TƏBİB-də Vətən müharibəsi iştirakçılarına psixoloji yardımın göstərilməsi üzrə türkiyəli mütəxəssislərlə görüş keçirilib

TƏBİB-də Vətən müharibəsi iştirakçılarına psixoloji yardımın göstərilməsi üzrə türkiyəli mütəxəssislərlə görüş keçirilibTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müharibə iştirakçılarına və qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb.
TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinin və Səhiyyə Nazirliyinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycanla Türkiyə arasında tibb sahəsində həyata keçirilən əməkdaşlıq, sahə üzrə türkiyəli mütəxəssislərlə təcrübə mübadiləsi, postmüharibə dövründə qazilərimizə psixoloji dəstəyin göstərilməsi üzrə bilik və təcrübələrin yerli mütəxəssislərlə mübadiləsi və.s məsələlər müzakirə olunub.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov hər sahədə olduğu kimi qardaş Türkiyənin tibb sahəsində də dəstəyinin danılmaz olduğunu bildirib.
Vətən müharibəsi iştirakçılarına postmüharibə dövründə türkiyəli mütəxəssislərlə birgə zəruri tibbi müayinə və müalicələrin, eləcə də psixoloji dəstəyin göstərilməsinin üstünlüyünü qeyd edib. O, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 181 nəfər qazinin zəruri tibb xidmətlərlə təmin olunduğunu, hazırda 14 qazinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicəsini davam etdirdiyini bildirib.
"Bu gün TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailələrinin üzvləri çalışır. Qazilərimizin tibbi bərpa və reabilitasiyası xüsusi ilə diqqət mərkəzindədir. Bu yaxınlarda TƏBİB-in də dəstək göstərdiyi Türkiyənin aidiyyəti qurumları ilə birgə "Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi" reallaşdırılıb. Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik, bacarıqlarını artırmaq yolu ilə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi-psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaqdır. Hesab edirəm ki, bu istiqamətdə birgə əməkdaşlığımızı bundan sonra da intensiv şəkildə davam etdirməliyik"- deyə V.Qurbanov qeyd edib.
Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner isə öz növbəsində qarşılıqlı əməkdaşlığa, birgə təcrübə mübadiləsinə, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün hazır olduqlarını vurğulayıb.
TƏBİB-də Vətən müharibəsi iştirakçılarına psixoloji yardımın göstərilməsi üzrə türkiyəli mütəxəssislərlə görüş keçirilibTƏBİB-də Vətən müharibəsi iştirakçılarına psixoloji yardımın göstərilməsi üzrə türkiyəli mütəxəssislərlə görüş keçirilibAYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 853   Tarix: 03 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca

18 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr