Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Ramiz Əzizbəyli onu niyə bağışlamadı?

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Ramiz Əzizbəyli onu niyə bağışlamadı?Sonxeber.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında 10 maraqlı faktı təqdim edir.

Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər.

***

Rasim məktəb illərində ədəbiyyat müəllimi Nabat müəllimənin sayəsində ədəbiyyatı, sənəti sevdi:

"Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi".

Üçüncü kursda oxuyanda bərk soyuqlayır. Qış sessiyası öncəsi rayona gedir ki, anası ona qulluq etsin. Ancaq soyuqdəyməsi keçmir. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollanırlar. Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.

Rasim həbsdəki günlərini danışır:

"100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir".

Rac Kapurun o vaxt bütün Sovet İttifaqına yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı.

***

Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Bir gün atasının ölüm xəbərini alır. 1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Asim qoyun, ölsəm yalnız "R" hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı.

Rasim Balayevin ən yaxın dostlarından biri də Ramiz Əzizbəyli olub. Onların arasındakı dostluq münasibətləri zamanla şəxsi münasibətlərin pozulmasına, hətta düşmənçiliyə çevrilib. Ramiz Əzizbəyli son müsahibəsində bu haqda deyir:

"Qızımı, Xədicə balamı o vaxt çox yaxın dostum Rasim Balayevin baldızı oğluna verdim. Amma alınmadı. Ayırdım. Hələ də ailə qurmayıb. Artıq neçə illərdir Rasimi danışdırmıram. Çox yaxın dost idik. Amma övladıma görə dostluğumuzun üstündən qara xətt çəkdim. Əvvəl peşmanlıq hissim olurdu, amma indi hiss edirəm ki, ondan qırıldığıma sevinirəm. Bu saat Rasim Balayev qapıdan içəri girsə xoş gəldin deyərəm, süfrə açaram, amma ürəyimdəki də ürəyimdə qalar. Onu heç vaxt bağışlamayacam".

***

Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli isə atası haqqında danışarkən deyir:

"Rasim əmi nə xəstə yatanda, nə də atam dünyasını dəyişəndə gəlmədi. Baxmayaraq ki, biz bir evli kimi olmuşuq. Sonradan soyuqluq yarandı. Görünür onların da incidikləri məqamlar var. Amma Rasim əminin uşaqları atamı çox istəyirdilər, atam da onları əzizləyirdi. Çünki onun əlində böyümüşdülər. O, xəstə yatanda oğlanları bir neçə dəfə zəng vurmuşdu. Atam rəhmətə gedəndə də zəng vurub baş sağlığı vermişdilər".

İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi roluna aktyor axtarırdılar. Bir gün Həsən Seyidbəylinin yadına Tədris Teatrında gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. İkinci rejissor bu sözləri Həsən Seyidbəyliyə çatdırır. Rejissor həmin anda Səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana əsəb sanatoriyasına göndərirlər. Orda müalicə ala-ala Rasim Nəsiminin məşqlərinə başlayır.

***

1973-cü ildə "Azərbaycanfilm"in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir - onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır. "Nəsimi" filmi Rasim üçün uğurlu başlanğıc oldu. Filmin ilk nümayişinin səhəri Rasim artıq bütün Sovet İttifaqında məşhur idi.

Bir dəfə Moskvada, kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, cavab verir ki, hə, mənə yaman oxşayır. Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş.

***

Xalq artistinin tez-tez həmkarları ilə qalmaqallarda adı hallanır. Bir neçə il əvvəl aktyor ilə həmkarı Şəfiqə Məmmədova arasında gərginlik yaranıb. Hər iki sənətkar bir-biri haqqında mətbuatda xoşagəlməz ifadələr işlədiblər. Rasim Balayev aktrisanı yaltaq və satqın adam adlandırsa da, 2019-cu il 8 Mart günü Şəfiqə xanıma zəng edərək, onu təbrik edib, şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyini dilə gətirib və bununla da iki tanınmış sənətkar arasında baş verən inciklik sona çatıb.

Bu ilin may ayında aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Onun sədr seçilməsi bir çox həmkarının hiddətinə səbəb olub.

Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzir. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat alır. Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi olur.

***

Ömür boyu bir aktyorun ala biləcəyi bütün mükafatları Rasim Balayev yalnız Nəsimi roluna görə almışdı.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2135   Tarix: 14 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?

Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib. Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonu

18 avqust
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul