Bakıdan xüsusi reportaj: "Çort poberi" - VİDEO

Bakıdan xüsusi reportaj: "Çort poberi" - VİDEOXəzər dənizi boyunca gəzinti, hündür və yaraşıqlı binalar, Özbəkistanda rast gəlinməyən qeyri-adi muzeylər və ləzzətli köftələr.

Sonxeber.az Kult.az-a istinadla xəbər verir ki, Özbəkistanın Qalampir.uz saytının səyahət məkanı Azərbaycanın gözəl şəhəri Bakıdır.

Bakı Azərbaycan Respublikasının paytaxtı və Qafqazın mühüm iqtisadi, elmi və texniki mərkəzdir. O, həm də Xəzər dənizində böyük liman şəhəridir. Bakı şəhərinin adı fars dilindən götürülüb, mənası "küləyin əsməsi" deməkdir.

Xəzər dənizinin sahilində yerləşən şəhər bütöv tarixi binaları və müasir tikililəri ilə diqqət çəkir.

Siz "çort poberi" sözü ilə tanışsınız? Bu sözü deyən kimi çoxlarının ağlına Leonid Qaydayın çəkdiyi məşhur "Brilliant əl" filmi gəlir. Filmin bu səhnəsi Bakının qədim və müasir mərkəzi olan İçərişəhərdə çəkilib.

1968-ci ildə çəkilmiş filmdə Bakının içərisində yerləşən tərk edilmiş otaqdan aptek kimi istifadə olunub. Filmin qəhrəmanı küçədə gəzir, yıxılır və "çort poberi" sözünü deyir. Çox güman ki, bu söz film vasitəsilə dildən-dilə yayılıb və xüsusən də postsovet ölkələrində məşhurlaşıb. Bu filmin çəkildiyi yerə baxmaq üçün Bakıya çox adam gəlir. Yəni film Bakını məşhur edir, Bakı isə filmi məşhurlaşdırır.

Əvvəllər filmin çəkiliş meydançasında aptek olan otaq indi turistlər üçün əl istehsalı suvenirlər satılan mağazaya çevrilib. Bakıya gedirsinizsə, bu mağazadan sevdiklərinizə hədiyyələr ala bilərsiniz.

Otağın yanında "Brilliantovaya ruka" kafesi var. Filmin baş qəhrəmanlarının heykəlləri də bu kafedə quraşdırılıb. Menyuda siz filmdə istifadə olunan ən məşhur sözlərdən ibarət yeməkləri görəcəksiniz. Məsələn, salatlardan birinin adı "Çort poberi"dir.

Bakını gəzərkən köhnə şəhər küçələri sizi hündür, müasir binalarla bəzədilmiş möhtəşəm prospektlərə aparır. Dünyanın ən bahalı geyimləri, aksesuarlar satılan mağazalar, beynəlxalq restoran şəbəkələri, Almaniya, Fransa istehsalı olan avtomobil mağazaları, gecəsi 1000 ABŞ dollarını keçən otellər...

Xəzər dənizinin sahilində yerləşən Bakının rəmzi və simvolu sayılan Bulvar Meydanı turistlərin və gənclərin əsas məkanıdır.

Bulvar meydanı Bakının ən gözəl və hərəkətli küçələrindən biridir. Burada teatr və kinoteatrlardan tutmuş kitabxanalara, muzeylərə və mağazalara qədər hər şeyi tapa bilərsiniz. Yenidənqurmaya qədər bulvarın uzunluğu 16 kilometr idisə, tam yenidənqurmadan sonra 25 kilometrə çatdırılıb.

Əslində Bakı Dənizkənarı Bulvar Xəzər dənizi boyu uzanan sahil küçəsidir, lakin Bakının ən gözəl yerində istirahət guşəsidir desək daha düzgün olar. Su kənarındakı küçənin eni 30 metr olsa da, onun yanında gəzinti yerləri, kanallar, kafelər və digər müxtəlif müəssisələr var.

Bulvar meydanında qayıq dayanacağı var, burada istirahət edənlər qayıqlara minir və Bakı dənizkənarı bulvarda salınmış kanallar sistemi ilə səyahət edirlər. Kanallar boyunca Venesiya üslubunda tikilmiş evlər var və onlardan nəfis kiçik körpülər keçir. Bir sözlə, qayıqla Bakının gözəlliyinə şahid ola bilərsiniz.

Ətraflı xüsusi reportajda:


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1749   Tarix: 14 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr