Çörəyin qiyməti niyə artdı? - AÇIQLAMA

Çörəyin qiyməti niyə artdı? - AÇIQLAMAUn istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.
Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.

Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcəkdir.

Bununla bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, son dövrlərdə qlobal iqtisadiyyatda baş verənlər un və çörəyin qiymətinin artımına səbəb oldu:
Çörəyin qiyməti niyə artdı? - AÇIQLAMA"Çörəyin qiymətinin qalxması bir müddət idi ki, gözlənilən idi. Çünki son dövrlərdə qlobal iqtisadiyyatda baş verənlər buğda istehsalçılarının ixracı məhdudiyyətləşdirməsi, ümumiyyətlə, ixracdan əlavə olaraq istehsal həcmlərinin özünün də azalması, tədarükdə olan risklər, habelə, məhsulların dünya bazarında məhdud satışının həyata keçirilməsi nəticədə bu istiqamətdə müəyyən problemlər yaratmaqda idi. Əslində qiymət artımı may ayından daha çox gözlənilirdi, çünki mayda dünya birjalarında taxıl fukerslərinin qiyməti daha yuxarı səviyyədə idi. Son 17 ildə ən yuxarı səviyyəsinə məhz may ayının əvvəlində çatıb. Artıq 420 dollardan yuxarı səviyyəyə qalxdı. Maydan sonra isə müəyyən qədər azalma baş verirdi. Hazırda isə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesabatında qlobal istehlak indeksində, ümumiyyətlə, bu istiqamətdə olan digər göstəricilərdə də görünür ki, 2021-ci illə müqayisədə 2022-ci ildə artımlar müşahidə edilib, amma məhz may ayında olmaması və indi olması səbəblərinə baxmaq lazımdır. 2022-ci ilin yanvar ayında 2021-ci ilin yanvarı ilə müqayisədə 4 dəfə artıq taxıl idxal olunub. 2021-ci ilin yanvar ayında 1 milyon tondan artıq taxıl idxal olunub, yəni, nisbətən aşağı qiymətə idxal olunan və ehtiyat baza olaraq toplanmış taxıla görə may-iyun ayında un və çörəyin qiymətində artım baş vermədi. Həm də yanvar ayında çörəyin qiymətində artım olması 3-4 ay sonra təkrar artımın olmasına doğru yanaşma olmazdı. Buğdanın qiymətində yenə də dalğalanmanın olması və 2021-ci ilin, o cümlədən, yanvar ayının göstəriciləri ilə artımın müşahidə olunması nəticəsində ərzaqlıq buğdanın, o cümlədən, unun qiymətinin qalxmasına ciddi şəkildə səbəblər yaradırdı. Bu səbəbdən artıq bir ay öncədən bununla bağlı qiymət artımı gözləntiləri var idi.

Düzdür, Azərbaycan taxıl istehsalında öz daxili tələbatının təxmini 60 faizini ödəyir, amma bu taxıla olan tələbatın ödənişi ərzaqlıq buğdaya deyil, məhz ümumi buğdaya aiddir. Ərzaqlıq buğdanın isə 15-20 faiz həcmində ödəmək qabiliyyətindədir. Bu isə onu göstərir ki, ən yaxşı halda Azərbaycan ərzaqlıq buğdanın un istehsalı zamanı istifadə etdiyi buğdanın hər 100 kiloqramından cəmi 80, maksimum 85 kiloqramını özü istehsal edə bilir. Yerdə qalanı alır. Asılılığın böyük hissəsi Rusiyadan idi, daha sonra Qazaxıstana keçdi. Qazaxıstanda da müəyyən ixrac məhdudiyyəti qoyuldu. Ümid Hindistana idi, danışıqlar başlayası idi , Hindistan da ixraca məhdudiyyət qoydu. Bu kontekstdə ciddi şəkildə taxıl istehsalçılarının ixrac istiqamətində məhdudiyyətlərinin təhdidləri artırdı. Düşünürəm ki, bu qiymət artımının növbəti dövrlər üçün bu ilin sonuna kimi yumşalacaq. Artıq bundan sonrakı proseslərdə qiymət artımını o qədər də ehtimal etmirəm, çünki müəyyən yumşalmaların baş verməsi, Ukrayna taxılının Türkiyə vasitəsilə dünya bazarına çıxışının təmin olunması bu istiqamətdə müəyyən qədər psixoloji yumşalmaya gətirib çıxaracaq. Bazarlarda məhsulun qiymətini formalaşdıran illər öncə tələb-təklif idi .Hazırda isə psixoloji faktorlar böyük rol oynayır. "Heç bir problem yoxdur, amma problem var" deyə şüar çəkdikdə tələb artır. İnsanlar və dövlətlər daha çox alır. Satanlar isə məhdudiyyət qoyur ki, bahalaşsın, sonra satsın. Məsələn, tipik nümunə Hindistandır. Heç bir problem olmadığı halda ixracı saxladı və qiymətin qalxmasını gözlədi.

Düşünürəm ki, bu inflyasiya meylləri ilin sonuna qədər davam edəcək, amma artıq əvvəki may-iyun aylarında olan artım surəti ilə olmayacaq. Amma 2023-cü ilin mart-aprel-may aylarına doğru biz qlobal iqtisadiyyatda səngimə müşahidə edəcəyik.
Çörəyin qiymətinin artmasının digər məhsullara təsirinə gəldikdə isə düşünmürəm ki, çörəkdə olan 5-10 qəpiklik artım digər məhsulların qiymətinə təsir etsin. Sadəcə olaraq un məhsullarının qiymətində artım ola bilər. Amma köklü şəkildə ərzaq məhsullarının qiymətinə təsiri o qədər də çox deyil. Təbii ki, qlobal inflyasiya digər məhsulların qiymətində də müşahidə edilir və 2023-cü ilin may ayına kimi davam edəcək. Amma bu ümumi iqtisadi sütuasiya səbəbindən baş verəcək".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 6327   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıl və gümüşün qiymətində artım qeydə alındı

Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində artım qeydə alınıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,2% yüksələrək 4 096,3 ABŞ dollarına çatıb. Eyni zamanda

27 iyun
.

Meyvə-tərəvəz niyə ucuzlaşmır? (VİDEO)

Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Qaynarinfo -a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasını

6 iyun
.

Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracını

7 iyun
.

Şirinləşdirilməmiş suların istehsalı artıb

Bu ilin birinci yarısında ölkədə 17009,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 11,5 faiz çoxdur. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə iyun ayında 3 584,2 min dkl şirinləşdirilməmiş sular istehsal olunu

6 avqust
.

Azərbaycan nar ixracından 4 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə 299 min dolla

4 iyul
.

Naxçıvanda yüksək vəzifəyə təyinat

Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti bununla bağlı sərəncam verib. Qeyd edək ki, M.Əkbərov bundan əvvəl muxtar respublika Maliyyə Nazirliyini

5 avqust
.

Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub

20 iyun
.

Azərbaycanda nağdsız ödənişlər apreldə 2 %-dən çox azalıb

Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 2,2 % azalaraq 9 milyard 94 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,969 milyard manatı (87,6 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri

30 may
.

Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyo

12 iyul