaların "database" serverlərinə köçürülməsi hesab olunur:

"Müasir günümüz süni intellektin inkişafı, virtualizasiya dövrünün artıq sürətlənməsini tələb edir. Biz "google" axtarış sistemində də müxtəlif axtarışlar edəndə, səsli mesajlar göndərdikdə, cihaza səsimizi ötürməsinə icazə verdikdə, sosial şəbəkə növbəti dəfə icazə istəmir və istənilən məlumatları cihazımızdan yönləndirə bilirlər. Ona görə də icazə verilən üçüncü tərəf tətbiqlər üçün sosial hesabınızda hansı məlumatların əlçatan olduğunu yoxlayın. Həmçinin istifadə olunmayan tətbiqlərin smartfonlardan silinməyi məsləhətdir", - deyə S.Mehdiyev qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1129   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr