"Yanğınlar 9 kəndi qazsız qoyub" - Baş direktordan mühüm açıqlamalar
"Şabran rayonunun 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda 1000-ə yaxın abonent qazsızdır". Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib. O bildirib ki, böyük ziyandan söz getmir: "Araşdırma aparılır, xətlər təftiş olunur. İlkin olaraq dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", – deyə baş direktor əlavə edib.
Sonxeber.az xəbər verir ki, Ruslan Əliyev media nümayəndəsinin yeni qazlaşan ərazilərdə qaz sayğaclarının quraşdırılması zamanı sayğaca görə hansısa bir ödənişin olması ilə bağlı ünvanladığı suala da aydınlıq gətirib.
Birlik rəhbəri qeyd edib ki, son 3 il ərzində yeni qazlaşma işləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilir: "Qazlaşma işləri aparılarkən yalnız küçə xətləri çəkilir, bundan əlavə məişət tipli bütün sayğaclar vətəndaşlara ödənişsiz verilir".
Birlik rəhbəri işğaldan azad olunan ərazilərdə görülən işlər barədə də məlumat verib. Ruslan Əliyev vurğulayıb ki, bu günə qədər "Azəriqaz" İB-nin işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər ancaq layihələndirmədir. Baş direktor fiziki işin hələlik başlanılmadığını qeyd edib: "İlkin olaraq bu ərazilərdə yüksək təzyiqli daşıyıcı qaz kəmərləri çəkilməlidir. Bunu da SOCAR-ın "Qaz İxrac" İdarəsi həyata keçirir. Bundan sonra növbə "Azəriqaz" İstehsalat Birliyinə çatacaq. Ümumiyyətlə, bu işlər Prezident Administrasiyası yanında xüsusi işçi qrupları tərəfindən nəzarətdə saxlanılır. Bizə işə başlamaqla bağlı tapşırıq gəldikdə bunu icra edəcəyik".
Baş direktor cari ilin ilk 7 ayı ərzində təbii qaz itkiləri ilə bağlı məlumatı da diqqətə çatdırıb. Birlik rəhbəri bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon kubmetr azalma var. "Biz hər ayın, hər rübün sonunda SOCAR "Azəriqaz" İstehsalat Birliyinin iqtisadi göstəricilərini ictimaiyyətə təqdim edirik. Bəzən dəqiqləşdirilməmiş, qarşı tərəfin fikrini öyrənmədən yayılan şayiə tipli xəbərlərin dövriyyəyə buraxılmasına təəssüf edirik", - deyə Ruslan Əliyev qeyd edib.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrAzərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabrƏtin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrQızılın son qiymətləri bəlli oldu
30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5
30 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabr