Baş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTO

Baş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTOBu ilin yanvar-iyul aylarında SOCAR "Azəriqaz" İstehsalat Birliyinin boru xətlərinə 4 milyard 825 milyon kubmetr təbii qaz qəbul edilib. Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə qazın qəbulunda 342 milyon kubmetr artım olub. Qurum rəsmisi bildirib ki, bu ilin iyul ayı ərzində isə 316 milyon kubmetr təbii qaz qəbul olunub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 14 milyon kubmetr çoxdur.

Sonxeber.az xəbər verir ki, Rəşad Cavadov bu ilin yanvar-iyul ayları ərzində SOCAR "Azəriqaz" İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 105,95 % olduğunu da diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,12 % çoxdur. Baş direktorun müavini, həmçinin bildirib ki, bu ilin iyul ayında ödəniş səviyyəsi 114,29 % təşkil edib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 5,06 % çoxdur.
Bu ilin yanvar-iyul ayları ərzində "Azəriqaz" İB-nin paylayıcı şəbəkəsində qaz itkilərinin həcminin 8 % təşkil etdiyi də media nümayəndələrinin diqqətinə çatdırılıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon kubmetr və ya 2,5 % azdır. Baş direktorun satış üzrə müavini vurğulayıb ki, iyul ayı ərzində qaz itkisinin həcmi 4,5 % təşkil edir: "Bu, keçən ilin müvafiq ayı ilə müqayisədə 0,8 % , həcmlə isə 1,7 milyon kubmetr azalma olub".

Görüş zamanı yeni abonentlərin sayı ilə bağlı statistik məlumat da açıqlanıb: "Bu ilin avqustun 1-nə SOCAR "Azəriqaz" İB üzrə qaz istehlakçılarının sayı 2 473 107-ə çatıb. Bu ilin yanvar-iyul ayı ərzində 31 412 , cari ilin iyul ayı ərzində isə 3 258 yeni abonent qeydiyyata alınıb", - deyə, Rəşad Cavadov qeyd edib.

Qazlaşma və təmir işləri barədə də görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, 2022-ci ildə regionlar üzrə 44 şəhər və rayonu, Bakı şəhəri üzrə isə 3 rayonu əhatə etməklə 116 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Bunlardan Dövlət proqramına uyğun olaraq 106 kənd və massivdə işlərə başlanılıb.

Aksiyaya mətbuat nümayəndələri ilə yanaşı, sıravi vətəndaşlar da üz tutub. Onlar da qaz təchizatı ilə bağlı suallarını Birliyin məsul şəxslərinə ünvanlayıblar. Daxil olan müraciətlər baş direktorun satış üzrə müavini Rəşad Cavadov və qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev tərəfindən cavablandırılıb.

Baş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTOBaş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTOBaş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTOBaş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTOBaş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTOBaş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTOBaş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim etdi - FOTO


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1172   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi

23 sentyabr
.

Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil

29 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm

24 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr