Yupiterin indiyə qədər mövcud olan ən aydın şəkilləri çəkilib - FOTO
NASA alimləri Yupiterin "Ceyms Uebb" teleskopu ilə çəkilmiş iki yeni ən aydın şəklini yayımlayıblar.
Bununla əlaqədar məqalə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin rəsmi saytında dərc olunub.
Elm adamlarının sözlərinə görə, fotoların bu qədər yaxşı alınacağını gözləməyiblər.
"Yupiteri halqaları, kiçik peykləri və hətta qalaktikaları ilə birlikdə bir şəkildə təfərrüatları ilə görə bilməyimiz həqiqətən heyrətamizdir"- deyə Berkli Kaliforniya Universitetinin astronomu İmke de Pater görüntüləri şərh edib.
Qeyd edək ki, De Pater Paris Rəsədxanasının professoru Tyerri Fuşerlə birlikdə Yupiterin müşahidələrinə rəhbərlik edir.
Onların sözlərinə görə, fotoda əks olunan planetin şimal və cənub qütbləri ətrafında görünən inanılmaz auroralar planetin maqnit sahəsindəki dalğalanmalardan qaynaqlanır. Şəkillərdə bundan başqa planetin ətrafındakı halqa, həmçinin "Amalteya" və "Adrasteya" peykləri görünür.
Təsvirdə məşhur "böyük qırmızı ləkə"ni (şəkildə demək olar ki, ağ rəngdədir) görmək mümkündür. Qeyd edək ki, saatda 400 kilometrdən sürətlə qasırğaların tüğyan etdiyi həmin ərazinin ölçüsü Yerin diametrini 1,3 dəfə üstələyir./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1773 Tarix: 23 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrUşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı
Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe
18 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrPomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabr