Azərbaycanın nə qədər xarici dövlət borcu var?

Azərbaycanın nə qədər xarici dövlət borcu var?Bu il iyulun 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 167,1 milyon ABŞ dolları, birbaşa daxili dövlət borcu isə 2 milyard 789,7 milyon manat təşkil edib.

Bu barədə Hesablama Palatasının "2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik xülasəsi"ndə bildirilib.

Sənədə əsasən, 6 ayda birbaşa xarici dövlət borcu 226,3 milyon ABŞ dolları və ya 3,1 % azalıb, birbaşa daxili dövlət borcu 282,6 milyon manat və ya 11,3 % artıb.

Hesabat dövründə Azərbaycanın xarici dövlət borcu üzrə ümumi şərti öhdəlikləri 715,2 milyon ABŞ dolları, daxili zəmanətlər üzrə şərti öhdəliklər isə 738,8 milyon manat olub. Belə ki, ümumi şərti öhdəliklər 131,5 milyon manat artıb, nəticədə ümumi dövlət borcunda 29,4 milyon manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 milyon manat (31,6 %) artıb.

"Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub, xarici dövlət borcunun məbləği azalıb və daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb", - Hesablama Palatasının məlumatında deyilir.

Bu il iyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7 %-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7 %-ni, daxili dövlət borcu isə ÜDM-in 3 %-ni təşkil edib.

Xatırladaq ki, dövlət büdcəsində bu il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1,1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1740   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 %-dən çox artıb

Bu ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 946,7 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 %, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 9,1 % çoxdur. Kredit qoyuluşunun 22 milyar

31 yanvar
.

Azərbaycandan Ermənistana neft məhsulları göndəriləcək

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. -a "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bu gün 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndəriləcək. "Bunda

9 yanvar
.

Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində kadr təyinatı olub. Ölkə.az-ın əldə etdiyi məlumata görə, Aytəkin Cəfərovaya qurumun Qubadlı rayonu üzrə ərazi şöbəsinin müdiri vəzifəsi verilib. Qeyd edək ki, bundan öncə o, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri olub

19 yanvar
.

İrandan Azərbaycana gətirilən malların qiyməti bahalaşacaq? - AÇIQLAMA

Hazırda İranda baş verən proseslər həm daxili sabitlik, həm də region ölkələri ilə münasibətlər baxımından diqqətlə izlənilir. Ölkə daxilində siyasi, iqtisadi və sosial gərginliyin artması, beynəlxalq müstəvidə isə sanksiyalar, diplomatik təzyiqlər və regional təhlükəsizlik məsələləri İranın ümumi vəziyyətin

16 yanvar
.

Şamaxı və Göyçayda heyvan satışı bazarları açıldı

Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib. xəbər verir ki, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərin

10 yanvar
.

Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa etdi

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq - 5 % azdır. Hesabat dövründə Azərbaycan Hindistandan 639 mi

17 yanvar
.

"Memar Əcəmi"nin 4-cü çıxışı müvəqqəti bağlanacaq

"Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq

6 yanvar
.

"Mart ayından sonra kərə yağının qiyməti sürətlə bahalaşacaq" - İQTİSADÇI NATİQ CƏFƏRLİ

Yanvarın 1-dən etibarən kərə yağının idxal rüsmu 5%-dən 15%-ə qədər qaldırılıb. Onsuzda indiyədək kərə yağının qiyməti hər ay 80 qəpik-1 manat bahalaşırdı. Kərə yağının idxal rüsumunun artırılması o deməkdir ki, məsələn 1 kiloqramı 25 AZN-ə satılan kərə yağının qiyməti bu ildən 29-30 AZN-a satılacaq

7 yanvar
.

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı - TƏFƏRRÜAT

Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 4-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar. xəbər verir ki, "Bank BTB" ASC-nin rəsmi veb-səhifəsində dərc olunan məlumatda, bankın 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə yekunlaşdırdığı yazılıb. Lakin bankın maliyyə göstəricilərind

16 yanvar