İtlər də göz yaşı tökə bilir

İtlər də göz yaşı tökə bilirAlimlər belə qənaətə gəliblər ki, "kiçik dostlarımız" olan itlər bizim üçün o qədər darıxırlar ki, bir müddət ayrılıqdan sonra görüşdükləri an göz yaşı belə tökməyə qadirdirlər.

Sirr deyil ki, itlərlə sahibləri arasında əlaqə digər ev heyvanları ilə müqayisədə daha emosionaldır. "Gizmodo" yazır ki, yeni araşdırmada alimlər sübut ediblər ki, işə getdikdə və ya müəyyən səbəblərdən onları evdə tək qoyduğumuz zaman bizim üçün o qədər darıxırlar ki, qayıdanda xoşbəxtlikdən göz yaşı tökürlər.

Yapon alimi Takefumi Kikusuinin sözlərinə görə, bu araşdırmanın aparılmasına onun özünün bəslədiyi heyvanlar səbəb olub. Belə ki, bu yaxınlarda körpə balalarını əmizdirərkən həmişəkindən daha yaraşıqlı görünən pudellərindən birinin gözlərinin yaşla dolması Kukusuini belə bir araşdırma aparmağa ruhlandırıb.

Lent.az AZƏRTAC-a istinadla bildirir ki, eksperiment üçün alimlər iyirmi it seçib, onları müxtəlif şəraitli yerlərdə saxlayıb, göz səthində göz yaşının həcmini ölçüblər. Qeyd edək ki, dörd ayaqlılarda göz yaşının tökülməsi insanlarda olduğundan bir qədər fərqlidir — onların gözlərində daha çox gözyaşı mayesi yığıla bilər və o, bu qədər tez tökülmür.

Tədqiqatçılar üç ssenari işləyib hazırlayıblar. Belə ki, birinci halda sahiblər heyvanlarının yanında qalır, ikincidə 6-7 saatlığa vidalaşıb, sonra yenidən görüşürlər, üçüncü halda isə təkcə sahibləri ilə deyil, kənar insanlarla da qarşılıqlı əlaqədə olurlar. Eksperimentin nəticələri göstərib ki, birinci və üçüncü ssenaridə heyvanlarda göz yaşının həcmi demək olar ki, dəyişməyib. Lakin ikinci ssenarinin nəticələri əhəmiyyətli dərəcədə fərqlənib. Belə ki, sahibləri ilə görüş zamanı qısa və ya uzunmüddətli ayrılıqdan sonra onların gözləri yaşla dolub.

Araşdırmanın nəticələri göstərib ki, itlər və insanları birləşdirən ortaq bir məxrəc var — biz xoşbəxtlikdən və sevdiklərimizlə birləşməkdən ötrü göz yaşı tökməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1175   Tarix: 24 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr