Yarım milyard borcu qaldı, özünə uşaqbaz dedilər - Bir ulduz axdı

Yarım milyard borcu qaldı, özünə uşaqbaz dedilər - Bir ulduz axdıBu gün əfsanənin doğum günüdür. Yaşasaydı 64 yaşını qeyd edəcəkdi Pop Kralı Maykl Cekson. 150 il yaşamağı hədəfləsə də, cəmi 50 il yaşaya bildi. Ölümündən sonra diskləri ən çox satılan yeganə sənətkar odur. Albomları dünya miqyasında 140 milyon ədəddən çox satılıb və bu rekord yenilənməyib. 13 "Qremmi" mükafatı almışdı.

Həyatı və ölümü də sirlərlə dolu olan adam barədə danışacağıq.

Lent.az "Bir ulduz axdı" layihəsi çərçivəsində müğənni, bəstəkar və rəqqas Maykl Ceksonun həyatından bəhs edəcək.

O, 1958-ci il avqustun 29-da Amerikanın İndiana ştatında 9 uşaqlı zənci ailəsində doğulmuşdu. Ulduzu 80-ci illərdə parlamağa başladı. O illərdə Maykl Ceksonun haqqında müxtəlif söhbətlər gəzməyə başladı. Dedilər ki, o rəngini dəyişib ağ adam olmaq üçün dəfələrlə plastik əməliyyatlara girir.

Cekson doğrudan da ağarmağa başlamışdı. Zahirən tamamilə dəyişmişdi. Bununla yanaşı, dəfələrlə etdirdiyi burun əməliyyatları onu pərişan edirdi. Müğənninin burnu çürüyürdü, o insanların qarşısına üzündə maska olmadan çıxmırdı. Deyilənə görə, Cekson özünü xarici görünüşünə görə pərəstiş etdiyi məşhur aktrisa Elizabet Teylora bənzətməyə çalışırdı. Ona "Pop kralı" titulunu da Elizabet Teylor vermişdi.

Çox sonralar məlum oldu ki, Pop kralının rənginin ağarmasına səbəb Vitiliqo xəstəliyidir.

Kot-Divuarda onun başına rəsmi şəkildə tac qoyulmuş, "Sani kralı" adı verilmişdi.

Maykl Cekson 2 dəfə evli olub. 1 qızı, iki oğlu yaşayır. 1994 -1996-cı illərdə Liza Mari Presli ( Elvis Preslinin qızı) ilə evli olan məşhur, boşandıqdan sonra keçmiş tibb bacısı olan Debbi Rou ilə evlənir. Bu evlilikdən 1997-ci ildə oğlu Prins Maykl Cekson və 1998-ci ildə Peris Maykl Ketrin Cekson dünyaya gəlir. 1999-cu ildə Debbi Roudan boşanan Ceksonun 2002 – ci ilə suroqqat anadan 2-ci oğlu doğulub. Maykl övladlarını həmişə mətbuatdan gizlətməyə çalışıb. Yalnız ölümündən bir ay öncə o uşaqlarını media qarşısına çıxardı. Uşaqlara böyük sevgisi vardı, hətta malikanəsində uşaqların pulsuz istifadə etmələri üçün attraksionlar da quraşdırmışdı. Lakin kralın bu sevgisini cəmiyyət fərqli yozdu, onu dəfələrlə pedofillikdə ittiham etdilər.

Müğənninin həyatı qədər ölümü də müzakirə mövzusu oldu. Bir çoxları onun hələ də yaşadığına inanırlar. Hələ 2009-cu ilin dekabr ayında Ceksonun ağır dəri xəstəliyinə tutulması barədə söz söhbətlər yayılmışdı.

Cekson 2009-cu il iyulun 25 də öldü. Onu bir neçə trankvlizatorla zəhərləmişdilər. Cekson öldükdən sonra onun ölümünü qətl kimi dəyərləndirənlər oldu. Müğənninin qanında propofol, diazepam, midazolam, lidokain, efedrin lorazepam kimi preparatlar aşkarlandı.

Müğənni ilə vida mərasimi 7 avqustda baş tutsa da, onun dəfni ölümündən təxminən 3 ay sonra sentyabrın 3-də oldu.

Onun dəfn mərasiminə biletlər konsert bileti kimi satıldı, ailəsi böyük şou təşkil etmişdi. Bir neçə nüfuzlu telekanal dəfn mərasimini işıqlandırmaq üçün külli miqdarda pul ödəmişdi. Mərasimdə hər şey süni görünürdü. Hətta şouya baxıb gülənlər də var idi. Elə buna görə onun ölümümün quraşdırma, saxta olması barədə söhbətlər dolaşırdı.

Bəs niyə o şöhrətin zirvəsində saxta ölümlə gözlərdən gizlənməliydi? Birincisi, sağlığında problemlər yaranmışdı, ikincisi böyük borcları var idi və qalmaqallar kralın psixologiyasını əməlli başlı zədələmişdi.

Uşaqlara təcavüz qalmaqallarında adının hallanması Ceksonu demək olar ki borca düşəcək qədər müflisləşdirmişdi, (ölümündən öncə yarım milyard dollar borcu vardı) ölümü ilə o həm yenidən milyonlar qazandı, həm də adı təmizə çıxdı.
Yarım milyard borcu qaldı, özünə uşaqbaz dedilər - Bir ulduz axdıYarım milyard borcu qaldı, özünə uşaqbaz dedilər - Bir ulduz axdıYarım milyard borcu qaldı, özünə uşaqbaz dedilər - Bir ulduz axdı


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2111   Tarix: 29 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

4 oktyabr
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr