İslamiada: Azərbaycanın futbol yığması yarımfinala yüksəlib - YENİLƏNİB

İslamiada: Azərbaycanın futbol yığması yarımfinala yüksəlib - YENİLƏNİB23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma B qrupundakı sonuncu - 3-cü sınağında Mərakeş seçməsi ilə üz-üzə gəlib. "Konya Cumhuriyet" stadionunda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Milli komandadan qolları 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqibdən isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrup 2-cisi kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, yığma qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. İkinci qarşılaşamada isə İran seçməsi meydana çıxmadığından, Azərbaycana texniki qələbə verilib.

16:13

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Eldar Yusubovun rəhbərlik etdiyi yığma B qrupundakı son matçında Kamerun yığmasına 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycanın qadın voleybol yığması daha əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.

15:54

Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da Eldəniz Əzizli yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1 hesabı ilə qalib gəlib.

82 kq çəki dərəcəsində Rafiq Hüseynov finala gedən yolda türkiyəli Emrah Kuşanı mübarizədən kənarlaşdırıb - 2:1.

65 kq-da yarışan Elis Manolova isə yarımfinalda kamerunlu Berte Emilyeni 2:1 hesabı ilə məğlub edərək, adını finala yazdırıb.

15:19

Yunan-Roma güləşçisi Ülvü Qənizadə qırğızıstanlı Bəy Qonurbayevə 9:0 hesabıyla qalib gələrək finala yüksəlib.

"Report"un məlumatına görə, dünya mükafatçısı, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Elis Manolova isə B qrupundakı ikinci görüşündə qazaxıstanlı Yelena Şaliqinaya "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib.

14:12

Azərbaycanın iki dünya çempionu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

Bu gün turnirə Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start veriblər.

"Report"un məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Rafiq Hüseynov ikinci görüşündə türkmənistanlı Toyli Orazova 9:0 hesabıyla qalib gələrək dörd ən güclü güləşçi adını hesabına yazdırıb.

Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.

O, 1/4 finalda özbəkistanlı Turabəy Tirkaşevə 0:11 hesabıyla məğlub olub.

Azərbaycanın daha bir titullu güləşçisi, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub.

Yunan-Roma güləşi üzrə ikiqat Avropa mükafatçısı Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağa 10:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 931   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021
.

"Qalatasaray"ın keçmiş prezidenti koronavirusdan VƏFAT ETDİ

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun keçmiş prezidenti vəfat edib. -a istinadən bildirir ki, 84 yaşlı Duygun Yarsuvat müalicə aldığı xəstəxanadan koronavirusdan dünyasını dəyişib

10 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18 sentyabr 2021
.

MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını

11 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021