Ukraynanın tarixi səhvi: beş min nüvə bombası niyə Rusiyaya verildi?

Ukraynanın tarixi səhvi: beş min nüvə bombası niyə Rusiyaya verildi?Ukrayna 1991-ci ildə referendumda 92% qəbul nisbəti ilə müstəqilliyini əldə edəndən bəri korrupsiya qalmaqalları, iqtisadi idarəetmənin pozulması və Rusiyanın müdaxiləsi nəticəsində yaranan qeyri-sabitlik və xaos burulğanından xilas ola bilməyib.

Yəni Ukrayna 1991-ci ilin sonunda əldə etdiyi müstəqilliyi tam yaşaya bilmədi. ABŞ və Avropa ilə əlaqələri yaxşılaşdıqca son illərdə Rusiya təhdidləri daha da gücləndi. Ukrayna müstəqillik ildönümünü Rusiya işğalının başlamasından 6 ay sonra hava hücumunu elan edən həyəcan siqnallarının sədaları altında və kiçik bir qrupun iştirakı ilə bayraq qaldıraraq, yürüşlərlə müşayiət edə bildi.

Baxmayaraq ki, Rusiyanın ağır raket hücumları davam etdiyi üçün kütləvi tədbirlər qadağan edilmişdi. Ölkə bu gün Rusiyanın hücumlarının acı nəticələri ilə üz-üzədir.

Yanan və dağıdılan Ukrayna, ərazisinin 30%-i Rusiyanın işğalı altındadır və 9 min əsgərini itirmiş bir ölkədir. Müharibə bütün zorakılığı ilə davam etdiyindən, gələcəkdə nə olacağı qeyri-müəyyəndir.

"Avrasiyaçılığın atası" hesab olunan Lev Qumilevin fikirlərini izləyən keçmiş Rusiya prezidenti, eyni zamanda keçmiş KQB agenti Vladimir Putinin fikrincə, Ukraynalılar və ruslar eyni tarixi və mənəvi aləmə aiddirlər və vahid millət hesab olunurlar. Onların bu gün özlərini fərqli millət kimi aparması Putinə görə tarixi faciə hesab edilir. Putin düşünür ki, bu faciənin təməlini qoyanlar bolşeviklərin apardığı siyasət olub ki, bu da rus millətinə qarşı xəyanət deməkdir. Onun düşüncəsinə görə, Ukrayna ayrı bir millət və dövlət deyil.

Bu gün Ukraynada Rusiyanın işğalçı müharibəsinin bəzi xüsusi səbəbləri olsa da, onun ideoloji əsası məhz bu baxışdır. Çünki bu, müharibə deyil, Ukrayna xalqının məhvidir.

Budapeşt Memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT konfransında imzalanan müqavilənin adıdıdır, hansı ki, bu müqavilə ilə Belarus, Qazaxıstan və Ukrayna SSRİ-dən onlara miras qalan nüvə silahlarından imtina etməli idilər və etdilər də.

Ukraynanın Belarus və Qazaxıstan kimi ən böyük səhvi də elə bu müqavilənin imzalanması ilə başlayır.Yəni 1991-ci ilin dekabrında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılması ilə dünyanın üçüncü ən böyük nüvə enerjisi ölkəsi Çin, Fransa və ya İngiltərə deyil, Ukrayna idi.

Sovetlərin mirası sayəsində nüvə silahı ilə birlikdə 170 qitələrarası ballistik raket və 5 minə yaxın nüvə başlığı, həmçinin anbarlarda Xirosimanı məhv edən bombadan qat-qat güclü, 10 termonüvə başlığına malik uzaqmənzilli raketlər və bombardmançı təyyarələr var idi.

O vaxtkı Kiyev administrasiyası 1994-cü ildə ABŞ-dan 500 milyon dollar və Rusiyanın hücum etməmək vədi müqabilində bu dəhşətli arsenaldan imtina etdi və 5000 nüvə silahı Rusiyaya verildi. Rusiya tərəfi bu silahların sökülərək zərərsizləşdirildiyini desə də, bunu təsdiq edən faktlar elan olunmadı.

1994-cü ildə Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ-ın imzaladığı Budapeşt Protokolu ilə Kiyev rəhbərliyinə heç bir ölkənin Ukraynaya qarşı güc tətbiq etməyəcəyi, eyni zamanda ölkənin suverenliyinə və mövcud sərhədlərinə hörmətlə yanaşılacağına dair söz verildi. Beləliklə, 1996-cı ilin mayında Ukrayna son nüvə silahını Rusiyaya qaytardı.

Ukrayna parlamentinə seçilmiş keçmiş nüvə silahları bazasının komandanı Vladimir Tolubko 1992-ci ilin aprelində Ukraynanın özünü qeyri-nüvə dövləti elan etməsini "tələskən şəkildə qəbul edilmiş qərar" adlandıraraq, Kiyevin atom enerjisindən heç vaxt imtina etməməli olduğunu müdafiə etmişdi. Tolubko həmçinin uzun mənzilli döyüş başlıqlarının heç olmasa bir qisminin saxlanmalı olduğunu vurğulayaraq, raketlərin istənilən təcavüzkarın qarşısını almaq üçün kifayət edəcəyini demişdi.

Lakin onun xəbərdarlıqları 2014-cü ildə Vladimir Putinin rəhbəri olduğu Rusiyanın Krım yarımadasını işğal edib özünə birləşdirəndə başa düşülsə də, artıq gec idi.

Çünki Putin Budapeşt Memorandumunu etibarsız hesab etdiyini bəyan etməklə, 24 fevral 2022-ci ildə təhdid və siyasi təzyiqlərini işğal müharibəsinə çevirdi. Əgər Ukrayna nüvə gücünü itirməsəydi, indi Rusiya işğalçı müharibəyə başlaya bilməzdi.

Bir sözlə, Ukrayna təəssüf ki, indi Budapeşt razılaşması ilə o böyük çəkindirici gücünü itirməyin ağır bədəlini ödəyir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1297   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr
.

Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"

"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa

17 oktyabr
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr
.

Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı

Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb

18 oktyabr
.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr