Azərbaycanda kütləvi taxıl biçini yekunlaşır
Bakı. Trend:
Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci il avqust ayının 16-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 955,2 min hektar sahənin 936,5 min hektarı və yaxud 98,0 faizi biçilərək məhsulu yığılmışdır. Sahələrdən 2850,0 min ton məhsul toplanmış, məhsuldarlıq 30,4 sentnerə bərabər olmuşdur. Məhsulun 1731,8 min tonunu və yaxud 60,8 faizini buğda, 1092,0 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.
Respublikanın 23 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 31 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 44,7 sentner), Bərdə (müvafiq olaraq 44,3), Tovuz (42,8), Sabirabad (42,6), Tərtər (40,9), Saatlı (40,7), Ağcabədi (40,4), Ağdam (40,3), Samux (40,0), İmişli (39,4) və Beyləqan (37,7) rayonlarında olmuşdur.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında müşahidə olunmuşdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada
28 iyunRuslan Quliyev dəfn olundu
Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar
9 iyunAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu
30 mayMeyvə-tərəvəz niyə ucuzlaşmır? (VİDEO)
Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Qaynarinfo -a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasını
6 iyunAzərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı
5 avqustAzərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə
6 iyunQızılın qiyməti 4150 dolları keçdi
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb. Qaynarinfo birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib. Qiymətli metallar bazarında gümüş də bahalaşıb
27 iyul