Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib"Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları" təsdiqlənib.

"Report"un xəbərinə görə, Qaydalar Xarici İşlər Nazirliyinin Kollegiyasının 1 avqust tarixli Q/04-22 nömrəli Qərarı ilə təsdiq olunub

Sənəddə qeyd edilib ki, xarici media nümayəndələrinin akkreditasiyası "Media haqqında" Qanun, müvafiq dövlətlərarası müqavilələr və bu Qaydalar ilə tənzimlənir.

"Media haqqında" Qanunun 11.3-cü maddəsinə əsasən xarici media nümayəndələrinin Azərbaycan Respublikasında akkreditasiyası Xarici İşlər Nazirliyi (bundan sonra – XİN) tərəfindən həyata keçirilir.

Media Reyestrinə daxil edilmiş media nümayəndələrinin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin media nümayəndələrinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.

Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətlərə baxılması

Xarici media nümayəndələrinin akkreditasiyası üçün aşağıdakı sənədlər tələb olunur:

1. xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin nümayəndəliyinin rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu;

2. xarici media nümayəndəsi tərəfindən doldurulmuş ərizə-anketi (Əlavə);

3. iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;

4. xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti;

5. xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti;

6. tərcümeyi-hal.

Xarici media nümayəndələrinin akkreditasiyası üçün tələb olunan sənədlər XİN-ə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər.

Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici media nümayəndələrinə akkreditasiya kartı verilir.

Akkreditasiya kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycan Respublikasında jurnalist və ya operator fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə baxılmanın nəticəsinə dair məlumat XİN, yaxud Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları tərəfindən müraciət edən tərəfə bildirilir.

Xarici media nümayəndələrinin akkreditasiyası peşə fəaliyyətini həyata keçirmələri üçün tələb olunan, lakin 1 (bir) ildən artıq olmayan müddətə olur. Akkreditasiya uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli akkreditasiya 1 (bir) illik, qısamüddətli akkreditasiya isə konkret səfər müddətinə olur.

Xarici media nümayəndələri akkreditasiya müddəti bitəndən sonra akkreditasiya müddətinin uzadılması və ya yenidən akkreditasiya üçün XİN-ə müraciət edə bilərlər.

Xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur:

1. təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda;

2. saxta və ya yanlış məlumat təqdim edildikdə;

3. xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda;

4. xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.

Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz.

Xarici media nümayəndələri akkreditasiya kartını itirdikdə dərhal XİN-in Mətbuat xidməti idarəsinə məlumat verməlidirlər. Akkreditasiya kartının dublikatının verilməsi barədə müraciətə 3 (üç) iş günü ərzində baxılır. Akkreditasiya kartının dublikatının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

1. xarici media nümayəndəsinin akkreditasiya kartını itirdiyinə dair ərizəsi;

2. iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil.

3. Xarici media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi

1. Akkreditasiya olunmuş xarici media nümayəndələri tərəfindən akkreditasiya qaydaları pozulduqda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda XİN tərəfindən xarici media nümayəndələrinin akkreditasiyası ləğv edilir.

2. Xarici media nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditasiya kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditasiya ləğv edildikdə akkreditasiya kartı XİN-ə təhvil verilir.

3. Əcnəbi və ya vətəndaşlığı olmayan xarici media nümayəndələrinin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 623   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr