"Səviyyəsiz mahnı oxuyun, qaz-vurub, qazan doldurun" - Afət Fərmanqızı

"Səviyyəsiz mahnı oxuyun, qaz-vurub, qazan doldurun" - Afət FərmanqızıTeleviziya kanalları, saytlar və sosial şəbəkələrdə müğənnilər dəbdəbəli villaları, lüks avtomobilləri ilə daim gündəmdə olurlar. İnsanlara adətən onların ailə həyatı qurması, valideyn olması, kiminləsə sevgili olması daha çox maraqlı gəlir.

Bəs görəsən, bunun günahkarı kimdir, müğənnilər özü yoxsa izləyicilər? Niyə sənətçilər bu cür şeylərlə gündəmdə qalmağı seçirlər?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, bu gün peşəkar sənətlə məşğul olan müğənnilər xalq tərəfindən o qədər də sevilmir:

"Doğrudur, izləyicilərə daha çox müğənnilərin şəxsi həyatı maraqlıdır. Mən bunun şəxsən şahidi olmuşam. Hansısa sənətçi peşəkar əsər belə oxusa, onu dinləmirlər, lakin qeyri-peşəkar biri "üç badam, bir qoz" oxuyanda qəbul edirlər. Çünki çətin şeyləri beyin qəbul etmir, bunun üçün savad lazımdır. Savad olmayanda beyin bəsit şeyləri qəbul edir.

Mən də məcburam ki, belə oxuyum, nə edim, çörəyim ordan çıxır. Azlıq çoxluğa hər zaman tabedir. Bu gün çoxluq bəsitliyi sevənlər, üçcə sinif oxuya bilməyənlərdir. Mən bilsəydim heç o vaxt orta məktəbdə başımı ağrıtmazdım, 11 il sinif nümayəndəsi adımı qoruyub saxladım. Bizim vaxtımızda artıq qızıl medal götürülmüşdü, götürülməsəydi, qızıl medala layiq idim. Neynirdim bu qədər başımı ağrıdıb? Elə gəlib "Üç badam, bir qoz" oxuyardım da...

Elə bu cür yaşayacaqdım da, xalqın sayəsində istədiyimi alıb yeyirəm, istədiyimi geyinirəm, xalq da məhz o cür mahnıları istəyir. Təbii ki, hamını demirəm, amma çoxluq bunu istəyir".

Onun sözlərinə görə, peşəkar sənətçilər bu gün pul qazana bilmir:

"İndi deyəcəklər ki, niyə belə danışırsan, filankəs ancaq peşəkar mahnılar oxuyur. Düzdür, amma gedin onun dolanışığına da baxın, bizimkinə də, müqayisə edin. Biz qaz-vurub qazan doldururuq həmin peşəkar oxuyanlar isə elə bir evlə kifayətlənib oturublar yerlərində.

Nə edim, mən də bacımı evləndirdim, uşağımı bir yerə çıxardım, ətrafa kömək əli uzadıram, kimsə deyəndə ki, dərmanımı al, ala bilirəm, ürəyim istəyən yerlərdə istirahət edə bilirəm, yaxşı geyinə bilirəm. Bunlar hamısı dediyim kimi əmələ gəlir, davamlı peşəkar mahnı oxumaqla sənə sevgi o səviyyədə olmur.

Yeni gələn müğənnilərə bunun yolunu deyirəm: Keçirsən səviyyəsiz mahnılara, onları oxuyursan. Vəssalam, qaz-vurub, qazan doldurursan. Kim deyirsə ki, peşəkar mahnı ifa etdim və "tutuzdurdum" böyük ehtimalla, yalandır. Burada təbii ki, istisnalar var, məsələn, sevdiyim həmkarlarımdan olan Nadir Qafarzadə. O, "Maral-maral" mahnısı ilə "tutuzdurdu". Sonra "Füzuli kantatası" oxudu. Düzdür, onunla "tutuzdurmadı", amma peşəkarlar tərəfindən bəyənildi, dedilər ki, "Halal olsun, Nadir hər iksini bacarır".

Bunu mən də edərəm, hətta fikrim də var ki, bu yaxınlarda peşəkar bir sənət əsəri oxuyum. Əvvəllər də bu cür oxuyurdum, "YouTube"da axtarış versəniz, görəcəksiniz. 20 il əvvəl Eldar Mansurov, Rauf Hacıyev, Emin Sabitoğlu bəstələrini oxumuşam. Mən özüm peşəkar fortepianoçuyam, təhsilli musiqiçiyəm. Amma bilsəydim ki, bütün bunlar lazım olmayacaq, vallah, heç özümü öldürməzdim.

Tovuzda, kənd yerində həftədə üç dəfə mərkəzə gedirdim, təhsil almaq üçün zülm çəkirdim, orta məktəbin dərslərini bitirəndən sonra zülmlə 7 kilometr yol qət edib musiqi dərsi almağa gedirdim. İndi baxıram ki, peşəkarlıq o qədər də vacib deyil. O qədər baş sındırmağa dəyməzmiş, bir dənə maşınını göstərirsən, reklama bəs edir.

Heç efirə zada da ehtiyac yoxdur. Məsələn, axşam üzük videosu paylaşıb yazmışam ki, "Həyat yoldaşım mənə üzük hədiyyə edib" görün nə qədər "like" yığıb. Statistikada 100 mini keçib. Bu axşam Emin Sabitoğludan fortepianoda bir mahnı ifa edib paylaşım, görün həmin video 10 mini keçə biləcək, ya yox? Burada günah müğənnidə yox, izləyicidədir. Çünki izləyicinin zövqünü dəyişmək mümkün deyil, onlar çoxdur, biz isə az".

A.Fərmanqızı qeyd edib ki, müğənni üçün daim gündəmdə qalmaq vacibdir:

"Müğənninin gündəmdə qalmağa çox ehtiyacı var. Gündəmdəsənsə, sənə toy gəlir. Bizim də qazancımız el şənliklərindəndir. Toy sahibi sosial şəbəkəni açıb baxır ki, Afət Fərmanqızı daim gündəmdədir. Sosial şəbəkə hesabıma girib baxır ki, toylardan kadr paylaşmışam, hamısı şən, şux keçib. Çünki toylarda heç kəs sənə gəlib demir ki, filan muğamı oxu, lap oxusan da gəlib yarımçıq saxlayırlar ki, dayandır, bəsdir, ağlaşma etmə, şən mahnı oxu. Onları da qınamıram, 5 saatlıq toydur, camaat əylənmək istəyir. Bu gün şou-biznes budur, adı üstündə, şounu göstər, biznesini qur".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3001   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

4 oktyabr
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr