Dünya bazarındakı vəziyyət Azərbaycanda unun qiymətində artımı qaçılmaz edir - AÇIQLAMA

Dünya bazarındakı vəziyyət Azərbaycanda unun qiymətində artımı qaçılmaz edir - AÇIQLAMA"Dünya bazarındakı vəziyyət Azərbaycanda da taxılın, unun qiymətində artımı qaçılmaz edir".

Bunu APA-ya açıqlamasında "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Eyyub Hüseynov deyib ki, Azərbaycanda taxıl və taxıl məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir:

"Azərbaycan bazarı da dünya bazarına inteqrasiya olunub, dünya bazarının bir hissəsidir. Bəzi malların qiyməti artanda Azərbaycan bazarı da ona reaksiya verməyə məcbur və məhkumdur. Obyektiv amillər var ki, bəzi malların, məhsulların qiyməti qalxa bilər, bu, gözlənilir. Azərbaycan da buna hazır olmalıdır. O cümlədən taxıl məhsulları ilə bağlı da problem var".

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri bir sıra məqamları da nəzərə almağı vacib sayır:

"Dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstan xaricə satışa limit qoyub. Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixracında problemlər yaranıb. Azərbaycan da taxılı idxal edir, ona görə artıq digər ölkələrdə olduğu kimi, taxılın, unun qiymətində artım qaçılmaz görünür. İndiyədək dövlət subsidiya hesabına bunun qarşısını alır, amma Ukraynada müharibənin uzanması gec-tez qiymətə təsir edəcək".

Eyyub Hüseynov bununla belə, ajiotaja düşməməyə çağırıb:

"Dünya bazarı ilə müqayisədə taxıl və unun qiymətində çox kiçik miqdarda bahalaşma ola bilər. Azərbaycan hökuməti lazımi tədbirlər görür ki, böyük bahalaşma olmasın. Ölkədə də kifayət qədər taxıl ehtiyatı var. Lakin Azərbaycan bazarı dünya bazarının bir parçası olduğu üçün ölkədə taxıl məhsullarının, o cümlədən unun qiymətinin qalxması gözlənilir. Camaat ajiotaja düşüb çoxlu taxıl, un ehtiyatı toplamasın. Belə hallar olanda alınan taxıl, un xarab olur və heyvan yeminə çevrilir. Azərbaycanda taxılın, o cümlədən unun qiymətində kiçik qiymət artımı gözlənilir ki, bu da bazarın tələbidir. İstehlakçılar da buna hazır olmalıdır".

O, istehlakçıları israfçılığı azaltmağa da çağırıb:

"Dünyada ən çox çörək yeyən xalqların sırasındayıq. Bir çox uzunömürlü ölkələrin xalqları isə çörəkdən az istifadə edir. Azərbaycan xalqı da buna uyğunlaşmalıdır. Kiçik qiymət artımından heç bir ajiotaja düşmək lazım deyil. Azərbaycan hökuməti bütün tədbirləri görüb və görür ki, heç bir qıtlıq olmasın".

"Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin sədri Emin Əliyev açıqlamasında Azərbaycanın özünü taxıllı tam təmin etmədiyini söyləyib:

"Azərbaycanın torpaq ehtiyatları, iqlim şəraiti ölkəmizdə bütün əkin ərazilərində yüksək, keyfiyyətli məhsuldarlıq əldə etməyə imkan vermir. Bu onu göstərir ki, ölkəmiz uzun illər taxılla, xüsusilə də toxumçuluq və yem taxılı üzrə xarici bazarlardan asılı olacaq. Dünyada baş verən tendensiyalar isə göstərir ki, taxıl növlərinin qiyməti gündən-günə artır. Kataklizmlər, siyasi, iqtisadi, hərbi böhranlar qiymət artımını daha da körükləyir. Yəqin ki, qiymət artımı hələ uzun illər davam edəcək. Digər tərəfdən, hər kəsə bəllidir ki, hökumət uzun illər bu sahəni dotasiya və subsidiya ilə qorumağa çalışıb. Çünki Azərbaycan əhalisi dünyada ən çox taxıl, un və un məhsulları istehlak edən xalqlardan sayılır. Ona görə də Azərbaycanda taxılın qiymətinin artımı bütün istehlakçılara təsir edə bilir.

Lakin qəbul etmək lazımdır ki, dünyada, o cümlədən Azərbaycanda iqtisadiyyat tədricən liberallaşmağa, daha çox sərbəst bazar iqtisadiyyatının tələblərinə uyğun inkişaf etməyə doğru gedir. Bu, çox müsbət və hər kəsin arzu etdiyi haldır. Lakin bu zaman həm də müəyyən risklər yaranır. Bu risklər isə dünyada baş verən bütün iqtisadi proseslərin dövlətin dəstək süzgəcləri olmadan birbaşa vətəndaşa təsir risklərinə səbəb olur. Hazırkı vəziyyət göstərir ki, dünyada taxılın qiyməti həddindən artıq bahalaşıb. Bir, iki il əvvəlki qiymətlərlə müqayisədə qiymət dəfələrlə qalxıb. Ölkəmiz isə həm qida üçün buğda, həm də heyvan üçün taxıl məhsulları baxımından idxaldan asılıdır. Ona görə də bu, un və un məhsullarına, xüsusən ölkə əhalisinin ən çox istehlak etdiyi çörəyin də qiymətinin artması ilə nəticələnəcək. Bu, qaçılmazdır".

Qiymət artımına qarşı atılacaq addımlara gəlincə, Emin Əliyev deyib ki, Prezident İlham Əliyev son müsahibəsində strateji hədəfləri müəyyənləşdirib:

"Azad edilmiş ərazilərdə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi, digər ərazilərimizdə müasir dövrün tələblərinə uyğun olaraq aqrotexnik qulluq tələbləri əsasında yeni torpaq sahələrinin taxıl məhsullarının yetişdirilməsinə cəlb edilməsi ilə bağlı hədəflər müəyyənləşdirdi. Bu da gələcəkdə ölkəmizin bu sahədə xaricdən asılılığını azaldacaq, minimuma endirəcək. Digər tərəfdən, qida və sağlamlıq məsələləri var. Un və un məhsulları ilə qidalanmaq sağlamlıq riskləri yaradır, bununla bağlı müvafiq ekspertlərin fikirləri var. Bu baxımdan insanlarımız un və un məhsullarından çox istifadə etməkdən çəkinməli, bu məhsullarının gündəlik qida rasionunda çəkisi azaldılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3099   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi

23 sentyabr
.

Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil

29 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm

24 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr