Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssiz-küysüz dünyasını dəyişdi - Kinomuzun Gülpərisindən maraqlı faktlar
Sonxeber.az Kulis.az-a istinadən "Qızmar günəş altında" filmində Gülpəri rolunun ifaçısı Sürəyya Qasımova haqqında maraqlı faktları təqdim edir.
Sürəyya Qasımova 1934-cü ilin sentyabrında Tiflisdə anadan olub.
***
Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakültəsində təhsil alıb, institutu əla qiymətlərlə başa vurub.
***
Tiflisdə orta məktəbdə oxuduğu illərdə beş ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub.
Azarkeşlər onu "tatar balası" deyə çağırırdılar.
***
Həm də gözəl səsə malik olan Sürəyya xalq mahnılarını və muğamları mahir ifa edirdi. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada birinci yeri tutub. Məlahətli ifasını dinləyən Şövkət Ələkbərova onu "Balaca Şövkət" adlandırıb.
Sürəyya Qasımovanın kinoya gəlişi tamamilə təsadüf nəticəsində baş verib. İnstitutun III kursunda imtahandan əla qiymət alıb çıxanda özünü rəfiqələrinin üstünə ataraq əla qiymət aldığını bildirdi. Bunu görən bir qadın yaxınlaşıb soruşdu: "Qızım! Sən kinoya çəkilmək istəyirsənmi?" Sürəyyanın əvəzinə rəfiqələri bir ağızdan "Əlbəttə, əlbəttə, çəkilmək istəyir" - deyə cavab verdilər. Sürəyya da öz razılığını bildirdi.
Qadın Bakı kinostudiyasının rejissoru L.D.Berla idi. Səhəri gün Sürəyya filmin quruluşçu rejissoru Lətif Səfərovla görüşüb, çəkiliş haqqında söhbət etdi. Müəyyən çəkilişdən sonra Həsən Seyidbəyli debüt haqqında belə dedi: "Bu ki anadangəlmə Gülpəridir."
"Qızmar günəş altında" Sürəyyanın ilk filmi idi. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilir.
1958-ci ildə Sürəyya institutu əla qiymətlərlə bitirib burada laborant vəzifəsində işə başlayıb. Bir müddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə müəllim təyin ediblər.
***
"Qızmar günəş altında" filminə çəkilməsini anasından gizlədib: "Filmin çəkilişlərinə gedirdim, amma bunu anamdan gizlədirdim. Bir dəfə anam dayımla Moskvaya gedir. Birdən afişada şəklimi görür. Dayıma deyir ki, ay Cəfər, bir bax, bizim Sürəyyaya necə oxşayır? Dayım gülür, sonra anama hər şeyi açıb danışır. Bax, kino belədi, hamı tanıyır, bilir, sevir... Tək Gülpəri rolundan sonra mənə nə qədər şeir həsr ediblər!"
Hacıbaba Əliyev onun məlahətli səsini eşidəndən sonra Filarmoniyaya dəvət edib, lakin artıq ailə həyatı quran Sürəyya bu təklifi rədd edib.
***
Sürəyya "Qalatasaray"a üç qol vuran məşhur futbolçu Kamil Eynullayevin həyat yoldaşıdır. Cütlüyün bir övladı olub. Kamil Eynullayev şəkər xəstəliyindən dünyasını dəyişib.
***
Sürəyya Qasımova təqaüdə çıxandan sonra 2007-ci ildə səssiz-küysüz dünyasını dəyişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video