Uşaqdır dediyi dayısı oğlu ilə mesajlaşdı, xəyanət etdiyi üçün ölümünə səbəb oldu - TƏFƏRRÜAT

Uşaqdır dediyi dayısı oğlu ilə mesajlaşdı, xəyanət etdiyi üçün ölümünə səbəb oldu - TƏFƏRRÜATTərtərdə dayısı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Aqil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

Aqil Süleymanovun dayısı oğlu 1998-ci il təvəllüdlü Tural Mustafayevi hansı səbəbdən öldürməsi ictimaiyyətə qaranlıq qalıb.

İttihama görə, hadisə ötən il noyabrın 23-ü saat 18 radələrində Tərtərin Düyərli kəndində qeydə alınıb.

Rayon sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin bibisi oğlu 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı Aqil Süleymanovun da özü bıçaq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilib. Daha sonra hüquq-mühafizə orqanları tərəfindən Aqil Süleymanov istintaqa cəlb edilib.

Məhkəmədə danışan Aqil Süleymanov bildirib ki, dayısıoğlu Turalla arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmayıb:

"Bacım Aynur təxminən 12 il əvvəl Tərtər rayonunun Düyərli kənd sakini Fəxri ilə ailə həyatı qurub. Birgə nikahlarından 2 övladları dünyaya gəlib. Hadisə günündən təxminən 8 ay əvvəl bacım Aynurun evində problemlər yarandı. Həyat yoldaşı Fəxri arasında ailədaxili münaqişə baş verirdi. Bundan sonra Aynur Fəxridən ayrılıb və övladları ilə birlikdə ata evimizdə yaşamağa başladılar. Bacımın ailəsində yaranmış narazılığa səbəb dayımoğlu Turalla Aynurun aralarında olan qeyri-rəsmi münasibətlər olub. Bu münasibət barədə Fəxri xəbər tutduqdan sonra Aynurdan boşanmaq qərarına gəlib. Fəxri bir neçə dəfə Aynurun Turalla olan isti münasibəti barədə mənə, anama və digər qohumlarımıza məlumat verib. Lakin biz bu barədə deyilənlərə inanmadıq. Mən özüm şəxsən Aynurdan soruşduqda o, Turalın uşaq olduğunu, aralarında heç bir münasibətin olmadığını deyirdi".

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən təxminən 3 ay əvvəl Fəxri Aynurun yaşadığı evə gedərək onun telefonunu götürüb və Turalla olan mesajları aşkar edib:

"Bundan sonra Fəxri mənə zəng edərək bacımın telefonunda Turalla yazışmalarını tapdığını dedi. Hadisədən təxminən 3 gün əvvəl Fəxri mənə zəng edərək Bakıya gəldiyini, görüşmək istədiyini dedi. Məndə onunla razılaşdım. Görüş zamanı Aynurun telefonundakı yazışmalara baxdım. Bundan sonra Turalla Aynurun arasında olan yazışmaların şahidi oldum. Lakin, bu yazışmaların qeyri-əxlaqi məqsədlərlə baş tutduğuna yenə də inanmaq istəmədim. Fəxriyə Turaldan Aynurla olan münasibətinin dəqiqləşdirəcəyini dedim. Sabahı gün xalamın il mərasimində iştirak etmək üçün Tərtərə getməyi qərarlaşdırdım. Təxminən 4-5 gün əvvəl isə dayım infarkt keçirdiyindən anam, bacım və bacımın uşaqları dayımı görmək, həmçinin, il mərasimində iştirak etmək üçün Tərtər rayonuna getmişdilər. Ertəsi gün Fəxri ilə birlikdə taksi ilə Tərtərə getdik. Yolda olarkən bir daha telefondakı yazışmalara nəzər saldım, bundan sonra maşında Fəxriyə dedim ki, Turalla görüşəcəm və ondan bu barədə izah istəyəcəm. Fəxri isə mənə Turalı onun bibisioğlunun evinə gətirməyi təklif elədi. Həmin evi tanıyırdım və evdə yaşayış olmadığını bildirdim, bunun üçün Fəxrinin dediyi ilə razılaşdım. Fəxriyə dedim ki, Tural öz dediklərini sübut edə bilməsə, onu "sındırmaq" məqsədilə mundarlayacam. Fəxri isə həmin epizodu videoya çəkəcəyi ilə razılaşdı. Bərdəyə çatdıqdan sonra Fəxri mənim telefonumla Gündüz adlı taksi sürücüsünə zəng edərək bizi Tərtərə aparmasını dedi. Tərtərdə mən Fəxridən ayrılıb, qohumlarımın yaşadığı Buruc kəndinə getdim. Orada anam, bacım, dayım, dayım oğlu Tural və digərləri ilə görüşdük. Orada olarkən Turaldan Aynurla olan yazışmaların nə demək olduğunu soruşdum və ona bildirdim ki, mən onun bacılarına öz bacılarım kimi baxıram. Lakin bu zaman Tural mənə dedi ki, "mənim 4 bacım var, onlar mənə bəsdir". Bundan sonra mən Turalı məsələyə aydınlıq gətirmək məqsədilə Fəxrinin dediyi evə dəvət etdim. Tural isə cavabında getməyə hazır olduğunu bildirdi".

Aqil Süleymanov sözlərinə görə, Turalla birlikdə Düyərli kəndinə gəliblər:

"Bizi həmin ünvana aparacaq taksiyə minərkən Turalın üzərində dəstəyi qara rəngli "skoç"la sarınmış, nazik mətbəx bıçağının olduğunu gördüm. Həmin bıçağı daha əvvəl dayımgilin evində mətbəx stolunun üzərində görmüşdüm. Turaldan nəyə görə bıçaq götürdüyünü soruşdum, o isə heç bir cavab vermədi. Ona belə bir şeyə ehtiyac olmadığını və sadəcə, söhbət etmək üçün getdiyimizi dedim. Yolda olarkən Tural "Nicat" körpüsünün yaxınlığında "Son beş" deyilən yerdə maşından düşüb mağazaya girib və nə isə alıb çıxdı. Bundan sonra yola davam edib hadisənin baş verdiyi yerə gəldik. Oraya çatdıqda Fəxrinin artıq onları gözlədiyini gördük. Mən Fəxrinin bibisioğluna məxsus evin həyətinə girib təkrarən Turaldan məsələnin mahiyyətini soruşdum, bu zaman o, bir daha özünün 4 bacısının olduğunu və onların ona bəs etdiyini bildirdi. Turalı çiynindən əlimlə kənara itələdim, həmin zaman Tural cibindən açılıb-bağlanan, iti uclu, boz rəngli bıçağı çıxarıb mənim sol qoltuqaltı nahiyəmə zərbə endirdi. Dərhal hər iki əlim ilə Turalın əlini tutdum, müqavimətini qırıb və onu yerə yıxdım. Yerdə olarkən iki əlimlə Turalın bıçaq olan əlini tutub bıçağı yerə saldım. Bundan sonra o, digər əli ilə cibindəki "skoç"a sarılmış bıçağı çıxarıb mənə yenidən zərbə endirməyə çalışdı. Turalın əlindən həmin bıçağı da alıb, onun qarın nahiyəsinə iki dəfə zərbə endirdim. Daha sonra Fəxri bizi aralaşdırmaq məqsədi ilə yerdən taxta parçası götürüb hər ikimizi vurmağa başladı. Aralaşanda özümdən ixtiyarsız Turalın digər əlini buraxdım, o da bundan istifadə edərək bıçaqla mənə yenidən zərbələr endirməyə başladı. Bu zaman bud nahiyəmdən xəsarət aldım. Tural onda üzərimə yıxıldı və məni vurmaq istədi. Bu zaman onun əlini tutdum. Tural durub qaçmağa çalışdı, dalınca məndə durub tərpəndim. Bu zaman kürəyindən bir neçə dəfə bıçaq vurdum. Bir az qabağa gedəndən sonra Tural yıxıldı".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə vaxtı özündə olmadığından Tural Mustafayevə neçə ədəd zərbə yetirdiyini xatırlamır:

"Turalı hadisə yerində qoyub əlimdə olan bıçaqla yolun başına doğru irəlilədim, arxamca isə Fəxri gəlirdi. Bir qədər qarşıdan tanımadığım şəxsin gəldiyini gördüm, dedim ki, adam öldürmüşəm. Ondan 102-yə zəng mərkəzinə məlumat verməsini xahiş etdim. İnsanların məndən qorxmaması üçün əlimdəki bıçağı kanala atdım. Fəxri ilə yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini gördük. Polis əməkdaşlarının gəlib məni tapa bilmələri üçün maşına əyləşərək hadisə olan yerə qayıtdım. Bir müddət sonra polis əməkdaşları həmin yerə gəldi və mən əməlimi səmimi etiraf etdim".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2292   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr