Bankların "qara siyahı"sından necə çıxmaq olar?

Bankların "qara siyahı"sından necə çıxmaq olar?"Banklar kredit verməmişdən öncə vətəndaşın kredit tarixçəsinə baxırlar. Əvvəllər kredit ödənişində hər hansı problem olduğunu görürlərsə, çox vaxt kredit vermirlər. Qanun banklara və bank olmayan kredit təşkilatlarına həmin şəxslərə kredit verməyi qadağan etmir. Özləri vermirlər".

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzetində yazı yayımlanıb.

2015-ci il devalvasiyası zamanı dolların məzənnəsi artdı və bu valyuta ilə götürülən kreditlərin ödənilməsində bir çox vətəndaş problem yaşadı. 2019-cu ilin fevralında Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə əsas borcun artan hissəsinə güzəşt tətbiq edildi və dollarla götürülən kreditlərlə bağlı problem həllini tapdı. Deməli, bankların "qara siyahı"sında olan həmin şəxslər də bəraət almış oldular. Amma bu gün həmin şəxslər banklara kredit üçün müraciət etdikdə "sizin kredit tarixçəniz problemlidir" cavabı alırlar. Problemlə üzləşən digər şəxslər isə 2020-ci ildə Vətən müharibəsində iştirak edənlərdir. Müharibə başladı, çağırış gəldi və həmin şəxslər ordu sıralarına getdilər. 3 ay evdən uzaq düşdülər və kreditlərini ödəmək imkanları olmadı. Qayıdandan sonra kreditlərini ödəməyə davam etsələr də, məlum olur ki, artıq onlar da "qara siyahı"dadırlar. Yəni banklar hətta vətəni qorumağa gedən, obyektiv səbəbdən krediti ödəyə bilməyənlərə də güzəşt etmir.

Vətəndaşların məsuliyyətsizliyindən yox, obyektiv səbəblərdən krediti ödəyə bilməyənlərlə bağlı yanaşma necə olmalıdır?

Qanun qadağan etmir, özləri vermirlər

Azərbaycan Kredit Bürosuna göndərdiyimiz sorğumuza cavab olaraq bildirildi ki, "Kredit büroları haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, Kredit bürosu topladığı məlumatı son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Qeyd olunur ki, şəxslərin kredit tarixçəsində gecikmə günlərinin mövcud olması onların kredit əldə etməsini qadağan etmir. Lakin kreditin verilməsi ilə bağlı qərarın və bununla bağlı yaranacaq risklərin müəyyənləşdirilməsində kredit verən təşkilatlar sərbəstdir.

Maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bankların "Qara siyahı"sı yoxdur: "Kredit bürosu var, orda vətəndaşın kredit tarixçəsi toplanır. Banklar və bank olmayan kredit təşkilatları vətəndaşa kredit verməmişdən öncə onun kredit tarixçəsinə baxırlar. Əvvəllər kredit ödənişində hər hansı problem olubmu? Problem olduğunu görürlərsə, çox vaxt kredit vermirlər. Qanun banklara və bank olmayan kredit təşkilatlarına həmin şəxslərə kredit verməyi qadağan etmir. Özləri vermirlər".

"Kredit tarixçəsini düzəltmək olar"

Ə.Həsənov deyir ki, ödənişdə problemin hansı səbəbdən yaranması fərq etmir, yubanma olubsa, kredit tarixçəsində əks olunur: "Sizdə nə vaxtsa problem olubsa, orada qalacaq. Səbəbin fərqi yoxdur, avtomatik baş verir. Ola bilər ki, səbəb üzrlüdür, amma baş verib və kredit tarixçəsində əks olunub. Hansı səbəbdən problem yarandığını banka müraciət edəndə bildirə bilər. Bunu nəzərə alıb-almamaq artıq bankların özünə bağlıdır".

Ə.Həsənov deyir ki, kredit tarixçəsini düzəltmək olar: "Yaxşı girov qoymaqla, yaxud yüksək maaşı olan şəxsi zamin etməklə bankdan kiçik məbləğlərdə kredit götürmək olar. Aldığınızı vaxtında qaytarırsınız, bu da tarixçənizə yazılır. Sabah sizə böyük məbləğdə kredit lazım olanda, bank baxacaq ki, nə vaxtsa problem olub, amma sonra siz növbəti kreditləri alıbsınız, vaxtında ödəyibsiniz. Bu zaman artıq sizə böyük məbləğdə kredit verməkdən çəkinməyəcəklər".

Bankların "6 ay sonra" qaydası

Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, hansı müştəriyə kredit verilə biləcəyi, hansılara "yox" deyiləcəyi ilə bağlı bankların vahid qaydası yoxdur: "Hər bank daxili qaydaları ilə müraciət edən şəxsin kredit tarixçəsini qiymətləndirir və qərar qəbul edir. Mərkəzi Bank hansısa banka deyə bilməz ki, filan müştərilərə kredit ver, filan müştərilərə yox".

X.Məmmədli deyir ki, bir sıra iri banklardan kredit götürmək üçün kredit tarixçəsində son 6 ayda ödənişlə bağlı problem yaşanmaması kifayətdir: "Bir sıra iri banklarda belə qayda var ki, ödənişlə bağlı gecikmənin üzərindən 6 ay keçdikdən sonra o gecikməyə baxılmır. Bunun devalvasiya dönəmində, ya başqa vaxt olmasının fərqi yoxdur. Gecikmə olub, sonra həmin kredit bağlanıb və üstündən 6 ay keçib. Onlara kredit verilir. Əgər kredit müqaviləsi mövcuddursa - kredit ödənişində gecikmə olub, sonra ödəniş normal gedirsə, bu, aktiv gecikmə sayılır. Bu halda əksər banklar kredit ayırmır.

Əksər hallarda güzəşt olunur

Digər banklarda isə - hansılarda ki 6 ay, 1 il qaydası yoxdur, bu məsələ nəzərə alınır. Çünki həmin vaxt o qədər müştəridə gecikmə olub ki. Ona qalsa, gərək banklar heç kimə kredit verməsinlər. Banklar da kredit verməkdə maraqlıdırlar. Baxırlar ki, bu adam dollarla kredit götürüb, ödənişi vaxtlı-vaxtında edib. Devalvasiya dönəmində ödənişdə problem yaranıb, dövlət güzəşt edib, sonra borcu bağlanıb və s. hamısı görünür. Əksər hallarda belə şəxslərə güzəşt olunur".

Xüsusi qeyd yerləşdirilib

X.Məmmədli qeyd etdi ki, banklar müharibə iştirakçılarının ödənişində gecikmə olmasını da nəzərə alırlar: "6 ay qaydası olan böyük banklarda bu məsələ də gündəmdən düşmüş olur. Çünki müharibənin üstündən 6 aydan çox vaxt keçib, onlara kredit verilə bilir. Belə qaydalar olmayan digər banklarda da bu məsələlər nəzərə alınır. Müharibə dönəmində ödənişində problem olanlardan kimsə bankdan kredit götürmək istəyirsə, müharibədə iştirakını təsdiq edən sənədi banka təqdim edir. Sübut olunur ki, bu adam müharibədə iştirak edib, ödəmədə problem ona görə yaranıb. Banklar da bunu nəzərə alırlar".

Kredit Bürosundan bildirildi ki, Vətən Müharibəsi iştirakçıları və habelə, zərər çəkən mülki şəxslərlə bağlı xüsusi yanaşma Büro üçün həssas məsələdir: "Odur ki, məlumat təchizatçıları olan borcverən təşkilatlar tərəfindən təqdim edilmiş siyahılar əsasında həmin şəxslərin kredit hesabatlarının korlanmaması məqsədilə müvafiq tarixçələrdə şəxsin Vətən müharibəsi iştirakçısı olması ilə bağlı xüsusi qeyd yerləşdirilib. Qeyd etmək lazımdır ki, xüsusi qeyd hər bir məlumat istifadəçisi, o cümlədən həm kredit tarixçəsinin subyekti, həm də kredit verən təşkilatlar üçün açıqdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3329   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi

23 sentyabr
.

Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil

29 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm

24 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr