Bəzi turizm obyektlərində yerli turistlərə niyə zəif xidmət göstərilir?

Bəzi turizm obyektlərində yerli turistlərə niyə zəif xidmət göstərilir?Vətəndaşlarımız yay fəslində istirahət etməyə daha çox üstünlük verir. Ölkə daxilində istirahət edənlərin sayı isə çoxdur. Lakin qiymət və xidmətlərdən şikayət edənlər də az deyil.

Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə açıqlamasında bildirib ki, qiymətlər və xidmətlərlə bağlı şikayətlərlə qismən razılaşmaq olar.

Onun sözlərinə görə, regionlarda turizm yerlərində qiymət artımı bazar iqtisadiyyatına əsasən tənzimlənir.

"Bir çox yerli obyektlər xarici turistlər üçün nəzərdə tutulub. Azərbaycana turistlərin böyük əksəriyyəti ərəb ölkələrindən, Cənubi Asiyadan, bir hissəsi isə qonşu ölkələrdən gəlir. Bu ölkələrdən gələn turist kontingenti əsasən yüksək gəlirli insanlardır. Bu səbəbdən də qiymətlərin yüksək olması təəccüblü deyil. Ölkəmizə gələn turistlərin statistikası yüksəlir. Lakin xarici ölkələrə gedən turistlərin sayında azalma var. Hava nəqliyyatında qiymətlərin artması, viza almaqda problemlər və bir çox başqa səbəblər xaricə gedən turistlərin dairəsini məhdudlaşdırır. Bütün bunların fonunda daxili turizm inkişaf edir, genişlənir. Artıq xaricə istirahətə gedə bilməyənlər bölgələrimizi seçirlər. Beləliklə ölkə daxilində turizm xidməti almaq istəyən yerli turistlərin sayı artır.

S.Dübəndi qeyd edib ki, əgər turizm obyektləri əcnəbi turistin hesabına kifayət qədər böyük məbləğdə qazanc əldə edə bilirsə, o zaman yerli turistə xidmət arxa plana keçir.

"Biznes həmişə özünü yaxşı, rahat hiss etdiyi, daha çox qazana biləcəyi istiqamətə doğru qaçır. Bunlar reallıqlardır. Turizm mövsümündə bəzi rayonlara əcnəbilərin axını səbəbindən yerli turistlər hotellərdə kifayət qədər yer tapmır və ya qalan nömrələrin qiymətləri vətəndaşları qane etmir. Ölkədə yüksək səviyyədə xidmət göstərən nümunəvi obyektlər də çoxdur. Belə hotel və restoranlarda qiymətlər də yüksəkdir. Burada qeyd etmək yerinə düşər ki, turistlər tərəfindən də bununla bağlı anlaşılmazlıq var - yəni yüksək səviyyəli obyektləri seçərkən xüsusi hallar istisna olmaqla, aşağı qiymətlərə arxalana bilməzsiniz. Qeyd etmək yerinə düşər ki, hətta bu obyektlərdə standartlara cavab verməyən xidmətlər də var. Yüksək qiymətlərdən, pis xidmətdən və diskomfortdan şikayət edənlər həmişə olacaq".

Assosiasiya sədri bildirib ki, dövlət biznesin qiymət siyasətinə qarışmır - və bu, aksiomdur.

"Amma bu o demək deyil ki, sferanın fəaliyyətini, o cümlədən qiymət formalaşması proseslərini tənzimləyən müxtəlif alətlər olmamalıdır. Bu vasitələrin dövrlərdə və ayrı-ayrılıqda deyil, vahid inteqrasiya olunmuş sistemdə işləməsi vacibdir", - deyə o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1880   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz

30 may
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı

26 aprel
.

Xaricə səfərlərə maraq artır: Yerli turizmi nə gözləyir?

Son dövrlər Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinə maraq müxtəlif amillərlə əlaqələndirilir. Turizm imkanlarının genişlənməsi, viza rejimi və nəqliyyat əlaqələri ilə yanaşı, təhsil, iş, alış-veriş və qohum ziyarətləri də səfərlərin artmasına təsir göstərə bilər. Xaricə səyahətə marağı

28 oktyabr
.

Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb

Fransanın "Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo (Claude Guillemot) Fransanın qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub. "Report" "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, qəza iyunun 19-da axşam saatlarında Atlantika Luaras

20 iyun
.

Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, əgər Tehran yenidən nüvə proqramını aktivləşdirməyə cəhd edərsə, Təl-Əviv İrana qarşı yeni zərbə endirəcək. xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb. Xəbər

12 iyul 2025
.

Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib

Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarə

8 fevral
.

Dağıstanda daha bir yüksəkvəzifəli məmur saxlanılıb

Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar. -ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib. Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasını

5 iyul 2025
.

Türkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı

18 aprel