Deputatdan qardaşının ittihamlarına REAKSİYA

Deputatdan qardaşının ittihamlarına REAKSİYAMilli Məclisin deputatı Vüqar Bayramov ABŞ-da yaşayan qardaşı Qubad İbadoğlunun Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərimizlə bağlı apardığı siyasəti tənqid etməsinə cavab verib.

Vüqar Bayramov Demokrat.az-a açıqlamasında deyib ki, Qarabağın bərpa və yenidən qurulması sistemli şəkildə, eyni zamanda intensiv formada həyata keçirilir.

"Nəzərə alsaq ki, Azərbaycan Qarabağı yalnız öz daxili mənbələri hesabına qurur və praktik olaraq xaricdən heç bir yardım almır. Bu gün uzunmüddət işğal altında qalmış və demək olar ki, tamamilə dağıdılmış torpaqlarımız yenidən bərpa olunur, yalnız 2021 və 2022-ci illərdə dövlət büdcəsindən Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün 4 milyard 800 milyon manata yaxın vəsait ayrılıb. Bu, təbii ki, ondan xəbər verir ki, bu istiqamətdə ayrılan vəsaitlərdə əsas məqsəd Qarabağın və Şərqi Zəngəzurun daha tez qurulması və məskunlaşma prosesinin daha intensiv həyata keçirilməsi ilə bağlıdır. Təbii ki, məskunlaşma prosesi ağıllı şəkildə, eyni zamanda vətəndaşlarımızın təhlükəsizliyi qorunmaqla həyata keçirilməlidir. Nəzərə alsaq ki, Vətən müharibəsindən sonra 232 vətəndaşımız mina qurbanı olub, onlardan 40-ı dünyasını dəyişib. İlkin qiymətləndirmələrə görə, yalnız Füzuli rayonunda 80 minə yaxın mina basdırılıb".

Deputat əlavə edib ki, o baxımdan mina təmizləmə prosesi, bərpa və yenidən qurma işlərinə uyğun olaraq məskunlaşma ilə bağlı aydın, bəlli planlar var:

"Artıq Zəngilanda ilkin məskunlaşma həyata keçirildi və Füzuli şəhərinin bərpası prosesi də gündəmdədir. Bu baxımdan bu gün Qarabağ və Şırqi Zəngəzurun qurulması, məcburi köçkünlərimizin daha tez məskunlaşması ilə həyata keçirilən fəaliyyətlər sistemlidir. Təbii ki, burada vətəndaşlarımızın təhlükəsizliyini qorunması çox vacibdir, ona görə də, birmənalı şəkildə vətəndaşlarımızın təhlükəsizliyi qorunmaqla, məskunlaşma siyasəti həyata keçirilir və keçiriləcək. Ümumiyyətlə, həyata keçirilən siyasət məskunlaşmanın daha effektli, daha intensiv və daha təhlükəsiz formada həyata keçirilməsini özündə ehtiva edir. Ona görə də, düşünürəm ki, bu istiqamətdə birmənalı şəkildə dövlətin həyata keçirdiyi siyasət vətəndaşlarımızın maraqlarına və onların təhlükəsizliyinin qorunmasına xidmət edir. Əminəm ki, məskunlaşma prosesi məhz Cənab Prezidentin siyasi iradəsindən reallaşan infrastruktur layihələri və proqramlar çərçivəsində gözləndiyindən daha qısa müddətdə həyata keçiriləcək. Təbii ki, çox qısa zamanda ölkə rəhbəri, Cənab Prezidentin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3180   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr