Prezident: "Rusiya-Ukrayna müharibəsi nəticəsində ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər kəskinləşir"

Prezident: "Rusiya-Ukrayna müharibəsi nəticəsində ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər kəskinləşir""Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit həm iqlim var, həm də təbii şərait var, həm maldarlıq, həm də bitkiçilik üçün. Biz əlbəttə ki, bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik".

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər bu günün məsələləri deyil:

"Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Ancaq prinsip etibarilə torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, azad edilmiş torpaqlarda biz vaxt itirmədən əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir".

"Mən hesab edirəm ki, azad edilmiş torpaqlarda biz taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq, əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdır. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdir. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın, Bazarçayın suyundan istifadə edə bilmirdik. Bu, azad edilmiş torpaqlarda əsas çaylardır. Amma o çayların sayı daha çoxdur", - deyə Prezident İlham Əliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1230   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!

Əlinlə ver, ayağınla axtar - Borc verənlərin vəziyyətini ifadə edən bu və ya digər oxşar məsəllər indi daha aktualdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da borclanma iqtisadi münasibətlərin istiqamətlərindən birini təşkil edir. Əslində isə bu məsələ də qanunvericiliklə tənzimlənir. Maraqlıdır

10 mart
.

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edilib. Trend-in məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Naxçıva

14 mart
.

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 34,335 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur. Təkcə fevralda Türkiyə Azərbaycana 18,122 milyo

14 mart
.

Gömrük Komitəsində yeni - Təyinatlar

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrü

10 fevral
.

Azərbaycan Qvatemaladan avokado tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 2,7 milyon ABŞ dolları dəyərində 536 ton avokado (təzə və ya qurudulmuş) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq - 10 % çoxdur. Hesaba

15 mart
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 9,366 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,7 % çoxdur. Hesabat dövründə Türkiyənin metal ixracının ümumi dəyəri illik müqayisəd

8 fevral
.

Orta aylıq əməkhaqqı 1 100 manatı ötdü

2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil edib. Bu barədə -a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyy

11 fevral
.

Azərbaycanda əmlak sığortası bazarı 2 %-ə yaxın böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 25,995 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 2,649 milyo

28 fevral
.

Qızılın qiyməti kəskin artıb

Martın 3‑ü, 2026‑cı il tarixində qızılın dünya birjalarında qiyməti yüksək səviyyədə qalıb. Bir troya unsiyası (təxminən 31,10 qram) üçün qiymət 5 350-5 370 ABŞ dolları civarında olub. Bu, investorların geosiyasi risklər və iqtisadi qeyri‑müəyyənlik fonunda təhlükəsiz aktivlərə - qızıla yönəlməsini göstərir

3 mart