Türkiyənin əvəzedilməz rolu: Avropanın 27 lideri Ərdoğanın əlinə baxır
2022-ci il fevralın 24-də Ukraynada başlayan müharibədən 6 ay keçir. İkinci Dünya Müharibəsindən sonra Avropanın bölgədə üzləşdiyi ən mühüm təhlükə meydana çıxsa da, institusional olaraq Avropa İttifaqı və adıçəkilən ittifaq ölkələrinin müharibəyə təsir edəcək hər hansı mühüm təşəbbüsləri olmayıb.
1990-cı illərin əvvəllərində Yuqoslaviyanın parçalanması ilə Aİ Balkanlardakı münaqişələrdə ilk sınağını verdi. İndiki qədər olmasa da, Balkanlarda gözlənilən rəftarı ortaya qoya bilməyən Avropa İttifaqı (Aİ) xeyli tənqid aldı. O zamankı münasibətinə görə Aİ "İqtisadi güc, lakin siyasi baxımdan cırtdan" kimi təsəvvür edilirdi.
Sözügedən problemin ortaya çıxması ilə Aİ yeni təşəbbüslərə ehtiyac duydu. Bu sahədə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti çərçivəsində Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti formalaşdırıldı. Ancaq kifayət qədər zamanın keçməsinə baxmayaraq, ortada nə effektiv xarici siyasət, nə də müdafiə siyasəti var.
Avropa İttifaqının "enerji"si tükənir
Avropa İttifaqı son illər ərzində dəfələrlə zərbələrə məruz qalıb və ya üzləşdiyi mühüm problemlər qarşısında səmərəsiz fəaliyyət nümayiş etdirib. Dünyaya təsir edən pandemiya zamanı Aİ ölkələri çox pis sınaqdan keçdi. İnstitusional olaraq ortaq bir epidemiya siyasəti qurmaq mümkün olmadığından bu ölkələr bir-birinə girdi. Hətta bir-birlərinin maskalarını müsadirə edirdilər.
Hələ pandemiyanın təsiri bitməmiş, Avropada Ukrayna müharibəsi başladı. İttifaq 6 aydır tarixinin ən böyük sınağı ilə üzləşməsinə baxmayaraq, zərrə qədər də olsa, təsirli bir təşəbbüslə çıxış edə bilməyib.
Qarşılaşdığı mühüm problemlər qarşısında təşəbbüs göstərə bilməyən Aİ-nin "enerjisi" hər gün tükənir və nüfuzu azalır.
Demək olar ki, Ukrayna Müharibəsində ən çox səy göstərməli olan Aİ özü üçün birbaşa təhlükə hesab etdiyi üçün nə dünyanın diqqətini çəkəcək bir həll planı, nə də Avropada təhlükəsizliyi təmin edəcək bir yanaşma ortaya qoya bilmir.
İndi altmış ilə yaxındır Aİ-yə üzv olmaq üçün mübarizə aparan Türkiyənin diplomatik səylərinin nəticəsi gözlənilir. İttifaqın 27 üzv ölkəsinin liderləri birbaşa onları maraqlandıran Ukrayna müharibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əlinə baxırlar.
Ukrayna müharibəsi məqsədi, əhatə dairəsi, təsiri və nəticələri baxımından ilk növbədə qitə problemidir. Bunun üçün Kontinental Avropanın ən mühüm institusional strukturu və bu strukturun Almaniya, Fransa kimi mühüm ölkələri təşəbbüs göstərməli, məsuliyyət daşımalı və dünyanın diqqətini çəkəcək konstruktiv həll planı hazırlamalıdır. Əks halda, bu templə müharibə təkcə Ukraynanı viran qoymur, həm də Aİ və mühüm Aİ ölkələrinin cəlbediciliyi və enerjisi tükənir./Bizimyol.info
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu