Əliyevin bəyanatları: Azərbaycanın Zəngəzur, Göyçə və İrəvana dair baxışı konkretləşəcək – TƏHLİL

Əliyevin bəyanatları: Azərbaycanın Zəngəzur, Göyçə və İrəvana dair baxışı konkretləşəcək – TƏHLİLPrezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

İlham Əliyevin müsahibəsi postmünaqişə reallıqları zəminində inkişaf edən hadisələrə Azərbaycan dövlətinin baxışının məcmusudur.

Prezidentin açıqlamaları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair aparılan danışıqların məzmununun bəzi detallarını ortaya qoyur.

Ermənistan hakimiyyəti 10 Noyabr Bəyanatından sonrakı gedişatların incəliklərini daxili auditoriyanı sakitləşdirmək və Bakının tərtib etdiyi güzəştlərə hazır olduğunu gizlətmək məqsədilə təhrifedici formada təqdim edib.

Bunun bariz nümunələrini baş nazir Nikol Paşinyanın danışıqlardan əvvəl bir cür, müzakirələrdən sonra fərqli tərzdə çıxış etməsində görə bilərik və Paşinyanın belə tövrü münasibətlər tam normallaşana qədər davam edəcək.

Bakı isə iki ilə yaxın keçən zaman kəsiyində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilərə dair strateji yanaşmasını məharətlə təsbit etdi.

Hərçənd ki, Azərbaycan məsələləri çılpaqlığı ilə üzə çıxarmırdı, lakin informasiya axınında Bakının xəttindəki yanaşmanın təzahürlərini aydın görmək olurdu.

Bunlar nə idi?

1. Elə şərait yaradıldı ki, Qarabağdakı ermənilər Ermənistandan əllərini üzdülər (Azərbaycan daim antiterror əməliyyatlarını gündəmdə saxlamışdı);

2. İkinci mərhələdə separatçılar və mülki ermənilər İrəvanın şübhəli mövqeyindən ehtiyatlanaraq guya özlərinin mübarizə aparacaqlarına dair təsəvvürlər formalaşdırdılar;

3. Azərbaycan 2021-ci ilin mayından sərhədə çıxışı təmin etdikdən sonra Qarabağ mövzusu Ermənistan üçün arxa plana atıldı;

4. Bu mərhələlər bir zəncirin həlqələri idi və yeni pilləni ərsəyə gətirirdi. Azərbaycan Qarabağ İqtisadi Zonasında və Şərqi Zəngəzurda yaratdığı hərbi infrastruktur, iqtisadi layihələrlə ermənilərin mühasirəsini daraltdı və bu, 2022-ci ildə özünün pik nöqtəsinə çatdı.

10 Noyabrdan sonrakı mərhələlərdə Azərbaycan Qarabağdakı erməniləri unutmadı, onlara vətəndaşlıq verilməsi təkliflərini səsləndirdi. Azərbaycan bilinən və görünməyən addımlarla Qarabağdakı təhlükəsizlik şəraitini diqqətlə və strateji incəliklə analiz edərək öz gələcək addımlarının əsaslarını möhkəmləndirdi.

Laçın dəhlizinə alternativ marşrutun inşasının yekunlaşması ərəfəsində ermənilərin Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltmaq üçün Azərbaycan dövlətindən vaxt istəməsi yuxarıdakı xülasə kontekstində şərh etmək lazımdır.

İlham Əliyevin dediyinin məğzi, zənnimizcə, bundan ibarətdir ki, nəinki mülki ermənilər, hətta Qarabağda "nüfuz" sahibi olan ermənilər də Azərbaycan dövləti ilə təmasdadırlar və Bakı onları soyuqqanlılıqla ram edə bilib.

Azərbaycanın keçirdiyi "Qisas" antiterror əməliyyatından sonra isə özlərinin cəngavər obrazını yaratmaq istəyən ermənilər də başqa variantlarının qalmadığını görüb Bakının təlimatları qarşısında boyun əymək məcburiyyətində olacaqlar.

Ermənistan isə, İlham Əliyevin dediyi kimi, Qarabağdakı ermənilərə təsir imkanlarını itirib, Azərbaycan bu təsir dairəsini genişləndirib.

Ermənistan artıq Qarabağ mövzusunu danışıqlar predmetinə gətirmir, üzdə olan bəyanatlar isə sadəcə erməni cəmiyyətini illüziyaların içərisinə qərq etmək məqsədləri daşıyır.

Əlləri hər yerdən üzülən ermənilərin nicat tapacaqları ünvan Azərbaycandır, amma rəsmi Bakı onlara əlahiddə bir imtiyaz tanımayacaq.

Yəni onlara heç bir status, müstəqillik verilməyəcək, bütün Azərbaycan vətəndaşları qanunla hansı konstitusion hüquqlara sahibdirlərsə, ermənilər də eyni payı alacaqlar.

Prezidentin tezislərindən bir mövzuya dair ümumi baxışlar konkretləşir ki, Azərbaycan Rusiyanı proseslərə müdaxilə etmək imkanlarından kənarlaşdırıb, çünki Moskva heç zaman Bakını İrəvana dəyişməz.

İlham Əliyev Rusiya sülhməramlı kontingenti üçün "müvəqqəti yerləşdirilmiş" ifadəsini də tez-tez işlədirdi, bu, o deməkdir ki, Azərbaycan vaxtı çatanda Rusiya qoşunlarının öz ərazilərindən çıxarılmasına mütləq nail olacaq.

Ermənilər Laçın, Sus, Zabuxdan çıxmasalar və dirəniş göstərsələr, onlar legitim hədəf olacaqlar, çünki bu, Azərbaycan dövlətinin konstitusion tələblərinin pozulmasıdır.

İlham Əliyevin sitatı da həmin fikri gücləndirir.

SİTAT: "Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə Konvensiyasının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də, orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilərlər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər, bizi maraqlandırmır".

Digər məqam Zəngəzur dəhlizi ilə əlaqəlidir. Artıq Ermənistan Zəngəzur dəhlizinə razılıq verir. Paşinyan administrasiyasının bu yöndə əvəllər verdiyi bəyanatlar həmişə manipulyasiya xarakteri daşıyıb. Azərbaycan indi Ermənistandan Zəngəzur dəhlizi ilə əlaqədar qrafik və marşrut planı gözləyir.

Ermənistan bu dəfə də zamanı öz revanşist məqsədləri üçün uzatmağa çalışsa, başqa hərbi əməliyyatlara məruz qalacaq.

Sonda, İlham Əliyevin mövqeyi Azərbaycanın yeni mərhələyə keçdiyini göstərir və budəfəki mərhələ Ermənistan üçün tarix dərsi verməkdir.

Bu nöqtədən götürüb verə biləcəyimiz proqnoz:

1. Zəngəzur dəhlizinin istifadəyə verilməsinin paralelində Azərbaycan tarixi torpaqlarının Ermənistan ərazisinə düşən hissəsinə dair təbliğatı sərhəddə möhkəmlənməklə gücləndirəcək. Ən azından, Ermənistanda azərbaycanlı icmasının yaradılmasına nail olunacaq;

2. İndi Azərbaycanın hədəfləri sırasında Zəngəzur, Göyçə, İrəvan daha aktualdır və zaman keçdikcə konsepsiyanın bənd-bənd detalları formalaşdırılacaq;

3. Zəngəzur dəhlizi kontekstində Azərbaycan sərhəddə və Ermənistanın içərilərinə doğru yön alan marşrutlarda kəşfiyyat-nəzarət tədbirlərini genişləndirəcək və yeri gələrsə, perspektiv hərbi addımlarının koordinatlarını müəyyənləşdirəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1298   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr