Evlərimizin altında basdırılan bombalar - ARAŞDIRMA

Evlərimizin altında basdırılan bombalar - ARAŞDIRMAMagistral və paylayıcı su, qaz xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində, həmçinin yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonasında tikilən evlər təhlükə mənbəyi olaraq qalır. 2500-dən artıq bu cür tikili ilə bağlı Nazirlər Kabinetinə göndərilən təkliflərə hələ də baxılmayıb.

Fərdi yaşayış evlərinin və obyektlərin inşası zamanı bəzi vətəndaşlar tikinti qaydalarına əməl etmirlər. Onlar tikintiləri magistral və paylayıcı su, qaz xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində, həmçinin yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonasında aparırlar. Bu isə gələcəkdə baş verə biləcək hər hansı qəza zamanı təkcə tikililər üçün deyil, insanların həyatı üçün də ciddi təhlükələr yarada, insan tələfatına yol aça bilər.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzeti hökumət nümayəndəsinin və mütəxəsslərin rəyini öyrənib.

Cəzasızlıq və tədbirsizlik mühiti hökm sürür

Digər tərəfdən, belə tikililərin olduğu ərazilərdə baş vermiş qəzaların aradan qaldırılması zamanı çox ciddi çətinliklər yaranır. Bu yaxınlarda Biləcəri qəsəbəsi Məlikaslanov küçəsi, Binəqədi yolu 3-cü döngə, Xətai rayonu kənd Əhmədli, Nizami rayonu Azər Manafov, Çobanzadə küçələri və sair ərazilərdə magistral su xətlərində, kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması zamanı üzə çıxan problemlər deyilənlərə əyani misaldır. Həmin ünvanlardakı kommunikasiya xətləri üzərində qanunsuz tikilmiş fərdi yaşayış evləri və obyektlər qəzanı aradan qaldıran iş icraçılarına çox ciddi çətinliklər yaşadıb. Baxmayaraq ki, qanunvericilikdə bu hərəkətə yol verənlərə qarşı hüquqi məsuliyyət var, üstəlik aidiyyəti dövlət qurumları Nazirlər Kabinetinə tələb və təkliflər göndərib, yenə də bu sahədə cəzasızlıq və tədbirsizlik mühiti hökm sürür. Mütləq gözləməliyik ki, hansısa bədbəxt hadisə baş versin, insan tələfatı olsun, yaxud qaz, su, elektrik təchizatında ölkəmiqyaslı ciddi problem yaşansın, ondan sonra aidiyyəti qurumlar hərəkətə keçsin?

Yüksək təzyiq insanı bıçaq kimi kəsər

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, vətəndaşlar su xəttinin yanında, yaxud üstündə qanunsuz şəkildə, gecə saatlarında xəlvəti evlər tikir, bir neçə ildən sonra isə "Azərsu" ASC-yə, daha yuxarı instansiyalara müraciət edərək su xəttinin yerinin dəyişdirilməsini tələb edirlər. Ən çox da bu əmələ yol verənlər ev alqı-satqısı ilə məşğul olan dəllallardır: "Özbaşına, gecəqondu formada qadağan olunmuş ərazilərdə yaşayış və ya qeyri-yaşayış obyekti tikirlər. Bir neçə gün bundan öncə Xəzər rayonunda 219 mm-lik su boru xəttini doğrayıb töküb, yerini dəyişib, camaatı susuz qoyub ev tikməyə cəhd olunmuşdu. Belə məsuliyyətsizlik edən şəxsin əməlinin qarşısı dərhal alındı. Amma indiyə qədər 2500-dən artıq bu cür tikinti işi aparılıb. 90-cı illərdə, 2000-ci illərin əvvəlində tikilən bu obyektlərin mütləq əksəriyyəti fərdi yaşayış evləridir. Hətta yüksək təzyiqli magistral su xətlərinin yaxınlığında ev tikənlər də var. Bu, təkcə o evlər üçün deyil, o ətrafda yaşayan insanlar üçün ciddi təhlükədir. 8, 10, 12 atmosfer, yay aylarında daha yüksək atmosfer təzyiqlə işləyən su xətlərinin yanında evlər tikiblər. Əgər o su xəttində hər hansı qəza olsa, yaxınlıqda kim varsa, təzyiqli su bıçaq kimi onları kəsib doğrayacaq".

Söküntü işi aparılarkən kompensasiya veriləcəkmi?

Mətbuat katibi deyib ki, vətəndaşlar, eləcə də sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub-olmamasını dəqiqləşdirmək üçün birmənalı qaydada "Azərsu" ASC-dən müvafiq rəy almalıdırlar: "Biləcəridə Məlik Aslanov küçəsində bir evin mətbəxinin altından min millimetrlik Bakı-Kür su xətti keçir. İki dəfə Binəqədidə evin döşəməsini söküb su boru xəttini təmir etmişik. Maşın bazarı yaxınlığındakı Keşlə, həmçinin 8-ci kilometr kollektorları üzərində də evlər tikilib. Biz baş verə biləcək qəza və təhlükələri nəzərə alaraq qanunsuz tikililərlə bağlı vahid siyahı hazırlamışıq, 7-8 il öncə Nazirlər Kabinetinə müraciət etmişik. Amma o evlərin aqibəti necə olacaq, söküləcəkmi, söküntü işi aparılarkən kompensasiya veriləcəkmi və sair bu kimi məsələlər hələ aydınlaşmayıb".

Şəxsi maraqları üstün tutanların dövlətə zərəri

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, uzun illər bu kimi məsələlərə nəzarət olduqca zəif olub. Onun fikrincə, bələdiyyələr, həmçinin yerli icra orqanları tərəfindən hansısa maraq qarşılığında qeyri-yaşayış və yaşayış obyektlərinin qadağan olunmuş yerlərdə qanunsuz tikintisinə şərait yaradılıb: "Nəticədə, bu ərazilərdə geniş məskunlaşma aparılıb. Düzdür, son illər bu cür qanunsuz tikililərin qarşısı alınıb. Amma vaxtilə minlərlə belə tikintilər aparılıb. İndi həmin ərazilərdəki tikililərin köçürülməsi, söküntü işlərinin aparılması çox ciddi narazılıqlarla müşayiət oluna bilər. Burada o tikinti işlərini aparanlarla yanaşı, ən böyük məsuliyyəti aidiyyəti dövlət qurumları, xüsusən də həmin ərazinin icra strukturları daşıyır. Məhz həmin səlahiyyətli şəxslər müəyyən razılaşmalar müqabilində vətəndaşların qanunsuz tikinti işləri görməsinə göz yumublar".

Problemin həllinə diqqət yönəlsin

Ekspertin sözlərinə görə, qanunsuz şəkildə tikilən bu obyektləri alan vətəndaşlar anlamalıdırlar ki, gələcəkdə onlar həmin daşınmaz əmlakın hüquqi sahibi ola bilməyəcəklər: "O ərazilərdəki tikintilər istənilən vaxt məhkəmə qərarı ilə sökülə bilər. Həmin obyektləri tikib başqasına satıb aradan çıxan işbazlar müəyyən məbləğdə gəlir əldə etsələr də, obyekti alan sadə vətəndaş sonradan ciddi ziyanla üzləşəcək. Ona görə də vətəndaşlar son dərəcə diqqətli olmalıdırlar. Fikrimcə, bu məsələnin birdəfəlik tənzimlənməsi üçün dövlət səviyyəsində ciddi addımlar atılmalıdır. Gözləmək olmaz ki, mütləq hansısa qəza və ya insan tələfatı baş versin, ondan sonra problemin həllinə diqqət yönəlsin".

Hüquqi məsuliyyət

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, özbaşına tikinti işlərinin aparılmasına görə qanunvericilikdə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub: "İnzibati xətalar Məcəlləsinin 395.1-ci və 395.2-ci maddələrinə uyğun olaraq, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin rəsmi icazə almadan aparılmasına görə müəyyən məbləğdə cərimələr tətbiq olunur. Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 188.2-ci maddəsinə əsasən isə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2552   Tarix: 03 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

18 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr