Firəngiz Rəhimbəylinin ölümündə müəmma: "Adətən, qadınlar..." - Xalq artisti

Firəngiz Rəhimbəylinin ölümündə müəmma: "Adətən, qadınlar..." - Xalq artistiXalq artisti Valeh Kərimov sualları cavablandırıb.

Sonxeber.az teleqraf.com-a istinadən müsahibəni təqdim edirik.

- Valeh bəy, bir neçə gün öncə müğənni Firəngiz Rəhimbəyli dünyasını dəyişdi. Siz onunla "Bəxt üzüyü" filmində çalışmısınız, filmin ən maraqlı və yadda qalan səhnələrində tərəf-müqabili olmusunuz. Firəngiz xanımı necə xatırlayırsınız?

- Qəribədir, insan öləndən sonra sanki hamı üçün əziz olur, müqəddəsləşir. Rəhmətlik Cabir Novruz demişdi ki, sağlığında qiymət verin insanlara. 30 ildir Firəngiz haqqında nə yazılır, nə danışılır, amma vəfat edəndən sonra hamı yazmağa, soruşmağa başlayır.

Firəngiz xanım çox yaxşı insan idi, böyük müğənni, hərtərəfli incəsənət adamı idi. Həm müğənni, həm də aktrisa kimi istedadını göstərə bildi və tamaşaçı rəğbəti qazandl. Gözəl səsi var idi, öz müasirlərinin vaxtında Firəngiz sayılıb seçilirdi. Mahnıları dillər əzbəri idi. İnsanlarla rəftarında çox səmimi idi.

"Bəxt üzüyü" filminin çəkilişlərində iki ay Şüvəlanda qalıb bərabər işlədik. Boş vaxtlarımızda da söhbət edib zarafatlaşırdıq.

O, öz istedadı ilə sübut etdi ki, teatr və kino sahəsində də çalışa bilər. Təəssüf ki, onu yalnız "Bəxt üzüyü" filminə çəkdilər. Belə bir istedad kənarda qaldı.

Ordan-burdan aktrisaları dəvət edib çəkirdilər, öz istedadlılarımızı isə özümüz məhv etdik.

Uzun illərdir o, Amerikada yaşayırdı. "Bəxt üzüyü 2" filminin çəkilişlərinə gələndə görüşmüşdük. Yenə həmin şən Firəngiz idi. 62 yaş nədir ki? Ürəktutmasından dünyasını dəyişib, halbuki qadınlara xas xəstəlik deyil. Bildiyim qədər Amerikada yaşayışı, şəraiti yaxşı idi. Qızı da yanındaydı. Görünür, qismət beləymiş.

- Valeh bəy, filmdə Sevda rolu əvvəlcə aktrisa Yasəmən Məmmədovaya təklif olunmuşdu?

- Yasəmən Məmmədova Sevda rolunu Sumqayıt Teatrında oynamışdı. Filmə onu dəvət etməmişdilər. Başqa aktrisanı sınaqdan keçirdilər, amma yəqin bəyənmədiklərinə görə sonda Firəngiz xanım dəvət olundu. Ramiz Əzizbəyli yaxşı ki, Firəngizi çəkdi. Firəngiz o rol üçün tam uyğun idi.

- Bir müddət əvvəl işsizlikdən gileylənirdiniz. İndi necəsiniz?

- Elə indi də işim yoxdur. Pensiyada olan aktyoram. 8 ildir nə teatrda, nə də başqa yerdə işləyirəm. Evdəyəm.

- Dəvətlər də olmur?

- Olmur. Olanda da xoşagəlməyən dəvətlər olur, düşünürəm ki, razılıq verməyinə dəyməz.

- Hansısa teatrlara müraciət etmisiniz?

- Müraciət etməmişəm. Çünki məni yaşıma görə qanunla işdən çıxarıblar. O qanun da bütün teatrlara şamil edilir. Heç bir direktor o qanunu pozmağa cürət etməz.

- Mən müqavilə ilə işləməyi nəzərdə tuturdum.

- Görünür, istəmirlər.

- Qardaşınız Loğman Kərimov Şuşa Teatrında baş rejissor işləyir. Ondan da təklif almamısınız?

- Loğman kiçik qardaşımdır, niyə ağız açmalıyam? Şuşa Teatrının da öz aktyorları var. Bir teatra başqa aktyoru dəvət edəndə söz-söhbətlər yaranır, hamı narazılıq edir. Deyirlər, öz aktyorlarımızdan istifadə et. Bu qayda teatrlarda həmişə var, olub, olacaq da.

- Bildiyim qədər müxtəlif illərdə Azdramadan təklif almısınız.

- Çoxdan olub. Müqavilə əsasında Azdramanın səhnəsində Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesində oynamışam. Həmçinin Musiqili Teatrda da bir neçə dəfə müxtəlif tamaşalarda rollarım olub.

- Bəs niyə Azdramanın təklifini geri çevirmisiniz?

- Mən geri çevirməmişəm. Çeviriblərsə də özləri ediblər. Mənim bundan xəbərim yoxdur. Bəlkə başqası olsaydı deyərdi ki, təklifi mən qəbul etməmişəm. Amma mənim yalanla aram yoxdur. Elə dəvət olmayıb ki, mən də deyəm, gəlmirəm.

Eşitmişəm ki, onlar dəvət etmək istəyiblər, amma, görünür, teatrda narazılıq olub. Bayaq dedim ki, teatrlarda bu məsələlərə yaxşı münasibət göstərmirlər. Özü də Azdramada.

Azdramada işləmək istəyirdim və hətta bununla bağlı özüm bir dəfə təşəbbüs göstərmişdim. Amma nazirlik icazə vermədi.

- Səbəbini necə izah etdilər?

- Səbəbi o idi, Sumqayıt Teatrı da yaşamalıdır və mən orda hələ də lazımam.

- İndi teatrlara gedib tamaşalara baxırsınızmı?

- Maraqlı tamaşa olanda gedib baxıram. Pandemiyada teatrlar işləmədi, açılandan bəri hələ ki, getməmişəm.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3600   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021