Toyda oynadığı yerdə qəfil öldü: Qaxdakı faciəli hadisənin TƏFƏRRÜATI
Ötən gün Qaxda toy mərasimində bədbəxt hadisə baş verib. Qax şəhər sakini 1968-ci il təvəllüdlü Vəfa Loğman qızı Məmmədovanın qəfildən halı pisləşib və dünyasını dəyişib.
Oxu.Az hadisə ilə bağlı bir sıra təfərrüatları öyrənib.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, V.Məmmədova ürəktutmasından dünyasını dəyişib:
"Xanım qəfildən, rəqs edən zaman ürəktutmasından dünyasını dəyişib. Hadisə iş yoldaşının övladının toyunda baş verib. Qadındır, kişi deyil ki, içkidən nəsə olsun. Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbdə müəllim işləyirdi. Hadisə saat 8-9 radələrində baş verib. Yüzlərlə insanın gözünün qarşısında olub. Bu gün dəfn edəcəklər".
Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbin nümayəndəsi isə V.Məmmədovanın sənətinə vurğun biri olduğunu qeyd edib:
"Zəhmətkeş, əzmkar xarakterli idi. Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Bu məktəbdə 1991-ci ildən fəaliyyət göstərib. Əvvəl ixtisası rus dilində olub, sonradan dəyişib. Müəllim üçün ən gözəl nə varsa, Vəfa müəlliməyə aid idi. O, kursda da dərs deyirdi. Hadisə kursdakı iş yoldaşının toyunda baş verib. Üç uşağı var. İki qız, bir oğlan. Bir qızı bu il magistratura şöbəsinə qəbul olub, kiçik qızı bu il orta məktəbi bitirib, oğlu universitetdə təhsil alır. Kiçiyinin nəticəsini görə bilmədi. Ailəsi haqda çox danışan biri olmayıb".
Məktəb nümayəndəsi onun onkoloji xəstə olduğunu da söyləyib:
"O, onkoloji xəstə idi. Biz ona həsəd aparırdıq. Heç vaxt xəstəliyi özünə yaxın buraxmırdı. 9 ildir ki, xəstə idi. Döş xərçəngi idi. Onun son vaxtlar güclü təzyiqi olurdu. Canına fikir verən biri deyildi. Bir gün öncə onu gördüm. Üzündə qəribə ifadə var idi. Halı xoşumuza gəlmədi. Axşam əlaqə saxladıq, xeyli danışdıq. Yaxşı olduğunu dedi. Dünən məktəbdə hamı ilə danışıb, gülüb. Hətta bir neçə gün öncə müəllimlərdən birini görüş zamanı tanımayıb. Adını unudub. Xəstəliyi ağırlaşmışdı, gecələr yatmırdı, 15 dəqiqə yatırdı. Bu gün saat 16:00 radələrində dəfn olunacaq. Hələ özümüzə gələ bilmirik. Qəfil oldu".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2228 Tarix: 31 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
18 oktyabrƏsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka
19 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabr65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin
17 oktyabrDərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR
Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini
18 oktyabr"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19 oktyabr