"Xiaomi"nin ən UĞURSUZ telefonları - SİYAHI
"Xiaomi" tarixinin ən etibarsız smartfonlarının adı açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının ilk yerlərini Tianma IPS ekranlı 5 smartfon, o cümlədən Redmi Note 5, 7, 8, həmçinin Xiaomi Mi A2 və Mi 6X tutur.
Qeyd olunur ki, bu smartfonların istifadəçiləri tez-tez ekranın həssaslığından və AMOLED matrislərində yanmağa bənzəyən "şəklin saxlanması" problemlərindən şikayətlənirdilər. Problem şirkətin aşağı qiymətə görə keyfiyyətsiz ekranlardan istifadə etməsi olub.
Redmi Note 9T, 9S və 9 Pro smartfonları etibarsız barmaq izi skanerlərinə görə ən pislər siyahısına düşüb. Qeyd olunur ki, bəzi hallarda barmaq izi skanerləri keyfiyyətsiz kabelə görə sıradan çıxıb.
Xiaomi Mi 8 flaqman smartfonunun bəzi sahibləri, onu 2018-ci ildə satın aldıqdan dərhal sonra Wi-Fi modulu ilə bağlı problem aşkarlayıblar. Şikayətlərə baxmayaraq, rabitə itkisinə səbəb olan səhv heç vaxt düzəldilməyib.
Etibarsız "Xiaomi" smartfonlarının siyahısına 2020-ci ilin Poco M3-ü də daxildir. Məlum olub ki, smartfon bir müddət işlədikdən sonra naməlum səbəblərdən işə düşməyi dayandırıb.
Siyahıya istənilən vaxt korpusdan çıxan ön kamerası olan Xiaomi Mi9T və Redmi K20 seriyalı smartfonlar da daxildir. Buna səbəb hərəkət edən kameraların etibarsızlığıdır. Kamera tez-tez smartfon korpusunun içərisində ilişib qalıb və problemi həll etməyin yeganə yolu cihazı sökmək və təmizləmək olub.
Şirkətin ən son ucuz qiymətli telefonu olan Xiaomi Mi 9-un istifadəçiləri kameradan 10 dəqiqədən çox istifadə edərkən həddindən artıq istiləşmə ilə üzləşiblər. Bu problem həm də uzun video zənglər reallaşdırmağı mümkünsüz edib. Qeyd olunur ki, Mi 8 və Mi 9 buraxıldıqdan sonra "Xiaomi" öz telefonlarınınsınaqdan keçirilməsinə daha əsaslı yanaşmağa başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1360 Tarix: 24 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrRənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabr30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabr