98 ildir ölən Leninin 53 yaşındakı kimi qalmasının SİRRİ AÇILDI

98 ildir ölən Leninin 53 yaşındakı kimi qalmasının SİRRİ AÇILDIÖlümündən sonra cənazəsi Qızıl Meydandakı məqbərədə saxlanılan, Sovet İttifaqının qurucusu Vladimir Lenin düz 98 ildir 53 yaşındakı kimi qalıb. Bu, alimlərin, mütəxəssislərin bir əsrdən çoxdur istifadə etdiyi mürəkkəb üsullar vasitəsilə mümkün olub. Bu illərdə botoksdan, mürəkkəb prosedurlardan və vitro gübrələnmədən istifadə edilib.

Lent.az xarici KİV-ə istinadən Leninin indiyə qədər saxlanılan cəsədi haqqında maraqlı faktları təqdim edir:

Uzunmüddətli müharibələrin yaratdığı maddi və mənəvi dağıntılardan əziyyət çəkən Rusiya imperiyası üçün 20-ci əsr çox pis başlamışdı. Bütün bunlar davam edərkən Almaniyadan Rusiyaya gedən qatarın vaqonunda bu gedişatı dəyişərək, dünya tarixində yeni dövr açmağa hazırlaşan bir şəxs var idi. O, Vladimir İliç Lenin idi. Həmin vaxtlar Lenin öz tərəfdarları ilə birlikdə hakimiyyəti ələ keçirməyə nail olur. 1917-ci ildə baş verən Oktyabr inqilabı ilə Sovet İttifaqı qurulur və yeni dövrə qədəm qoyulur.
Amma Lenin 1918-ci il avqustun 30-da səfər zamanı sui-qəsdə məruz qalır. Ciddi yaralanan Lenin sağ qalsa da, onun səhhəti bir daha əvvəlki kimi olmur və günü-gündən pisləşir.

1924-cü ildə vəfat edən Vladimirin cəsədini görmək üçün Moskavadakı Qırmızı Meydana milyonlarla insan axışır. Bundan sonra onun bədəninin mumiyalanaraq qorunmasına qərar verilir. Beləliklə, Lenin yaşayan bir heykələ çevrilirər.

Bu gün Sovet İttifaqının adı tarixin tozlu səhifələrində qalan bir dövlət olsa da, onun qurucusu Leninin cənazəsi hələ də Qızıl Meydanda nümayiş etdirilir. Təxminən 152 il əvvəl anadan olan Leninin 98 ildir 53 yaşındakı kimi qalır və bədəni bütövlüyünü qoruyub saxlayır. Bədənin belə saxlanması üçün isə tez-tez xüsusi prosedurlar həyata keçirilir. Bu zaman onun cəsədinə iynələr vasitəsilə xüsusi mayelər və bəzən plastik cərrahiyyəyə bənzər prosedurlar tətbiq edilir.

Ümumilikdə, Leninin mumiyalanması çətin proses olub. Hətta mütəxəssislər tibb sahəsində inqilab edərək yeni müalicə üsulları kəşf ediblər. Onlar cəsədi mumiyalamaq üçün 4 ay səy göstəriblər. Bu vaxt ərzində ona xüsusi mayelər tətbiq edilib, bədənin tamlığı, bütövlüyü təmin olunub. Bədənin çürüyən hissələri isə arı mumu vasitəsilə örtülüb.

Hətta Vladimir Leninin bədəninin çürüməsinin qarşısının alınması üçün xüsusi geyim də hazırlanıb. Kauçuk materialdan hazırlanan bu paltar Leninin üzərindəki kostyumun altından geyindirilir.

Vladimirin bədəni demək olar ki, hər 6 aydan bir yoxlanılır, mayelər yenilənilir, çürümüş hissələr makiyaj olunaraq yenidən yerinə qoyulur.

Mütəxəssislər daha əvvəl Leninin üzünü və bədəninin digər hissələrinin orijinallığını saxlamaq üçün xüsusi yağlardan istifadə etdiklərini də açıqlayıblar. Onlar Vladimirin bədənində yalnız 23 faizində bioloji qalıqlarının qaldığını və çox hissəsinin məhv edildiyini də bildiriblər. Hətta Leninin mumiyasının çox hissəsinin süni materiallardan hazırlandığı düşünülür.
Qeyd edək ki, Rusiya əhalisinin 60 faizindən çoxu Leninin dəfn olunmasını istəyir. Onun cəsədi üçün dövlət büdcəsindən bir xeyli vəsait də xərclənir. Mumiyaya qulluq üçün 500 min dollara yaxın pul xərclənildiyi təxmin olunur.

Xatırladaq ki, mumiyanın bütövlüyünü qorumaqda məsuliyyət daşıyan komandanın cavabdeh olduğu yeganə bədən Leninə aid deyil. Onlar Vyetnamın kommunist lideri Ho Şi Min, Şimali Koreya liderləri Kim İl Sunq ve Kim Jong İlin də cəsədlərini qoruyub saxlamaq üçün çalışırlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4518   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kylie Jenner "Instagram"da 15 milyon izləyici itirib

Dünyaca məşhur fenomen və iş qadını Kylie Jenner "Instagram" platformasında milyonlarla izləyici itirib. xarici mediaya istinafən xəbər verir ki, platformanın bot və passiv hesablarla bağlı həyata keçirdiyi genişmiqyaslı təmizləmə prosesi Jennerin hesabına da təsir edib. Bildirilir ki, "Instagram"ı

7 may
.

Alimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar

Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind

6 may
.

"Instagram" istifadəçiləri üçün VACİB XƏBƏR

Meta şirkəti mayın 8-dən etibarən "Instagram" tətbiqində şəxsi mesajların tam şifrələnməsi funksiyasında dəyişiklik edib. xəbər verir ki, qərar hüquq-mühafizə orqanları və uşaqların müdafiəsi ilə məşğul olan qurumların tənqidlərindən sonra verilib. Yeni dəyişikliklə mesajların müəyyən hallard

9 may
.

Qazaxıstanlı idman müəliminin paylaşımı gündəm olub - VİDEO

Qazaxıstanlı idman məşqçisi Anastasiya Makshayeva paylaşdığı rəqs videosu ilə sosial şəbəkələrdə gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sosial mediada qısa zamanda yayılan görüntülər minlərlə baxış toplayıb. Anastasiya Makshayevanın enerjili rəqs performansı istifadəçilər tərəfindən böyü

7 may
.

Yenidən dəbdə olan saç düzümləri - 90-cı illərin estetikası

90-cı illərin nostaljisi rəsmi olaraq gözəllik sənayesində əsas trendə çevrilib. Retro saç düzümlərinə tələbat təxminən ikiqat artıb və çoxqatlı kaskadlar yenidən bərbərxanaların istək siyahılarında birinci yerdədir. Bunlarla yanaşı, o dövrün iki qütbü də aktualdır: cazibədar həcmli podium divaları v

8 may
.

Süni intellektlə hava proqnozunu öyrənmək - Təhlükə qaçılmazdır

Süni intellekt vasitəsilə hava proqnozlarına baxmaq adət halına çevirilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yeni nəsil modellər bəzi hallarda fəlakətli hava hadisələrini düzgün proqnozlaşdıra bilmir. xarici mediaya istinadla xəbər verir ki, süni intellekt texnologiyaları iqlim dəyişikliklərini

7 may
.

6 ildən sonra konsert verəcək, biletlər 40 dəqiqəyə satıldı

Türkiyəli məşhur rok müğənnisi Şebnem Ferah uzun sürən fasilədən sonra yenidən səhnəyə qayıdır. xarici mediaya istinadən xəbər verir ki, müğənninin iyunun 3-də İstanbul şəhərində keçiriləcək konserti üçün satışa çıxarılan biletlər cəmi 40 dəqiqə ərzində tamamilə tükənib. Minlərlə pərəstişkarın bile

8 may
.

Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər

Mütəxəssislər əlavə avadanlıq almadan evdə Wi-Fi siqnalını necə yaxşılaşdırmağın yollarını izah ediblər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əksər hallarda əlaqə problemlərinin provayderlə və ya routerin nasazlığı ilə deyil, xarici amillərlə bağlı olduğunu hesab edirlər. Siqnalın keyfiyyətin

8 may
.

Epşteynin intihardan əvvəlki məktubunun mətni AÇIQLANDI: "Vida vaxtını özün seçə bilmək əsl zövqdür"

ABŞ məhkəməsi Epşteynin kamerasında tapılan məktubun dərc olunmasına razılıq verib. Məktubda maliyyəçi ölüm anını seçmək azadlığından bəhs edir və günahını inkar edir. Ceffri Epşteynin keçmiş kamera yoldaşı Nikolas Tartalonaya qarşı cinayət işində illərdir gizli saxlanılan sənəd ABŞ-da ictimaiyyətə açıqlanıb

7 may