Yeni qanun layihəsi demokratik və şəffaf şəraitdə hazırlanıb - ÖZƏL

Yeni qanun layihəsi demokratik və şəffaf şəraitdə hazırlanıb - ÖZƏL"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması Azərbaycanın siyasi səhnəsinə yeniliklər gətirəcək və bu sahədə sağlam rəqabət mühiti formalaşdıracaq. Bu fikirləri Sonxeber.az-a Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, istər partiyaların dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş say həddinin 1000 nəfərdən 10 min nəfərə qədər artırılması, istər partiya üzvlərinin reyestrinin həyata keçirilməsi, istərsə də digər bu kimi məqamlar bundan sonra siyasi fəaliyyətlə məşğul olmaq istəyənləri də ciddi şəkildə düşünüb sonradan qərar vermək məcburiyyətində qoyaacaq: "Bundan sionra daha heç kim 1000 nəfər yaxın qohum-əqrəbasını toplayıb partiya yarada bilməyəcək. Hesab edirəm ki, qanun layihəsinə təklif edilən bu düzəliş təqdirəlayiqdir. Eyni zamanda partiyaların reyestrinin aparılması da mövcud partiyaların nəyə qadir olduğu, real güc və potensialını üzə çıxarmış olacaq".

MMP rəsmisi onu da diqqətə çatdırıb ki, qanun layihəsinin hazırlanması zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların mövqelərinin nəzərə alınması, onlardan təkliflərin qəbul edilməsi onu deməyə əsas verir ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi kifayət qədər demokratik və şəffaf şəraitdə hazırlanıb: "Məlum olduğu kimi bu ayın sonunda ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə yeni qanun layihəsinin ictimai dinləməsi keçiriləcək və Müasir Müsavat Partiyası da həmin müzakirələrdə iştirak edəcək. Həmin ictimai müzakirə zamanı bir daha partiyalar qanun layihəsi ilə bağlı öz fikirlərini bildirəcək, mövqelərini ortaya qoyacaqlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1094   Tarix: 09 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli

16 oktyabr
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr